Zaqatala: dağlar süfrə
açır... qonaqlar üçün
Maraqlı məqamdır. Nədənsə
Zaqatalanın dağları, təbiəti, insanları, rayon
sakinlərinin uğurları barədə qələmə
almaq istədiyim yazının əvvəlində şair
ürəkli bir dostumuzdan nə vaxtsa eşitdiyim misralar
yadıma düşdü:
Dağlar süfrə
açır bahar gələndən,
Yaxınlı, uzaqlı
qonaqdan ötrü.
Yay boyu süfrəyə
gələn nemətin
Dodaqda dadı var, budaqda ətri.
Doğrusu, bu sətirlərin
Qəbələdə, Zaqatalada, Qubada və ya Daşkəsəndə
yazıldığını bilmirəm. Amma onu dəqiq bilirəm
ki, şeirdə dağların məhz bu günlərdə
minbir rəngli süfrə açdığı, yay boyu həmin
süfrəyə minbir nemət düzdüyü, nəhayət,
oktyabrda payız küləklərinin “əli ilə” həmin
süfrəni çırpıb, təmizləyib gələn
il üçün saxlaması əsl kənd adamının
müşahidələri əsasında qələmə
alınıb. Bir də ki, bu şeirin hansı rayonda qələmə
alınması o qədər də önəmli deyil.
Çünki bizim dağların hamısı gözəldir.
Amma insafən, Zaqatala dağlarının gözəlliyi
bir... vahid artıqdır. Bu üç nöqtəyə
görə hörmətli oxucudan üzr istəyirəm.
Çünki təbiət gözəlliyinin
ölçüsünü (elə bir ölçü
varmı, görəsən?) bilmədiyimə görə vəziyyətdən
çıxmaq üçün “bir vahid” ifadəsini
yazdım.
Bax belə, heç kəs
inciməsin, o biri dağlarımızdan bir azca da olsa gözəlliyi
çox olan Zaqatala dağları yaxınlı-uzaqlı
qonaqlar üçün əsrarəngiz süfrə
açmaqda davam edir, çöl, çəmən,
ağaclar rəngarəng çiçək açır. Bu
proses may ayının sonunadək davam edəcək. Sonra isə...
naz-nemət mövsümü başlanacaq. Bu diyarın turizm
potensialından indiki kimi istifadə edilməyəndə də
dağlar gözəl, insanlar gülərüz idi. Ancaq indi
qonaq-qara çox olduğuna görə insanlar təbiətin
gözəlliyinə əlavə çalarlar qatıb,
bölgə əhalisinin min illərdən bəri
formalaşan özünəməxsus qonaqpərvərliyi birə
beş qat artıbdı.
Zaqatalanı xüsusi
vurğunluqla sevən şəhər icra nümayəndəsinin
müavini İlkin Rzayevlə hər
görüşümüzdə bu müqəddəs yerin
gündən-günə gözəlləşdiyi barədə
fikirlərin üzərinə qayıdırıq. Daha
doğrusu, İlkin bu söhbəti tez-tez gündəliyə
gətirir. Mən də sanki birinci dəfə eşidirmiş
kimi maraqla qulaq asıram. Yuxarıda dedim axı... O əsl
yurdsevər insan kimi bu gözəlliklə fəxr edir. Hərdən
mən də ona qoşulub fəxr edəndə daha da ürəklənir:
— Bir azdan bizim rayonun çal-çağırlı günləri
başlanacaq. Əvvəllər qonaqlarımız ancaq öz
respublikamızdan və keçmiş sovet şəhərlərindən
olurdu. İndi isə Avropanın əksər ölkələrindən
qonaq qarşılayırıq. Zaqatala beynəlxalq hava
limanının işə düşməsi, avtomobil
yollarımızın yüksək səviyyədə yenidən
qurulması, müasir standartlara cavab verən turizm obyektlərinin
tikilib istifadəyə verilməsi, insanlarımızın daha
çox qonağı və daha yüksək səviyyədə
qarşılayıb yola salması... bütün bunlar buraya gələnlərin
ildən-ilə deyil, aydan-aya artmasının əsas səbəbləridir.
İnsana daxilən rahatlıq verən əməllər
çoxdur. Ancaq mənə elə gəlir ki, dünyada qonaq qarşılamaqdan
gözəl heç nə ola bilməz.
İlkinlə hər
görüşümüzdə Zaqatalanın infrastrukturunun
iti sürətlə gözəlləşməsi barədə
yeni nə isə eşidirdim. Bu dəfə isə söhbətə
bir az ictimai-siyasi məzmun da qatmışdı: — Cənab
Prezident İlham Əliyevin həm regionların
inkişafına ayırdığı diqqət, həm də
turizmin və sahibkarlığın inkişafına verdiyi
önəmin nəticəsidir ki, bu gün Zaqatala istənilən
bölgə ilə tərəqqi yarışının qalibi
ola bilər. Biz dövlət başçısına bir də
ona görə minnətdarıq ki, bizim rayona xüsusi xidmət
göstərir. Biz də borclu qalmırıq. İndi
sadalayacağım faktların və rəqəmlərin
bilavasitə mənim çalışdığım quruma dəxli
olmadığına görə daha ürəklə
danışa bilərəm. Çünki adam öz işi barədə
danışanda o qədər də rahat olmur. Rəqəmlər
ondan ibarətdir ki, 2010-cu ilin birinci rübü sosial-iqtisadi
inkişaf baxımından Zaqatala üıçün
uğurlu olub. Belə ki, birinci rübdə zaqatalalılar 26,3
milyon manatlıq məhsul istehsal edib və müxtəlif xidmətlər
göstəriblər. Məhsul istehsalı əvvəlki ilin
müvafiq dövrünə nisbətən sənayedə 2,5,
kənd təsərrüfatında 3,1, nəqliyyatda 29,5, ticarətdə
isə 7,2 faiz olubdur. Yəni elə bir sahə yoxdur ki,
artım, irəliləyiş olmasın. Deməli, bizim təbiətimiz
kimi insanlarımızın da səxavətli, xeyirxah,
işgüzar, xoşniyyət olduğunu söyləyənlər
tamamilə haqlıdırlar.
Son illərdə aqrar sektorda
həyata keçirilən məqsədyönlü tədbirlər
rayonda kənd təsərrüfatının dinamik
inkişafına imkan yaradıb.
Fermer təsərrüfatlarında
12165 hektar sahədə payızlıq taxıl, o cümlədən
8892 hektar buğda səpini aparılıb, əvvəlki illə
müqayisədə taxıl sahələri 92 hektar genişləndirilib.
Rayonda
heyvandarlığın inkişaf etdirilməsində məqsədyönlü
tədbirlər həyata keçirilir. 2010-cu ilin birinci
rübündə iribuynuzlu mal-qaranın sayı 59590 baş,
keçən ilin müvafiq dövrünə nisbətən
45 baş, qoyun-keçilərin sayı 161499 baş, yaxud 565
baş çox olub. 3 ay ərzində diri çəkidə ət
istehsalı 1292, süd istehsalı 7103 ton, yumurta istehsalı 2
milyon 690 min ədəd olub.
Buğda və çəltik
istehsalçılarının stimullaşdırılması
məqsədi ilə dövlət büdcəsinin vəsaiti
hesabına yardım verilməsi qaydalarına uyğun olaraq
2241 nəfər istehsalçıya 299594 manat yardım verilib.
Rayonda meliorasiya — irriqasiya tədbirlərinin
həyata keçirilməsi, çay yataqlarının və
suvarma kanallarının təmizlənməsi, çaylarda
sahilbərkitmə işləri davam etdirilmişdir. Cari ilin
birinci rübündə 273440 kubmetr həcmində çay
yataqlarının təmizlənməsi, 52100 kubmetr həcmində
suvarma kanalların təmizlənməsi, 1511 kubmetr həcmində
daş-beton bəndlərinin əsaslı təmiri, 100 kubmetr
həcmində qabion bəndlərinin
quraşdırılması və digər sahil bərkitmə
işləri görülüb.
“Ekologiya ili” çərçivəsində
rüb ərzində 73800 ədəd müxtəlif təyinatlı
ağac və dekorativ bitkilər əkilib.
2010-cu ilin birinci
rübündə bütün maliyyə mənbələri
hesabına rayonda 4,5 milyon manat dəyərində tikinti, təmir
və abadlıq işləri aparılıb, o cümlədən
daxili imkanlar hesabına 157 min manat dəyərində
abadlıq və təmir işləri görülüb.
Bir müddət əvvəl
dövlət başçımız, Ali Baş Komandan
İlham Əliyev 1941-45-ci illər müharibəsindəki
şanlı qələbənin 65 illiyinin qeyd edilməsi
münasibətilə xüsusi sərəncam imzalayanda mənim
yadıma Zaqatalada veteranların istirahəti üçün
tikilmiş “Çay evi”ndə eşitdiyim söhbətlər
düşmüşdü. O qanlı döyüşlərdən
orden-medallarla qayıtmış Oruc Əhmədov demişdi
ki, ağır məhrumiyyətlər görmüş
veteranları yaşadan dövlətin bizə göstərdiyi
qayğı, rayon rəhbərliyinin diqqətidir. Adı
çəkilən sərəncamdan sonra Zaqatalada olanda yenə
də şirin xatirələrlə dolu “Çay evi”nə,
ağsaqqalların və veteranların görüşünə
getdim. Rayon Veteranlar Şurasının sədri Ənvər Kərimov
yenə də “iş başında” — ağsaqqalların
arasında idi. Ənvər dayını lap çoxdan
tanıyıram. Az qala Zaqatalanın bütün parklarında,
xiyabanlarında söhbət etmişik. Ancaq indi daha məmnundur:
— Belə bir çayxananın — ağsaqqallar üçün
məkanın (yeri gəlmişkən, mən orada cavan adam
görmədim, hərçənd bunu heç kəs yasaq etməyib)
yaradılması bizim üçün böyük
qayğıdır, diqqətdir. İndi öz yerimiz var,
yığışıb rahat otururuq, söhbətləşirik,
dərdləşirik. Düşünürük ki,
yaxşı ki, qayğımıza qalan var. Torpaq uğrunda
vuruşan insanların qədir-qiymətini bilirlər. Elə
Aşağı Tala, Qımır, bir də Göyəm kəndlərində
tikilən “Şəhidlər” xatirə kompleksləri dediklərimi
təsdiq etmirmi?
— Bayaq dərdləşirik
dedim, — deyə, — Ənvər dayı sözünə davam
etdi— müharibə qurtaranda Zaqatalada veteranlar nə qədər
idi, indi neçə nəfərdir? Geridə qalan illərin hərəsində
neçə-neçə yaşıdımızı,
ağsaqqalımızı itirmişik. Bu gün biz onların
yarımçıq qalmış ömürlərini
yaşayırıq. Onlar barədə danışılan xatirələrin
hamısı elə dərdləşməkdir də... Bir də
ki, ömür-gün, sağlamlıq geridə
qaldığına görə təəssüflənirik. Vətənin
ərazi bütövlüyünün bərpası
üçün komanda verilsə, bizim köməyimizə
ehtiyac olmayacaq. Amma mən çox böyük məmnuniyyətlə
iştirak etmək istərdim. Çünki biz veteranlar xalqın
dünəni ilə sabahı arasındakı canlı
körpü misalındayıq.
Ənvər Kərimov rəmzi
körpüdən, mənəvi körpüdən
danışdı, mənim yadıma isə Zaqatalada ötən
il tikilib istifadəyə verilən asma körpü
düşdü. Təkcə Zaqatalanın deyil, həm də
qonşu rayonların iqtisadiyyatı üçün xüsusi
əhəmiyyəti olan bu körpü bölgə turizminin
inkişafına da özünəməxsus töhfə verir.
Yeri gəlmişkən, aprelin 28-də Bakıda ənənəvi
turizm sərgisi açıldı. Dövlət
başçısı İlham Əliyevin iştirakı ilə
açılan turizm sərgisində Zaqatalanın turizm potensialı
da yüksək səviyyədə nümayiş etdirilirdi.
Tarixi abidələr, görkəmli yerlər, zəngin təbiət,
folklor xəzinəsi, yerli sənətkarların əl işləri,
özünəməxsus mətbəx və başqa nümunələr
Zaqatalanın turizm potensialının geniş olduğundan xəbər
verirdi. Üstəlik bu gün Zaqatalada kəndarası
yolların heç biri şəhər yollarından geri
qalmır. Kənd və qəsəbələrin ümumi
inkişafı da həmçinin. Bu inkişaf tarix, qədimlik
rəmzi olan ünvanlarla müşayiət olunanda əsl
turizm əhval-ruhiyyəsi yaradır. Məsələn, rayon əhalisi
bu il Novruz bayramını 1830-cu ildə hərbi məqsədlə
tikilmiş Zaqatala qalasında keçirdi. Çox
böyük təmtəraq və çal-çağırla
keçirilən tədbirdə səsləndirilən
arzulardan biri də belə idi ki, biz Zaqatala qalasında
yandırılmış tonqalların
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ötən
payızda demişdi ki, “Azərbaycan iqtisadiyyatı gələcəkdə
daha çox sahibkarlıq fəaliyyətinin inkişafından
asılı olacaqdır”. Zaqatalada iş adamı İsfəndiyar
Acalovla görüşüb söhbət edərkən
dövlət başçımızın söylədiyi həmin
tezisin reallığa çevrilməsi üçün
böyük zəmin olduğunun şahidinə çevrildik.
İsfəndiyar Acalov qeyd etdi ki, Zaqatalada sahibkarlar tərəfindən
rayon iqtisadiyyatına qoyulan sərmayə ildən-ilə
artır və iş adamları istehsal sahələrinin
yaradılmasında daha çox fəallıq göstərirlər.
Rayonda gündəlik istehsal gücü 10 ton olan süd
emalı zavodu tikilib, emal gücü 3 min ton olan tütün
emalı zavodunun və gündəlik emal gücü 5 ton olan
müxtəlif fındıq məmulatları emal edən sexdə
tikinti-quraşdırma işləri başa çatmaq üzrədir.
Bu emal müəssisələri rayon iqtisadiyyatının daha
da inkişaf etdirilməsində mühüm rol oynamaqla
yanaşı yüzlərlə yeni iş yerlərinin
açılmasına imkan yaradacaqdır.
Sahibkar bu məsələ ətrafında
bir qədər ümumi şəkildə danışsa da,
rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə
ilə söhbətimizdə konkret faktlar öyrənə
bildik. Daha doğrusu, Mübariz müəllim bizim bu
yazının sahibkarlığın inkişafı ilə
bağlı hissəsinin canı olacaq rəqəmlərdən
danışdı: Bəli, Zaqatalada bu məsələ
bilavasitə Prezidentimiz, cənab İlham Əliyevin bizdən
tələb etdiyi səviyyədə öz həllini
tapıb. Ötən dövr ərzində
sahibkarlığın sabit iqtisadi münasibətlər
qurması baxımından çox uğurlu olub. Məsələn,
əhaliyə göstərilən pullu xidmətlərdə və
ticarətdə qeyri-dövlət sektorunun payı 100, sənayedə
89, kənd təsərrüfatında 99, vergi
daxilolmalarında isə 95,6 faizə çatıb. Bu isə o
deməkdir ki, rayon iqtisadiyyatı faktiki olaraq özəl
bölmənin — sahibkarların əlindədir. Ona görə
də çəkinmədən deyə bilərik ki, cənab
Prezidentin söylədiyi məqama — Azərbaycan
iqtisadiyyatının daha çox sahibkarlıq fəaliyyətinin
inkişafından asılı olacağına doğru
uğurlu addımlar atılır. Biz fəxr edirik ki, həmin
addımların önündə gedənlərdən biri də
Zaqatala rayonudur.
Mübariz müəllim
xüsusilə qeyd edilməli başqa bir məsələyə
də toxunaraq söylədi ki, rayonda sosial-iqtisadi
inkişafın, tikinti-quruculuq işlərinin həm
miqyası, həm də tempi istənilən səviyyədədir.
Ancaq bu göstəricilər də bizi qane etmir. Biz məhz cənab
İlham Əliyevin görmək istədiyi Zaqatalanı
qurub-yaratmaq əzmindəyik. Ona görə də bu ilin mart
ayında regionların sosial-iqtisadi inkişafını təmin
edəcək 2009—2013-cü illər üçün Dövlət
Proqramının icrasının birinci ilinin yekunları
müzakirə edilərkən biz başqa bir addım da
atdıq. Belə ki, rayon fəallarının və iş
adamlarının iştirakı ilə keçirilən
toplantıda Zaqatala üçün həlli vacib olan növbəti
məsələlər müəyyənləşdirildi və
Dövlət Proqramına əlavə təkliflər
hazırlanaraq müvafiq orqanlara göndərildi. Yəni biz
inkişafın miqyasını da, tempini də artırmaq əzmindəyik.
Əminik ki, buna nail olacağıq.
Beləliklə, təbiəti uzunmüddətli süfrə açan, insanları qonaq qarşılamağı mənəvi borc bilən, sözün bütün mənalarında çiçəklənən Zaqatalada görüb eşitdiklərimizin cüzi bir hissəsini qələmə aldıq. Bu isə İlkinin arzusu idi. Demişdi ki, hər şeyi yazmayın, qoy soydaşlarımız gəlib öz gözləri ilə görsünlər. Ona görə də biz məhz belə etdik...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 1 may.- S. 7.