Region kitabxanalarının Veb-saytlarında daha bir yenilik

 

Bir sıra region kitabxanaları öz Veb-saytlarını zənginləşdirmək məqsədilə rayonun tarix-diyarşünaslıq muzeyində olan eksponatlar haqqında kitabxana saytlarında məlumat verirlər. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytının (www.xacmazmks.webs.com) УMuzeyimizin eksponatlarıФ bölməsində rayon tarix-diyarşünaslıq muzeyində mühafizə edilən 18 eksponat Ц küp qablar, qədim silahlar, pullar, tunc dövrünün bəzək əşyaları, daş çapacaqlar nümayiş etdirilir.

Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytında (www.barda-mks.az) rayon tarix-diyarşünaslıq muzeyində mühafizə edilən 20 eksponat haqqında maraqlı məlumatlar verilmişdir. Eksponatlar arasında saxsıdan süzgəc, antik dövrə aid saxsıdan emal edilmiş əczaçılıq qabı, saxsı çıraq, paleolit dövrünə aid daş balta, saxsı şamdan, üzüm emal etmək üçün daş alət s. oxucuların marağına səbəb olmuşdur.

Bu təcrübə digər region kitabxanalarında da yayılacaqdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 11 mart.- S. 6.