Xocalı hadisələri ilə əlaqədar
Ermənistan tərəfindən BMT-nin Baş katibinə
ünvanlanmış məktuba Azərbaycanın BMT yanında
Daimi Nümayəndəliyinin cavabı
Azərbaycanın BMT yanında
Daimi Nümayəndəliyi Xocalı hadisələri ilə əlaqədar
Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi
tərəfindən bu təşkilatın baş katibinə
ünvanlanmış məktuba cavab məktubunun mətnini
yaymışdır.
Cavab məktubunda Ermənistan
silahlı qüvvələri tərəfindən dinc sakinlərə
amansızcasına divan tutulması xatırladılır, bu dəhşətli
faciənin şahidi olmuş xarici ölkələrin KİV
nümayəndələrinin, eləcə də həmin faciədə
iştirak etmiş erməni hərbi qulluqçularının
və ziyalıların nümayəndələrinin söylədikləri
fikirlər verilmişdir. AzərTAc Azərbaycanın BMT
yanında Daimi Nümayəndəliyinin məktubunun tam mətnini
təqdim edir.
Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatı yanında daimi nümayəndəsinin
baş katibə ünvanlanmış 10 mart 2010-cu il tarixli məktubu
Sizin diqqətinizi Ermənistanın
BMT yanında daimi nümayəndəsinin A/64/680-S/2010/102
nömrəli sənəddə yer almış məktubuna cəlb
etmək istərdim. Mənim 2010-cu il 8 fevral tarixli məktubuma
(A/64/658-S/2010/78) cavab olması iddia edilən bu məktub
Xocalı şəhərinin azərbaycanlı sakinlərinə
qanlı divan tutulmasının on səkkizinci
ildönümü ilə əlaqədar sizin adınıza
ünvanlanmışdır. Bu məktub bir daha göstərir
ki, Ermənistan tərəfi Azərbaycana qarşı təcavüzün
gedişində törədilmiş ağır cinayətlərə
görə məsuliyyətdən yaxa qurtarmaq
üçün məkrli və hiddətləndirici
saxtalaşdırmalara əl atır.
Ermənistan tərəfi
belə bir faktı nəzərə almır ki, 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin
qəddarlıqla qətlə yetirilməsinə görə
onun məsuliyyəti çoxsaylı müstəqil mənbələr
və faciənin şahidləri tərəfindən, habelə
Ermənistanın yüksək vəzifəli şəxslərinin
çıxışlarında və açıq mənbələrdə
etiraf edilmiş və sənədlərlə təsdiqlənmişdir.
Məsələn, Ermənistan
Respublikasının daimi nümayəndəsi Xocalı sakinlərinin
qırılmasına görə məsuliyyəti mübahisəsiz
etiraf etmiş (Thomas de Wall, Black Garden, Armenia and Azerbaijan through
Peace and War (New York and London: New York University Press, 2003), p. 172)
onun ölkəsinin o vaxtkı müdafiə naziri, indiki
prezident Serj Sarkisyanın sözlərini, habelə erməni əsgərlərinin
Xocalı sakinlərini necə qətlə yetirməsi barədə
ətraflı məlumat vermiş daha bir erməni müəllifin
açıq etiraflarından (Markar Melkonian, My Brother ‘s Road. An American ‘s Fateful Journey to
Ermənistan
Respublikasının daimi nümayəndəsi Xocalıda
baş vermiş hadisələrin şərhində siyasi
motivləri üstün tutan əsassız bəyanatlara istinad
edir. Həmin bəyanatlardan belə çıxır ki, guya
“yerli mülki əhalinin hərbi əməliyyat zonasından
təxliyə olunmasına azərbaycanlılar özləri
maneçilik törətmiş” və “bu cür genişmiqyaslı
mülki itkilərdən” daxili siyasi məqsədlər naminə
istifadə etmək istəyən “azərbaycanlı
könüllülər şəhəri tərk etməyə
çalışanları güllələmişlər”. Təsadüfi
deyildir ki, bu cür dəhşətli ittihamlar Ermənistan tərəfin
təqdim etməyə çalışdığı vəziyyətə
diametral əks vəziyyəti təsdiq edən sübutlar
qarşısında dərhal oyuncaq ev kimi dağılır.
Erməni təbliğatı
öz həyasız ittihamlarını təsdiqləmək
üçün hər hansı vasitə tapmaq cəhdlərində
ən iyrənc üsullardan istifadə etməkdən belə
çəkinmir. Məsələn, Ermənistan
Respublikasının daimi nümayəndəsi “Helsinki
Uotç” təşkilatının 1992-ci ildə dərc
edilmiş məruzəsinin məzmunundan sui-istifadə edərkən,
görünür, unutmuşdur ki, bu qeyri-hökumət
hüquq müdafiə təşkilatı Ermənistan tərəfinin
həmin təşkilatın mövqeyini kobud şəkildə
təhrif etməsinə rəsmi münasibət
bildirmişdir. “Hyuman Rayts Uotç/Helsinki” hüquq müdafiə
təşkilatının icraçı direktoru tərəfindən
Ermənistanın xarici işlər nazirinə
ünvanlanmış, mətni aşağıda verilən
1997-ci il 24 mart tarixli məktubunu şərh etməyə
ehtiyac yoxdur. Həmin məktubda deyilir:
“Mən ”Hyuman Rayts
Uotç/Helsinki" (keçmiş “Helsinki Uotç”)
hüquq müdafiə təşkilatının
icraçı direktoru kimi, Dağlıq Qarabağdakı
Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinə
1992-ci ildə tutulmuş qanlı divan barədə Xarici
İşlər Nazirliyinin 3 mart tarixli bəyanatına
münasibət bildirmək istəyirəm. Nazirlik öz bəyanatında
iddia edir ki, dinc sakinlərin qətlə yetirilməsinə
görə Azərbaycan Xalq Cəbhəsi məsuliyyət
daşıyır. Bu halda sabiq prezident Ayaz Mütəllibovun
müsahibəsinə, habelə ağlasığmaz da olsa
bizim təşkilatın 1992-ci ildə dərc olunmuş məruzəsinə
istinad edilir.
Nazirliyin bəyanatında
deyilir: “...Azərbaycan Xalq Cəbhəsinin könüllü
döyüşçüləri yerli mülki əhalinin
Qarabağ erməniləri tərəfindən məxsusi olaraq
mülki əhalinin oradan getməsi üçün
açıq saxladıqları dağ
aşırımlarından keçməklə hərbi əməliyyat
zonasından təxliyə edilməsinə fəal əngəl
törətmiş və əslində buna mane olmuşdur. Bu məsələ
ilə əlaqədar Helsinki Uotç qeyri-hökumət təşkilatının
1992-ci ilin sentyabrında dərc olunmuş məruzəsində
bir azərbaycanlı qadının sözləri sitat gətirilir.
Həmin qadın bildirmişdir ki, ermənilər azərbaycanlı
mülki əhaliyə ağ bayraq qaldıraraq şəhəri
tərk etmələrini təklif etmişlər. Əslində
isə azərbaycanlı könüllülər şəhəri
tərk etməyə çalışanları güllələmişlər”.
Bizim məruzədə həqiqətən
deyilirdi ki, Xocalı sakinlərinin çoxuna
qarşıdakı hərbi əməliyyat barədə əvvəlcədən
xəbərdarlıq edilmişdi, çünki erməni
qoşunları Xocalıdakı könüllülərin o
vaxtkı rəhbəri Əlif Hacıyevə ultimatum
vermiş, o da öz növbəsində mülki əhalini xəbərdar
etmişdi. Bizim tədqiqatlar, habelə insan
hüquqlarının müdafiəsi üzrə Memorial mərkəzin
araşdırmaları göstərir ki, könüllülər
mülki əhalinin Xocalıdan qaçan ayrı-ayrı iri
qrupları ilə birlikdə geri çəkilmişlər.
Bizim məruzədə qeyd edilirdi ki, azərbaycanlı
silahlı könüllülərin əynində forma
vardı və buna görə də onlar kombatant hesab edilə
bilər. Buna görə hətta özləri dinc sakinləri
müdafiə etmək niyyətində olsalar belə,
onları təhlükəyə məruz qoyurdular.
Bununla belə, biz mülki əhalinin
həlak olmasına görə birbaşa məsuliyyəti
Qarabağdakı erməni qoşunlarının üzərinə
qoyuruq. Bundan əlavə, istər bizim məruzədə, istərsə
də Memorial mərkəzin məruzəsində azərbaycanlı
qüvvələrin Azərbaycan sakinlərinin qaçmasına
mane olduqlarını və ya onları güllələdiklərini
təsdiqləyən hər hansı sübut yoxdur (kursiv
bizimdir).
Biz hökumət və
qeyri-hökumət təşkilatlarının bizim məruzələrdən
istifadə etməsini alqışlayırıq. Bununla bərabər,
ümid edirik ki, bizim 1992-ci il üçün məruzənin
məzmunu bundan sonra təhrif olunmuş şəkildə
şərh edilməyəcəkdir". (Hüquq müdafiə
təşkilatının icraçı direktorunun məktubunun
tam mətni həmin təşkilatın veb-saytında yerləşdirilmişdir:
http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh)
http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh)
Başqa sözlə, “Hyuman
Rayts Uotç” hüquq müdafiə təşkilatı birmənalı
şəkildə bəyan etmişdir ki, erməni silahlıları
Xocalıda dinc sakinlərin qətlə yetirilməsinə
görə birbaşa məsuliyyət daşıyırlar. Təşkilat
ümid etdiyini bildirmişdir ki, onun məruzəsi bundan sonra təhrif
olunmuş şəkildə şərh edilməyəcəkdir.
Lakin erməni təbliğatı əvvəlki kimi təkzib
edilmiş arqumentlərdən istifadə etməkdə və cəzasızlıq
təsəvvürü yaymaqda israrlıdır.
Bundan əlavə, Ermənistan
Respublikasının daimi nümayəndəsinin məktubu bir
daha göstərir ki, erməni tərəfi Ermənistanla Azərbaycan
arasında münaqişənin indiki mərhələsinin
başlanmasına gətirib çıxarmış hadisələrin
xronologiyasına münasibətdə “unutqanlıq”
nümayiş etdirir. Məsələn, erməni tərəfi
belə bir faktın üstündən sükutla keçir ki,
Azərbaycanın bəzi şəhərlərində, o
cümlədən 1988-ci il fevralın 26-28-də Sumqayıtda
baş vermiş hadisələrdən əvvəl
Dağlıq Qarabağın Azərbaycandan birtərəfli
şəkildə ayrılmasına nail olmaq məqsədilə
bir sıra hüquqazidd bəyanatlar və qərarlar qəbul
edilmiş, 1987-ci ilin axırlarında Xankəndidə (sovet
dövründə bu şəhər Stepanakert
adlanırdı) və Ermənistanda azərbaycanlılara
hücumlar edilmiş, nəticədə xeyli azərbaycanlı
qaçqına və daxili köçkünə
çevrilmiş və bu şəxslər başqa yerlərlə
yanaşı, Sumqayıta üz tutmuşdu. Onu da xatırlatmaq
zəruridir ki, Sumqayıtda iğtişaşlar ərəfəsində,
yəni 1988-ci il fevralın 22-də Xankəndi-Ağdam
avtomobil yolu üzərindəki Əsgəran
yaşayış məntəqəsi
yaxınlığında ermənilər dinc nümayiş
keçirən azərbaycanlılara atəş
açmış, nəticədə iki nəfər azərbaycanlı
gənc həlak olmuşdur.
Sumqayıtda baş vermiş
hadisələri ermənilərə qarşı “talan” və
ya onlara “qanlı divan tutulması” kimi qələmə verməyə
çalışan erməni təbliğatı, eyni zamanda, həmin
hadisələrin həqiqi səbəblərinin üzə
çıxarılması üçün böyük əhəmiyyət
kəsb edən bir sıra halları ümumiyyətlə yada
salmamağı üstün tutur. Belə ki, 1988-ci il
fevralın 26-28-də Sumqayıtda 26 nəfər erməni və
azərbaycanlı sakin qətlə yetirilmişdir. Bununla əlaqədar
qeyd etmək lazımdır ki, həmin hadisələrdə
aparıcı simalardan biri milliyyətcə erməni olan
Sumqayıt sakini, ermənilərə qarşı qətllər
və zorakılıq aktları törədilməsində
bilavasitə iştirak etmiş Eduard Qriqoryan olmuşdur. Azərbaycan
SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə
Kollegiyasının 1989-cu il 22 dekabr tarixli qərarı ilə
Qriqoryan 12 il həbs cəzasına məhkum edilmişdir. Məhkəmə
Qriqoryanı Sumqayıtda iğtişaşların təşkilatçılarından
biri hesab etmişdir. Şahidlərin və zərərçəkənlərin
ifadələrində göstərilir ki, Qriqoryanın əlində
ermənilərin yaşadığı mənzillərin
siyahısı olmuş və o, üç nəfər
başqa erməni ilə birlikdə ermənilərdən qisas
almağa çağırmış və bu işdə
şəxsən iştirak etmişdir. Qriqoryanın əməllərinin
qurbanları (onlar hamısı ermənilərdir) onu
Sumqayıtdakı zorakılığın təşkilatçılarından
və fəal iştirakçılarından biri
adlandırmışlar.
Ermənistan
Respublikasının daimi nümayəndəsinin sözlərinə
görə, “Azərbaycan öz müstəqilliyini elan edəndən
dərhal sonra ittiham olunmuş qatilləri azad etmiş və
kütləvi informasiya vasitələrində onları
açıq-aşkar milli qəhrəmanlar kimi
alqışlamışdır”.
Ermənistan tərəfi bu cür məsuliyyətsiz və əsassız ittihamlar irəli sürməkdənsə, onu yada salmalı idi ki, Ermənistanın hüquq mühafizə orqanları 1987-1989-cu illərdə azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiya edilməsi zamanı 216 nəfər azərbaycanlının qəddarcasına öldürülməsində təqsirkar olan şəxslərə qarşı heç bir cinayət işi qaldırmamışlar.
Sumqayıtda və Azərbaycanın bəzi başqa şəhərlərində baş vermiş, erməni təbliğatına genişmiqyaslı antiazərbaycan kampaniyasına başlamaq və sonradan Azərbaycana qarşı təcavüzə bəraət qazandırmaq üçün bəhanə kimi lazım olan hadisələr əslində əvvəlcədən planlaşdırılmış və hazırlanmışdır. Qeyd etmək lazımdır ki, Sumqayıtda iğtişaşlar başlanandan bir neçə gün əvvəl erməni ailələrindən bir neçəsi şəhəri tələsik tərk etmişdir. Sonradan məlum olmuşdur ki, həmin ailələrin başçıları Azərbaycana qarşı müharibə başlanmasına görə ciddi məsuliyyət daşımalı olan təşkilatla - “Krunk” komitəsi ilə sıx əlaqədə imiş. İğtişaşların başlanması haqqında bütün dünyada sürətlə yayılmış yeganə film hadisələrin başlanmasından 24 saat əvvəl Ermənistandan Sumqayıta məxsusi bu məqsədlə gəlmiş peşəkar briqada tərəfindən çəkilmişdir.
Bundan əlavə,
kənardan ciddi dəstək olmadan Sumqayıt hadisələrini
idarə etmək çətin olardı. “Tayms” qəzeti
yazırdı ki, DTK rəhbərliyi Kremlin nüfuzunu və
hakimiyyətini zəiflətməyə
çalışır, bu məqsədlə Sovet
İttifaqının müxtəlif şəhərlərində,
o cümlədən Sumqayıtda və Bakıda yerli əhalinin
narazılığından dəlil kimi istifadə etməklə
provokasiyalar təşkil edirdi. (Vladimir Kryuchkov. Hardline Soviet Communist who became head of the
KGB and led a failed plot to overthrow Mikhail Gorbachev, Times Online, 30
November 2007, available at; http: //www.timesonline.co.uk/
tol/comment/obituaries/article 2970324.ece).
Dağlıq Qarabağın
və ona bitişik Azərbaycan rayonlarının işğal
edilməsi və həmin ərazilərdə etnik təmizləmələr
Ermənistan Respublikası tərəfindən onun beynəlxalq
hüquq üzrə öhdəliklərinin hiddətləndirici
dərəcədə pozulması demək olduğu beynəlxalq
səviyyədə etiraf edildiyinə baxmayaraq, erməni təbliğatı
Azərbaycana qarşı təcavüzü əvvəlki kimi
yenə də Dağlıq Qarabağ əhalisinin öz
müqəddəratını təyin etmək hüququnu həyata
keçirmək barədə dinc tələbi kimi qələmə
verir.
Azərbaycan
Respublikasının hökuməti dəfələrlə bəyan
etmişdir və mən bunu bir daha bəyan etməyə
müvəkkil olunmuşam ki, Ermənistanın təyini-müqəddərat
prinsipinin tətbiq edilməsi barədə iddiaları beynəlxalq
hüquqa ziddir. Bu, beynəlxalq hüququn əsas
normalarının, o cümlədən ən ağır beynəlxalq
cinayətlərə aid olan, habelə güc tətbiq
olunmasını qadağan edən normaların
pozulmasının nəticələrini qəbul etməyə
bərabər olardı.
Bu məktubun Baş Məclisin
gündəliyinin 14-cü və 18-ci bəndləri üzrə
sənəd və Təhlükəsizlik Şurasının sənədi
kimi yayılmasına görə minnətdar olaram.
Aqşin MEHDİYEV,
səfir, daimi nümayəndə
Xalq qəzeti.- 2010.- 31 mart.- S. 2.