Qələbəyə həsr olunmuş sərgi

 

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Qələbənin 65 illiyi ilə əlaqədar olaraq “Tarixin ibrət dərsləri” adlı tədbir-sərgi təşkil olunmuşdur.

 

Sərgidə muzeyin fonduna məxsus Sovet İttifaqi Qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin Kazımovun, İsrafil Məmmədovun, Məzahir Quliyevin şəxsi əşyaları, Azərbaycan Dövlət kino-foto sənədlər arxivindən fotolar, plakat kolleksiyası və rəsm əsərləri nümayiş etdirilir. Sərgi muzeyin 3 zalında nümayiş olunur və aşağıdakı mövzuları əhatə edir: Azərbaycan 1941-45-ci illər müharibəsində, Azərbaycanın Qızıl Ulduzları, 1941-45-ci illər müharibəsini əks etdirən plakatlar və rəsm əsərləri. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin oğlu Sabir Quliyev, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynazdənin bacısı oğlu Mehdi Əzizbəyov, 1941-45-ci illər müharibəsinin veteranları, Belarusiya, Rusiya səfirliklərinin nümayəndələri, Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri, muzey ictimaiyyəti iştirak etmişlər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 7 may.- S. 11.