Oljas Süleymenov: keçmişin dərinliyi, indinin genişliyi və gələcəyin yüksəkliyi

 

    Tanınmış yazıçı, ictimai xadim Oljas Süleymenovla növbəti görüşümüz ötən ilin dekabrında "PARK-İNN" mehmanxanasında səhər-səhər bir çay süfrəsi arxasında baş tutdu. O, xalq yazıçısı Anarın dəvəti ilə Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının 75 illiyi münasibəti ilə Bakıda təşkil olunan yubiley tədbirlərinə gəlmişdi. Həmişə olduğu kimi, O.Süleymenovun vaxtı çox məhdud idi. Buna baxmayaraq, o, böyük məsuliyyət hissi ilə Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşə hazırlaşırdı.

 

    Söhbətimizin əsas mövzusu isə onun Bakıda çapa hazırlanan "Xəzər Albaniyası" kitabının (kitabın adı şərtidir - A.Ə.) nəşri ilə, habelə Çinin Uyğur Muxtar Bölgəsində baş verən hadisələrlə əlaqədar Urumçuya səfərimizlə bağlı idi. O.Süleymenov hələ ötən ilin iyulunda mənə göndərdiyi məktubunda bu barədə yazmışdı. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin məktubun mətnini təqdim edirik:

    Əzizim Akif! Mən YUNESKO-nun işləri ilə bağlı səfərdən qayıdandan sonra sənin məktubunu aldım. O dəqiqə də XİN-ə məktub yazdım: biz ezamiyyətlərimizi razılaşdırmalı və rəsmi icazə almalıyıq.

    Sintzyanda baş verənlər hamını, ilk növbədə, qazaxıstanlıları həyəcanlandırır. Mən oradan verilən məlumatları izləyirəm. Bilirəm ki, hadisələrin etniklərarası münaqişəyə keçməməsi üçün bizim XİN öz kanalları ilə zəruri tədbirləri görür. Mühüm olan odur ki, qarşıdurmanın böyüməsinə imkan verilməsin. Məlumdur ki, burada uyğur ziyalılarının rolu həlledici olmalıdır. Əgər yazıçılar Sintzyana gedəcəklərsə, ancaq bu məqsədlə getməlidirlər. Həm də Qazaxıstanın Pekindəki səfirliyinin köməyinə arxalanmaq lazımdır. Bu anda gəncləri qələbəyə yox, sülhə səsləmək lazımdır. Ancaq onda Çinin hakimiyyət orqanlarından uyğur xalqının öz doğma torpaqlarında inkişafı üçün zəruri zəmanətə nail olmaq olar. YUNESKO kimi beynəlxalq təşkilatlar indi bu istiqamətdə mümkün olan hər şeyi edirlər və bizim daimi nümayəndəliyimiz bu işdə fəal iştirak edir".

    Maraqlı bir məqamı da vurğulamaq istəyirəm ki, Moskvada nəşr olunan nüfuzlu "Drujba narodov" jurnalının 11-ci sayında həm mənim şeirlərim, həm də O.Süleymenovun sanballı bir müsahibəsi çap olunmuşdu. Həmin müsahibəni Azərbaycan dilinə tərcümə edib çap etdirmək fikrində olduğumu Oljas Süleymenova dedikdə o, bu təklifimi razılıq hissi ilə qarşıladı.

    Həmin müsahibəni "Xalq qəzetinin"oxuçularına təqdim edirik:

    "Drujba Narodov": "Dünya bu gün keçmişdəkindən çox kövrəkdir və bir-birindən asılıdır. Biz geniş miqyaslı təhlükəsizlik çağırışları ilə üz-üzə qalmışıq. Belə ki, dövlətlərin sabitliyini terrorçuluq, ekstremizm və təcavüzkar separatçılıq kökündən laxladır, meydana çıxan münaqişələr çox vaxt dövlət səviyyəsində silahlı qarşıdurmaya səbəb olur. Beynəlxalq ictimaiyyət isə müxtəlif regionlarda baş qaldıran zorakılıq işartılarının, "sivilizasiyaların qarşıdurması" barədə dedi-qoduların ortaya çıxmasından narahatlıq keçirir. Bu isə özlüyündə dünyanın ikiyə bölünməsi və az qala mədəniyyətlərin, ideologiyaların, dini baxışların qarşı-qarşıya gəlməsi haqqında yanlış təsəvvür yaradır".

    Oljas Omaroviç, bu sözlər, əlbəttə, Sizin yaxşı yadınızdadır. Biz, sadəcə, altı il öncə YUNESKO-nun 32-ci sessiyasının baş konfransındakı çıxışınızdan bir parçanı sitat gətirdik. Həmin çıxışınızda Siz Qazaxıstanın adından 2006-cı ilin xalqlar arasında dialoqun planetar təfəkkür və etikası ili bəyan edilməsi barədə təklif irəli sürmüşdünüz və 2006-cı il bu cürelan olunmuşdu. Təbii ki, bu böyük nailiyyətdir, amma təcrid olunmuş təfəkkürün ətaləti o qədər böyükdür ki, bəlkə də, maneələri dəf etmək üçün bütöv bir əsr də azlıq etsin...

    Oljas Süleymenov: Planetimizdə 7 minə yaxın etnos məskunlaşıb. Minilliklər boyu yaşamaq uğrunda mübarizədə onların hər birində ümumi etnomərkəzçilik psixologiyasına tabe olan özünəməxsus təfəkkür tərzi formalaşmışdır. İbtidai icma dövründən bugünümüzədək etnik təfəkkür tərzi dünyanı qətiyyətlə iki yerə bölür: biz və bizdən olmayanlar. Beləcə, slavyan leksikonunda "nemıe" sözü, yəni "neestğ" ifadəsi meydana çıxıb. Sözün ilkin mənası "slavyanca danışmayanlar", sonra isə "ümumiyyətlə danışa bilməyənlər", yəni "lal" anlamına gəlmişdir. Məsələn, nem estğ nemeü (yəni slavyanca, rusca danışa bilməyən alman). Belə çıxırdı ki, slavyanlar söz adamıdır, yerdə qalanlar isə danışa bilməyənlər, slavyan dilini bilməyənlərdən ibarətdir. Qədim slavyanlar ibtidai dünyanın quruluşunu bu cür təsəvvür edirdilər. Üstəlik, bu sxem başqa xalqların ibtidai fəlsəfəsindən az fərqlənirdi. Bütövlükdə, XX əsrin tarixi mağaratipli etnik mərkəzçiliyin qalıqları ilə, tör-töküntüləri ilə mübarizəsinin nəticəsidir. O özünün ifrat ifadəsini millətçilikdə tapmışdır. HitlerinMussolininin darmadağın edilməsi ilə faşizmin axırına çıxılması barədə inam hissi getdikcə zəifləməyə başlayır.

    Planetar təfəkkür milliliyin tərsi deyil, əksinə, onun inkişafının yüksək formasıdır. Bu, ümumbəşəri təfəkkür tərzidir. O, bütün dinlərin insanları xeyir əməllərə çağıran, təbiəti və canlı nə varsa, hamısını qorumağa səsləyən başlıca ehkamlarına əsaslanır. Mən elə bir müqəddəs kitab tanımıram ki, orada öldürməyi, oğurlamağı, yaxın adamının arvadını sevməyi təlqin etsin. O, özündə bütün mədəniyyətlərin mənəvi dəyərlərini cəmləşdirir. Hər bir ölkədə artıq planetar təfəkkürün (düşüncənin) daşıyıcıları vardünya ümid edir ki, məhz bu cür şəxsiyyətlər tez-tez öz dövlətlərinin başçıları seçiləcək, millətinin liderinə çevrilə biləcəklər. Belə olduqda ümumi problemlərin dərk olunması və birgə qərarların qəbul edilməsi barədə razılıq əldə olunması xeyli asanlaşacaq. Məsələn, bizim gözümüzün önündə biosfer sürətlə geriləyir. İqlim dəyişməsi, istiləşmə kütləvi şəkildə planeti təhdid edir. Amma prezidentlər "Kiot okvotaları" barədə alver edirlər və bu alverin sonu görünmür.

    Bəziləri qloballaşmanın 7 min etnosun hər birinin özünəməxsusluğu üçün təhlükə törətdiyini ön plana çəkirlər. Başqaları, o cümlədən mən də qloballaşmanın, inkişafın təbii və qanunauyğun mərhələ olduğunu, 7 minin bəşəriyyətin timsalında birləşməsi prosesi olduğunu deyirik. Onun timsalında yalnız bioloji növün quruluşunu yox, hər şeydən əvvəl, bütövlükdə, əksikliklərin (ziddiyyətlərin) birliyini görmək lazımdır. Çünki həmin ziddiyyətlərin əksəriyyəti daim bir-biri ilə mübarizə şəraitində olmuşdavam edir. Bu gün siyasətçi, hər şeydən əvvəl, planetar təfəkkürə malik insandır. Yalnız bəla baş verdikdə o, milli təfəkkürə, milli düşüncə tərzinə üstünlük verir.

    "Drujba Narodov": Kədərli olsa da, indiyə qədər milli təfəkkürdən birliyin tam əksinə istifadə olunmuşdurindiçox vaxt istifadə olunmaqdadır. Bu isə qonşu xalqlarla əlaqələrin kəsilməsinə, düşmənçiliyə gətirib çıxarmış, "özgələri" qovmağa zəmin yaratmış, özünün milli evinə qapanmağa əsas vermişdir... Misal çəkmək üçün uzağa getmək lazım deyil, Sovet İttifaqının süqutunun tarixini yada salmaq kifayətdir.

    Oljas Süleymenov: 80-ci illərin sonunda "millətlərin öz müqəddəratını təyin etmək hüququ" haqqında Leninin təlimi SSRİ-də bir çoxlarının dilinin əzbəri idi. "Millətin hüququ" dedikləri məfhum ölkənin bütün əhalisinin işinə yaramadı. Birləşmiş Millətlər Təşkilatında 7 min üzv-dövlət yoxdur, onların sayı vur-tut iki yüzə qədərdir. Millətlərin sayı isə onlarca, bəzən də yüzlərlədir. Üstəlik, "millətlərin öz müqəddəratını özünün təyin etmək hüququnun" səthi olaraq, üzdən qavranılması XX əsrdə imperiyanı, nəhəng ölkələri parçaladı. Məsələn, mən indi görürəm ki, Afrikada bu yaxınlarda yaranmış dövlətlər onilliklər boyu, necə deyərlər, vətəndaş müharibəsi "torundan" qurtula bilmirlər. Nəinki vətəndaş, daha dəqiq desək, totemlərarası, tayfalararası müharibədən söhbət gedir. Hər bir etnos (millət kimi) öz müqəddəratını özü təyin etmək istəyir.

    Canlı bədəndə, vücudda onlarca orqan var. Bədənin varlığı onların qarşılıqlı fəaliyyətinin nəticəsidir. Təsəvvür edin ki, böyrəklərin hər biri, onların ardınca qara ciyər, daha sonra ürək ayrılıqda müstəqillik tələb edir. İnsanın beyni zəif işlədikdə və ya ümumiyyətlə, olmadıqda bədəndə belə bir vəziyyət yaranır. Ötən əsrin 80-ci illərinin sonunda SSRİ-də, o cümlədən varis kimi yenidən müstəqillik qazanmış dövlətlərin bəzilərində, təxminən, belə bir mənzərə yaranmışdı. Həmin dövr həvəskar siyasətçilərin - filoloqların zamanı idi. Onların işi kürsülərdə yaxşı alınırdı, amma fəaliyyətin başqa sahələrində, necə deyərlər, işləri gətirmirdi.

    "Demokratiya" və "demaqoq" sözləri eyni kökdəndir. "Demoqoqos" qədim yunan dilində "xalqın rəhbəri" deməkdir. Əgər "pedaqoq" ("uşaqların rəhbəri") əksər hallarda ilkin mənasını saxlasa da, "demos"dan törəyən sözlərin semantikası güclü təsirlərə məruz qalmış, zərər çəkmişdir.

    "Drujba Narodov": Bəlkə də, bu gün onların zamanın ruhuna uyğun hərəkət etdiklərini söyləmək mümkündür. Qəribə görünsə də, XIX yüzillik "millətçilik əsri" kimi damğalanmasına baxmayaraq, onu əvəzləyən XX yüzillikdə - "ümumi azadlıq" əsrində - millətçilik əvvəlki dövrdən də artıq gücləndi, milli müstəqillik ideyası isə yeni məna kəsb etdi və kobudcasına millətçilik və şovinizm əlamətlərini əxz etdi.

    Oljas Süleymenov: Mən bunun bir neçə dəfə şahidi olmuşam. Ötən əsrin 70-ci illərinin əvvəlindən 80-ci illərin sonunadək mən Sovet İttifaqının AsiyaAfrika Ölkələri ilə Əlaqələr Komitəsinin sədr müavini vəzifəsində çalışmışam. Məhz həmin komitənin vasitəçiliyi ilə SSRİ milli azadlıq hərəkatına yardım edir, maliyyə və digər baxımdan konkret, məxfi yardım göstərirdi. Həmin qitələrin əllidən çox ölkəsində olmuşam, milli azadlıq hərəkatının rəhbərləri ilə görüşmüşəm. Onlardan bəziləri sonradan yeni yaranmış dövlətlərə rəhbərlik etdilər. Bir neçə ölkənin azadlığının ilk həftələrini, ilk aylarını görmüşəm. Həmin yerlərə illər keçəndən sonra qayıtdıqda isə prezident kürsüsü uğrunda tayfalararası müharibələr getdiyini, yoxsulluğun və aclığın hökm sürdüyünü görmüşəm.

    Yerlərdəki cılız hökmdarların cahilcəsinə yürütdüyü siyasət "demokratiya", "azadlıq", "müstəqillik" məfhumlarını, habelə dilə gətirməyə belə qorxduqları "müstəmləkəsizləşdirmə" ideyasının özünü ucuzlaşdırmış, gözdən salmışdır. Rodeziyanın idarəçilik sistemi kolonial inzibatçılıqdır, amma iqtisadiyyat çiçəklənir, qanunaasayişin qorunmasına əməl olunduğu göz qabağındadır. Qaradərili əhali "qara işlə" təmin olunub, hamı kütləvi surətdə ibtidai təhsil alır. Əhalinin bir hissəsi isə orta, ən yaxşılar isə ali təhsilini davam etdirir. Bu gün Zimbabvenin (Rodeziya) qaradərili prezidenti, qaradərili parlamenti var və necə deyərlər, ilk baxışdan qara rəngli, amma qayğısız günlərini yaşayır.

    Cəvahirləl Nehru 50-ci illərin sonunda demişdir: "XX yüzillik millətçilik əsridir". Əlbəttə, o, əsrin birinci yarısını - faşizm fəlsəfəsinin və təcrübəsinin meydan suladığı dövrü nəzərdə tuturdu, amma əsrin ikinci yarısında baş verən hadisələrlə fəxr edirdi. Amerika müstəmləkəsizləşdirmə siyasətinin üstündə dururdu. Beləcə, Britaniya imperiyası dağıldı, Fransa, Belçika, Portuqaliya müstəmləkəçilik siyasətindən əl çəkməli oldu. AfrikadaAsiyada onlarla yeni dövlət yarandı. Bu özü ilə azadlıq prosesini gətirdimi?

    İlk nəticələr artıq 70-ci illərin ortalarında özünü biruzə verdi. Baş verənləri həm Sovet İttifaqında, həm də Qərbdə incəliklərinə qədər araşdırmaq lazım idi.

    1979-cu ildə AsiyaAfrika ölkələri yazıçılarının Daşkənddə keçirilən beynəlxalq konfransında mən bu iki qitənin milli-azadlıq hərəkatında yazıçıların rolu haqqında məruzə ilə çıxış etdim. üçün məhz yazıçılar? Çünki müstəmləkə ölkələrində şairlər ən yaxşı təhsil görmüş adamlar idi, ziyalı təbəqəsinin nümayəndələri hesab olunurdularona görə də siyasi cəhətdən ən fəal zümrə sayılırdılar. Müstəmləkə əsarətindən qurtulan ölkələrin ilk prezidentlərinin, demək olar ki, hamısı şeir kitablarının müəllifi idi. Onların bir çoxları ilə biz əvvəlcə yazıçıların beynəlxalq konfranslarında, sonra isə prezident kabinetlərində görüşmüşük. Məsələn, əfqan Təraki, seneqallı Sinqor, anqolalı Auqustino Netto.

    Həmin ölkələrdə qazanılmış azadlığın ilk onilliklər dövrünün təhlili belə bir nəticə çıxarmağa imkan verir ki, müstəqilliyin qazanılması milli-azadlıq hərəkatının son məqsədi olmamalıdır. Mən müstəmləkəçilikdən qurtulmağın belə bir formulası haqqında düşünməyi təklif edərdim: "müstəmləkə asılılığı əsrindən müstəqillik dövrünə və daha sonra şüurlu qarşılıqlı asılılıqlar erasına".

    Bu gün, otuz il sonra, belə bir universal formula haqqında düşünürəm və o, istənilən dövlətin inkişafının dialektikasını əks etdirir. Avropa İttifaqında Fransa, Almaniya, İtaliya və başqaları özünün müstəqilliyi ilə xumarlanmaqdan yaxa qurtarmaq istəyir və fəal surətdə şüurlu olaraq qarşılıqlı asılı münasibətlər qurmağa çalışırlar.

    Ümumi qarşılıqlı asılılığın dərk olunması planetar təfəkkürün istinad nöqtələrindən biri ola bilər. Planetdə canlı orqanizmin bütün hüceyrələri, bütün orqanları bir-birindən asılı olduğu kimi, cəmiyyətin bütün sinifləri, bütün millətləri, bütün dövlətlər və xalqlar da bir-birindən asılıdırlar. Həmişə insan və təbiət qarşılıqlı surətdə bir-birindən asılı olmuşlar. Cəmiyyətdəki bütün adamlar da qarşılıqlı asılı vəziyyətdədirlər. Qalır kütləvi surətdə bunu qavramaq! Yalnız o zaman bizim üçün, bütövlükdə, yer üzündə və öz dövlətimizdə yaşamaq asanlaşacaqdır.

    ...80-ci illərin əvvəlində "müstəqillik", "demokratiya" məfhumları MDB ölkələrində heçasan olmayan sınaqlara məruz qaldı. Artıq son iyirmi ilin nəticələrini götür-qoy etmək, müqayisə aparmaq, hətta nəticə çıxarmaq olar ki, müxtəlif müttəfiq respublikaların cəmiyyəti və elitası sərt tarixi dəyişikliklərə nə dərəcədə hazır imiş.

    Qazaxıstan bu prosesi başqalarından daha uğurla həyata keçirdi. Rusiya Federasiyasından sonra çoxmillətli sayılan bir respublika parçalanmaya rəvac verə biləcək millətlərarası çəkişməyə yol vermədi. Çoxmillətli olmasının əksinə yox, məhz çoxmillətli olmasının sayəsində iqtisadi cəhətdən çətinliklərə duruş gətirə bildi. Bizim xalqın bütün etnosları artıq digər etnoslarla özünün qarşılıqlı asılılığını şüurlu şəkildə dərk edir. Biz nəyə nail olmuşuqsa, məhz bu asılılığın respublikada sakitliyinsabitliyin qorunmasının əsas şərti olduğunu dərk etmək sayəsində nail olmuşuq.

    Əgər gələcəyin müstəqil analitiki dünya kontekstində bizim indiki vəziyyətimizi təhlil edib desə ki, ötən 20 ildə prezident sarıdan Qazaxıstanın, Nazarbayevin isə xalq sarıdan bəxti gətirib, onda mən onunla razılaşmağa məcburam.

 

 

    "Drujba narodov" (2009, ¹ 11) jurnalından ixtisarla tərcümə etdi: Akif ƏHMƏDGİL

 

    Xalq qəzeti.- 2010.- 20 iyun.- S. 7.