Opera
və Balet Teatrının gənc solisti Çinarə Şirinovanın
Türkiyədə keçirilən Beynəlxalq opera festivalında uğurlu
çıxışları
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının mətbuat xidmətindən
aldığımız məlumata görə, "Türksoy" xətti ilə Türkiyədə
hər il Beynəlxalq opera
sənəti festivalı keçirilir. Bu il həmin festival iyunun 6-dan 14-nə kimi Türkiyənin Mersin
və Kiprin Qirnə şəhərlərində
keçirilmişdir.
Festivalda Azərbaycan opera sənətini teatrın gənc və istedadlı solisti Çinarə Şirinova təmsil etmişdir. Azərbaycan təmsilçisi ilə yanaşı bu festivalda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başkırsdan, Xakasiya, Qağauziya və Şimali Kiprin opera teatrlarının aparıcı solistləri də iştirak etmişlər.
Festivalın açılışı günü Çinarə Şirinova Mersin simfonik orkestrinin rəhbərliyi ilə P.Maskaninin "Kənd namusu" operasından Santutsanın ariyasını ifa etmişdir. Onun çıxışı tamaşaçıların sürəkli alqışları və "bravo!" sədaları ilə müşayiət olunmuşdur.
Qirnə şəhərində keçirilən konsertdə isə Şirinova klassik operalardan parçalarla yanaşı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını ifa etmişdir. Onun festivaldakı çıxışı çox böyük uğurla keçmiş və konsertdə iştirak edən İstanbul, Mersin, İzmir və Ankaranın opera teatrlarının nümayəndələri Çinarəni öz teatrlarına qastrola dəvət etmişlər.
Çinarə Şirinovanın çıxışı "Türksoy"un baş katibi Düsen Kaseyinov tərəfindən də yüksək qiymətləndirilmişdir.
A.ÜLVİ
Xalq qəzeti.- 2010.- 19
iyun.- S. 8.