Aktyor Ələsgər Ələkbərovun 100 illik yubileyinə həsr olunmuş marka buraxılıb

 

    Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti SSRİ və Azərbaycan SSR xalq artisti, dövlət mükafatları laureatı, aktyor Ələsgər Ələkbərovun 100 illik yubileyinə həsr olunmuş marka buraxıb.

    26 mart 1910-cu ildə Bakı şəhərində anadan olmuş Ələsgər Ələkbərov "Səhər", "Vulkan üzərində ev", "Yeni horizont", "Kəndlilər", "Fətəli xan", "Ögey ana", "Uzaq sahillərdə", "Böyük dayaq", "Leyli və Məcnun" filmlərində çəkilib.

    100 minlik tirajla çap olunmuş markanın nominal dəyəri 0,20 manat təşkil edir.

 

 

    M.MÜKƏRRƏMOĞLU

 

    Xalq qəzeti.- 2010.- 25 iyun.- S. 8.