Sərhəd dəstəsi
– 17 il
Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidməti Zaqatala Sərhəd Dəstəsinin
yaranmasının 17 illiyinə və gənc əsgərlərin
andiçmə mərasiminə həsr olunmuş tədbir
keçirilmişdir. Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə, Balakən
və Qax rayon icra hakimiyyəti başçısının
müavinləri, hər üç rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri, valideynlər, ictimaiyyət
və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Tədbirdə Zaqatala
rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə,
Zaqatala sərhəd dəstəsinin komandiri, polkovnik-leytenant
Rövşən Səfərov və başqaları
çıxış edərək hərbi hissənin zabit,
gizir və əsgərlərini sərhəd dəstəsinin
yaradılmasının 17 illiyi və gənc əsgərlərin
andiçmə mərasimi münasibəti ilə təbrik
etmişlər. Çıxış edənlər ulu öndər
Heydər Əliyevin ölkəmizi bölgədə lider
dövlətə çevirmək məqsədi ilə hərbi
potensialımızın gücləndirilməsi istiqamətində
gördüyü işlərdən
danışılmış, Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidmətinin
formalaşdırılmasında böyük siyasətçinin
əvəzsiz xidmətləri qeyd olunmuşdur.
Natiqlər eyni zamanda
hazırda sərhəd qoşunlarının daha da güclənməsi,
onun maddi-texniki bazasının müasirləşdirilməsi
istiqamətində apardığı işlərə görə
ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini
bildirmişlər.
Daha sonra tədbir
iştirakçıları hərbi hissənin çevik
alayının əsgərlərinin nümunəvi
çıxışlarına baxmışlar. Xidmətdə
fərqlənən zabit, gizir və əsgərlərin
mükafatlandırılma mərasimindən sonra tədbir
geniş konsert proqramı ilə davam etdirilmişdir.
İ.MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 4 mart.- S. 8.