Qadın ətritəsviri sənət sərgisi

 

Azərbaycan Dövlət İncəsənət Muzeyi 8 MartBeynəlxalq Qadınlar Günü münasibəti iləQadın ətriadlı sərgi hazırlamışdır. Dahi Azərbaycan şairi Hüseyn Cavidə məxsusBəşəriyyət qadınla yüksələcəkmisrası ekspozisiyanın devizi seçilmişdir.

 

Müxtəlif nəsillərə məxsus sənətkarlarımızın yaradıcılığını təmsil edən bu sərgidə, eyni zamanda, müxtəlif üslub və cərəyanlar öz əksini tapmışdır. Əlvan gül çələngini xatırladan bu sərgidə Azərbaycan xanımının obrazı, onun işgüzarlığı, ictimai fəaliyyəti, yaradıcılığı tamaşaçıların gözü qarşısında kino lenti kimi canlanacaq, görkəmli fırça ustası, xalq rəssamı Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Toğrul Nərimanbəyov, əməkdar incəsənət xadimi Vəcihə Səmədova kimi sənətkarlarla yanaşı, Sakit Məmmədovun, Niyaz Nəcəfovun, Elşən Sərxanoğlunun və digər rəssamların əsərləri də tamaşaçılara təqdim olunacaq.

Sərginin açılış mərasimi mart ayının 5-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində olacaq. Bu tədbirə Azərbaycan qadınlarının daim gözəl və xoşbəxt olması üçün hər zaman çalışan “Gazelli” şirkəti də qoşulmuşdur. Mədəniyyət, incəsənət və xüsusilə muzey sahəsində böyük zəhməti olan xanımları “Gazelli” şirkəti xüsusi hədiyyələrlə təbrik edəcək. Sərgidə yuxarıda adları çəkilən, əsərləri muzeyin fondunda qorunub saxlanılan Azərbaycanın görkəmli fırça ustalarının, həmçinin müxtəlif nəslə mənsub olan rəssamların əsərləri nümayiş olunacaqdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 4 mart.- S. 7.