Azərbaycan Ordusu regionun ən qüdrətli
silahlı qüvvələrindən biridir
Prezident İlham ƏLİYEV:
Son 7 ildə hərbi xərclərimiz 13 dəfədən
çox artmışdır
Təkcə
bu gün deyil, ümumiyyətlə,
dünya dövlətçilik
tarixi yaranandan bəri ordu, silahlı qüvvələr,
müdafiə sistemi böyük-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər
üçün xüsusi
əhəmiyyət kəsb
etmişdir. Çünki, bütün dövrlərdə işğalçı da olmuşdur,
torpağını işğaldan təmizləmək
istəyənlər də. Yəni güclü
ordu formalaşdırmaq istəyənlərin
biri hərbi yürüşləri nəzərdə
tuturdu, digəri isə həmin
yürüşlərdən müdafiə olunmağı. Azərbaycan
xalqının bəşər qarşısında üz ağlığıdır ki, bizim milli
dövlətçilik tariximizdə ordu həmişə
müdafiə xarakterli olub.
XX əsrin əvvəlində əldə etdiyimiz dövlət müstəqilliyi illərində
də, indiki müstəqillik
dövrümüzdə də Azərbaycan Ordusu
daim sülhə, barışa xidmət edib, ölkə ərazisinin işğaldan
azad edilməsi naminə yaradılıb və
formalaşdırılıb.
Acı da olsa, bir faktdır ki, həm
1918-ci ildəki dövlət müstəqilliyimiz illərində,
həm də 70 ildən sonra həmin müstəqilliyin bərpası
zamanı Azərbaycan əraziləri eyni ünvanlardan dəstək
alan xalqın və dövlətin işğalına məruz
qalıb. Məhz bu baxımdan regionun digər dövlətlərinə
nisbətən Azərbaycan daha güclü orduya ehtiyac hiss
edirdi. Çox təəssüf ki, hər iki dövlət
müstəqilliyinin əldə edilməsi prosesində və
müstəqilliyin ilk illərində güclü ordu
formalaşdırmağımız mümkün deyildi.
Çünki, regionun digər ölkələri bunu istəmirdilər
və buna yol vermirdilər. Xalqın bu istəyini
reallaşdırmaq, qüdrətli ordunun
formalaşdırılmasına nail olmaq üçün isə
dövlətə qüdrətli siyasətçinin rəhbərlik
etməsi lazım idi.
SSRİ-nin qorunub
saxlanılması üçün referendum keçirilməsinin
təşəbbüskarlarından və təşkilatçılarından
olan Ayaz Mütəllibov Azərbaycan Ordusunu necə
formalaşdıra bilərdi? Yaxud silahla, güc tətbiq etməklə
hakimiyyətə gələn, qısa müddətdən sonra
Azərbaycan Ordusunu 8-10 yerə parçalayan AXC-Müsavat
iqtidarı milli silahlı qüvvələrimizin
inkişafı üçün hansı addımları ata bilərdi?
Cəbhəçilərin dövründə Azərbaycan
Ordusu faktiki olaraq siyasi partiyalar və ayrı-ayrı
imkanlı adamlar arasında paylanmış, pərakəndə
hala salınmışdı.
Azərbaycan Ordusunun vahid komandanlıq altında birləşdirilməsi, hərbi hissələrdə nizam-intizamın yaradılması, fərariliyin qarşısının alınması, maddi-texniki bazanın möhkəmləndirilməsi, zabitlərin peşəkarlığının və intellektual səviyyəsinin artırılması, əsgərlərin döyüş hazırlığının və hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, bütün zümrələrdən olan hərbçilərin sosial-həyat şəraitinin yaxşılaşdırılması, Milli Ordumuzun beynəlxalq əlaqələrinin genişləndirilməsi, ümumiyyətlə, ordu ilə bağlı bütün müsbət dəyişikliklərin əldə edilməsi 1993-cü ilin yayından - ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Heydər Əliyevin qayıdışından sonra Azərbaycan Ordusu cəbhədə düşmənə layiqli cavab verdi, bir neçə istiqamətdə düşmən geri otuzduruldu və nəticədə ilk ədalətli prezident seçkisindən cəmi beş ay sonra düşmən ölkə cəbhədə atəşkəs elan edilməsi barədə saziş imzalanmasına məcbur oldu.
Bu qayıdışdan sonra Azərbaycan Ordusu dünyanın ən qüdrətli hərbi təşkilatı olan NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşuldu. Daha sonra Azərbaycan silahlı qüvvələrinin bölmələri dünyanın müxtəlif yerlərində sülhyaratma proseslərində uğurla iştirak etdilər. Daha sonra isə... Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrildi.
Prezident İlham Əliyevin dövri olaraq hərbçilərlə görüşməsi, silahlı qüvvələrin müxtəlif birləşmələri üçün tikilmiş təlim-məşq bazalarının, qospitalların, xüsusi obyektlərin, hərbi sursat istehsal edən müəssisələrin açılışında iştirak etməsi, xüsusən, iki il əvvəl Bakıdakı "Azadlıq" meydanında möhtəşəm hərbi paradın təşkil edilməsi Azərbaycan əsgərinin döyüş əzmini qat-qat artırır. Bu əzmi artıran xüsusi məqamlardan biri isə ölkədə Müdafiə Sənayesi Nazirliyinin yaradılması, həmin nazirliyin istehsal müəssisələrində hazırlanmış silah və döyüş sursatlarının beynəlxalq sərgilərdə nümayiş etdirilməsidir.
2003-cü ildən bəri elə bil il olmur ki, Ali Baş Komandan İlham Əliyev silahlı qüvvələrin hansısa təlimində və ya irimiqyaslı birgə əməliyyat - taktiki təlimində iştirak etməsin. İndi artıq Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən çoxdur. Elə bir il olmur ki, Azərbaycan hərbçilərinin sosial-məişət həyatının yaxşılaşdırılması üçün irimiqyaslı dövlət layihəsi reallaşdırılmasın. Ermənistan silahlı qüvvələrində isə fərarilik, döyüş yerindən özbaşına çıxıb getmə, zabit özbaşınalığı, rüşvət və korrupsiya baş alıb gedir. Ermənistan hərbçiləri nəinki digər qonşu ölkələrə, hətta, Azərbaycana qaçmağa yol axtarırlar. Təki erməni ordusundakı qanunsuzluqların qurbanına çevrilməsinlər.
Azərbaycan Ordusunun qüdrətini, maddi-texniki bazasının mükəmməlliyini, hərbi personalın peşəkarlığını və bu sahə ilə bağlı bütün məqamları özündə, əks etdirən faktlar onlarla, yüzlərlədir. Ekspertlərin fikrincə Milli Məclisin bu günlərdə qəbul etdiyi Hərbi Doktrina bütövlükdə bu məqamları incəliklərinə qədər əks etdirir. Ali Baş Komandan İlham Əliyevin dövri olaraq bir çox təlimlərdə iştirak etməsi isə həm hərbçilərimiz, həm də beynəlxalq ekspertlər tərəfindən maraqla qarşılanır. Dövlət başçımızın iyunun 24-də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmiş hissələrinin irimilyaslı birgə əməliyyat-taktiki təlimində iştirakı da böyük əks-səda doğurmuşdur. Silahlı Qüvvələrin yaradılmasının 92-ci ildönümü münasibətilə keçirilən təlimdə çıxış edən Ali Baş Komandan Azərbaycan Ordusunun bugünkü vəziyyəti barədə maraqlı fikirlər, əsgərə ruh verən, ölkə vətəndaşlarına iftixar gətirən faktlar söylədi: "Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə, bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artmşdır. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur".
Təbii ki, ordu barədə, ölkəmizin müdafiə potensialı haqqında danışarkən öncə yada düşən məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olur. Dövlət başçımız təlimdəki çıxışında həmin məsələyə münasibətini yenə də qətiyyətlə bildirdi: "Azərbaycanlıların o torpağa qayıtmağa haqqı vardır və biz o torpağa qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq".
Ali Baş Komandan müşahidə etdiyi təlim haqqında fikir söyləyərkən isə öz məmnunluğunu ifadə etdi: "Bugünkü təlimlər bir daha Azərbaycan Ordusunun, bütün Silahlı Qüvvələrin qüdrətini göstərir. Bugünkü təlimlər həm Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları tərəfindən birgə keçirilmişdir və biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birgə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaqdır. Bütün silahlı qüvvələr səfərbər olunacaqdır".
Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin qüdrəti işğal altında olan torpaqlarımızın azad edilməsinə tam zəmin yaratmışdır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 26
iyun.- S. 8.