Mətbuat azadlığı haqqında azad düşüncə

 

    Yaşı 135-i haqlasa da Azərbaycan mətbuatının müstəqilliyinin və azadlığının ömrü elə də uzun deyil. 1991-ci ildə imperiya rejiminin əsarətindən qurtulub xalqımızın uzun illər həsrətində olduğu müstəqil dövlətçiliyimizə qərar veriləndə, insanların söz azadlığı haqqınakommunist rejimindən qalan hakimiyyət, nə də azadlığı bütün nemətləri ilə vəd edib iqtidara yiyələnən "müstəqillik mücahidləri" hökm çıxarmağa tələsmədilər. Səbəb bəlli idi. Həmin illərdə milli azadlıq hərəkatının ən kəskin və güclü silahı söz idi. Onu azadlığa buraxmaq, uğrunda vuruşduqları hakimiyyətə şərikin vətəndaşlıq hüququnu tanımaq kimi bir şey idi.

 

    Lakin xalqı, milləti və dövləti üçün azadlıq qazanmaq savaşında təcrübəsi olan mətbuat özünə azadlıq qazanmaq mübarizəsindən bir addım belə geri çəkilmədi. 1993-cü ildə azad, ancaq başı bəlalar içində olan müstəqil Azərbaycanda çevrilişlərin xronikası davam etməkdə ikən, ölkənin dövlətçiliyini qorumaqxilas etmək kimi mühüm vəzifə qarşıya çıxanda milli maraqları və mənafeyi üstün tutan milli mətbuat orqanları bu mübarizəni arxa plana keçirdilər.

    Təkcə postsovet məkanında deyil, bütün dünyada mahir və uzaqgörən siyasətçi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqın təkid və tələbilə hakimiyyətə qayıdışı ölkədaxili çəkişmələrə, xaosanarxiyaya son verdi. Bu isə az vaxt istəmədi. Azərbaycanda güclü dövlətçiliyin olmasını istəməyən qüvvələr bütün vasitələrlə quruculuq prosesinə mane olmağa çalışırdılar. Etiraf etmək lazımdır ki, bu məqamlarda dağıdıcı qüvvələrin maraqlarına uyğun fəaliyyət göstərən mətbu orqanlar da az deyildi. Lakin milli mənafeyi və milli maraqları üstün tutan kütləvi informasiya vasitələri bu məqamlarda üzərlərinə düşən məsuliyyəti dərk edir və ən doğru yolu - xalqa səhih, düzgün və qərəzsiz informasiya verməyə çalışırdılar.

    Ölkədə siyasi gərginliyin zaman-zaman sabitliklə əvəz olunmasına baxmayaraq, Azərbaycan artıq eyni vaxtda üç mühüm vəzifəni yerinə yetirmək zəruriyyəti qarşısında qalmışdı: dövlətçiliyi qurmaq, demokratik institutları yaratmaqbazar iqtisadiyyatını formalaşdırmaq. İnkişaf etmiş ölkələrdə buna bir neçə onilliklərdən iki yüzilliyə qədər vaxt sərf olunmuşdur. Azərbaycana isə bu qədər vaxtda daha böyük işlər görmək lazım gələcəkdi.

    1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi və müstəqil dövlətimizin bu ali sənədi ölkəmizdə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verməklə, "hər kəsin fikirsöz azadlığını, məlumat azadlığını və kütləvi informasiya azadlığını" da rəsmən bəyan etdi. Bununla da cəmiyyətin, kütləvi informasiya vasitələrinin hər hansı hakimiyyətdən və şəxsiyyətdən asılılığı aradan qalxdı. Çünki, Konstitusiyamızın mühüm cəhətlərindən biri ondan ibarətdir ki, digər qanunvericilik aktlarına münasibətdə, Konstitusiya normaları, onların aliliyi birbaşa təsir gücünə malikdir.

    Nə qədər qəribə olsa da bu, Azərbaycan mətbuatının yalnız hüquqi müstəvidə qazandığı azadlıq idisenzura ləğv olunmayana qədər, söz azadlığının hər hansı formada bərqərar olmasına kimsəni inandırmaq mümkün deyildi. Ulu öndər yaxşı bilirdi ki, Azərbaycan demokratik ölkə anlamına dövlət başçısının demokratik şəxs olması ilə gəlmir. Ölkənin demokratik quruluşunu, cəmiyyətin demokratik dəyərlərə söykənərək yaşamasını qanunların demokratiya üçün verdiyi imkanlar müəyyənləşdirir. Milli Konstitusiyamızın qəbulundan üç il sonra - 1998-ci il avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı söz və mətbuat azadlığını rəsmən pasportlaşdırdı. Bu, insanların Azərbaycan respublikasında əzəli haqqının tanınması ilə yanaşı, həm də azad mətbuatın qarşısındakı geniş imkanlara bir qapı açdı.

    Bir neçə il sonra, Azərbaycan milli mətbuatının 125 illiyində ümummilli lider Heydər Əliyev jurnalistlərlə görüşündə, verdiyi qərarların məramını açıqlayaraq deyir: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir... Sözlər deyil, bu mənim geniş siyasətimin bir hissəsidir".

    Çox az bir zamanda bu siyasətin davamı özünü "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə göstərdi. Təbii ki, bu qanun artıq ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına və formalaşmasına təsir göstərən qanunlardan oldu. Burada artıq mətbuat azadlığı və jurnalistlərin öz mövqeyini qorumaq hüququ çox dəqiq əksini tapır. Digər tərəfdən "KİV haqqında" Qanun artıq başqa hüquq və azadlıqlardan asılı olmayaraq, mətbuat azadlığının hüquqi mexanizmini yaratdı. Bu da redaksiyalara və jurnalistlərə müstəqil peşəkar fəaliyyət üçün geniş imkanlar açdı. Məhz bu Qanun 1999-cu il dekabrın 7-də qəbul edildikdən sonra Azərbaycanda xüsusilə mətbu nəşrlərin sayı sürətlə artmağa başladı. Təbii, bura XX əsrin sonu və XXI əsrin əvvəllərində KİV-in maddi-texniki bazasının gücləndirilməsi, söz, fikir və mətbuat azadlığının imkanlarını genişləndirmək üçün dövlət başçısının verdiyi sərəncam və fərmanları da əlavə etsək, bütövlükdə mətbu nəşrlərin artımnın səbəbi daha aydın görünər.

    Şübhə yoxdur ki, Azərbaycanda KİV-in inkişafı və formalaşması bütövlükdə dövlət sisteminin demokratikləşməsi və plüralizmləşməsi ilə yanaşı getmişdir. Nahaq deyil ki, bu gün informasiya baxımından Azərbaycan regionun ən açıq ölkələrindən sayılır. KİV sürətlə inkişaf edir, kommunikasiya proseslərinin intensivliyi artır. Masmedia insan və cəmiyyət həyatında daha böyük əhəmiyyət daşıyır, sosial proseslərə və eləcə də insan həyatına fəal təsir göstərməyə başlayır.

    Mətbuat informasiya çatdırmaqdan daha çox sosial nəzarət sisteminə çevrilir. Bu günün gerçəkliyi ondan ibarətdir ki, kütləvi mətbuat orqanları müxalifətin də, hökumətin də, ayrı-ayrı yüksək çinli məmurların da fəaliyyətləri haqqında kifayət qədər tənqidi materiallar dərc edirlər. Ulu öndər azad Azərbaycan mətbuatını perspektivdə məhz belə görmək arzusunda idi: "Mətbuat, ya müstəqil mətbuat, yaxud da müxalifət mətbuatı, təbiidir ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə kömək etməlidir".

    Bütün bunlara baxmayaraq, bu gün demək olarmı ki, Azərbaycanda KİV - bütövlükdə söz azadlığına və seçim azadlığına nail olub? KİV təkcə ümumdövlət səviyyəsində birbaşa ümumdövlət maraqlarına toxunaraq işləmir, həm də regional, şəhər və hətta şəxsi səviyyələrdə də çalışır. Buradan görünür ki, KİV-in azadlığı sonsuza qədər genişlənir. Lakin gəlin etiraf edək ki, bu gün KİV-də azadlıqla cavabdehlik arasında çox böyük uçurum var. Məhz ona görə, cəmiyyətdə jurnalistlərin söz və mətbuat azadlığından sui-istifadə haqqında ən müxtəlif fikirlər dolaşmaqdadır. Bu sui-istifadə halları aşağı və orta hakimiyyət nümayəndələrini öz aralarında bu qərara gətirib ki, onlar üçün arzu olunmayan informasiyanın yayılmasının qarşısını almaq üçün jurnalistləri təqib etməyin məhkəmə metodlarından istifadə etsinlər.

    Əslində "söz azadlığından sui-istifadə" anlayışının özü hüquqi yox, siyasi kateqoriyadır. Azadlıq ya var, ya heç yoxdur. Əgər söz azadlığından cəmiyyətin ziyanına istifadə olunarsa, onda buna günahkar söz azadlığı yox, konkret insanlar, şəxslərdir.

    Axı qanunda hər şey xırdalıqlarına qədər yazıla bilməz. Bunun üçün mənəvi qadağalar, etik çərçivələr var. Bunlar qorunmursa, onlara əməl olunmursa söz dəyərini, peşə hörmətini itirir. Axı biz peşəkarların söz azadlığı hüquqi məsələsində sadə insanlardan elə bir fərqimiz yoxdur. Fərq sözün ifadəsində aydınlaşır. Biz onu peşəkarlıqla, etika çərçivəsində, faktın gerçəkliyini yoxlayıb deyirik, sadə, qeyri peşəkar isə onu düşüncəsinə uyğun səviyyədə ifadə edir.

    Xatırlatmaq yerinə düşər, 90-cı illərin əvvəllərində auditoriya uğrunda mübarizədə bəzi mətbu orqanlarımız müdafiəsiz qalmış milli-mənəvi dəyərlər üzərində bir-birinin ardınca "qələbələr" qazanırdılar. Qara piarın qarşısında həqiqət aciz idi. Sözinformasiya azadlığı çox tez-tez indulgensiya kimi istifadə olunaraq öz əhəmiyyətini itirirdi.

    KİV ümumiyyətlə bu günçap etməlidir? Bu çox mürəkkəb sualdır. Ekspertlər bəzən belə qənaətə gəlirlər ki, bu gün informasiya yayan, keyfiyyətli mətbuatın "saralması" tendensiyası müşahidə olunur. Real faktların, gerçək hadisələrin işıqlandırılmasından daha çox mətbuat "psevdofaktların" ətraflı təsviri ilə məşğuldur. Bu "psevdofaktlar" üçün yeganə əsas isə ya şaiyələrdir, ya da jurnalistin özünün son dərəcə subyektivləşdirilmiş baxışı.

    Unutmaq olmaz ki, informasiya axını ictimai proseslərin idarə edilməsində, elə bir qüvvədir ki, ondan hakimiyyətdə olanlar da, siyasi hakimiyyətə yiyələnmək istəyənlər də yararlanmağa çalışırlar. Bununla yanaşı biznesin qanunları informasiyaların istehsalı, işlənməsi, qorunması və yayılmasında öz qaydalarını və normalarını diktə edirlər. Siyasi proseslər mürəkkəbləşdikcə KİV-ə sosial sifarişlərin ötürülmə prosesi də mürəkkəbləşir.

    Doğrudur, dünyanın bütün demokratik ölkələri kimi, Azərbaycanda da birbaşa diktatlıq və senzura artıq keçmişdə qalıb. Lakin unutmaq olmaz ki, bu günün özündə belə müxtəlif siyasi qüvvələr və biznes nümayəndələri ictimai rəyə nəzarət etmək naminə KİV-i çox ustalıqla manipulyasiya edirlər.

    Adətən belə iddia edirlər ki, kütləvi informasiya vasitələrinin redaktorları tamamilə sərbəst hərəkət edirlər. "Mətbuatın sosial məsuliyyətlilik konsepsiyasına uyğun olaraq" "xalqın və demokratiyanın maraqlarından çıxış edirlər". Ancaq bir reallığı da nəzərə almaq lazımdır ki, mülkiyyət forması mətbu orqanın məzmununa və fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu gün azad KİV-in əsas problemi iqtisadi sferadadır. Mətbuat sponsorların, biznes adamlarının və ya siyasi qüvvələrin hesabına yaşamağa başlayanda, şübhəsiz, deformasiyaya uğramağa başlayır. Ona görə də bəzi mətbuat orqanları insanların, cəmiyyətin sosialinformasiya marağını nəzərə almadan siyasibiznes dairələrinə xidmət edirlər. Rus yazarı Sergey Kovalyov bunu özünəməxsus şəkildə belə ifadə edir: "Jurnalistlər və kütləvi informasiya vasitələri azaddırlar, ancaq müstəqil deyillər". Əgər söz azadlığı pərdəsi altında həqiqətə oxşayan bir şey demək və yazmaq nəzərdə tutulursa, bu, əsla belədir.

    Təbii ki, qeydlərimizdə söz və mətbuat azadlığının daha çox narahatlıq doğuran müəyyən problemlərinə toxunduq. Bu istiqamətdə mövcud olan təkcə problemlər deyil, bütövlükdə 135 yaşlı mətbuatın azadlıq dünyasında ulularımızın ruhunu sevindirən uğurlarımız da az deyil. Strateji istiqamətlərdən biri pozitiv qüvvələrin birləşməsidir ki, artıq bu istiqamətdə Azərbaycan mediasında müəyyən addımlar atılıb. Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondu, Teleradio Şurası və digər jurnalist təşkilatları söz və kütləvi informasiya azadlığının verdiyi imkanların bütövlükdə Azərbaycanda demokratik dəyərlərin qorunması, vətəndaş cəmiyyətinin formalaşması və insan hüquq və azadlıqlarının müdafiəsinə yönəltməyə və Azərbaycan mətbuatının problemlərini həll etməyə səy göstərirlər.

    Biz jurnalistlərə isə həqiqət hissini, məşhur rus filosofu İvan İlinin dediyi kimi, - "göz bəbəyi kimi qorumaq lazımdır. Özümüzdən və insanlardan həqiqət hüququmuzun olduğunu tələb etməliyik, yoxsa həqiqət hissi olmadan biz yalançını tanımarıq, həqiqətə hüquqsuz isə biz istənilən haqqı, istənilən əqidəni, hər hansı sübutu və həyatda nə varsa hamısını məhv edərik".

 

    Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

 

    İlqar RÜSTƏMOV

 

   Xalq qəzeti.- 2010.- 30 iyun.- S. 5.