Yarımçıq qalmış
gündəlik
18 il əvvəl erməni gülləsi tələbə
Fuadın arzularını
ürəyində qoydu
Araz çayı üzərindəki qədim Xudafərin
körpülərindən Qarabağın tarixi mərkəzi
Şuşa qalasına gedən yolun üstündə yerləşən
Cəbrayıl rayonunun Quycaq kəndində 1972-ci ilin bir
payız günü dünyaya göz açmışdı
Fuad Əsədov. Dərslərini əla qiymətlərlə
oxuyan bu yeniyetmənin yeganə arzusu memar olmaq idi. Elə
gözəl binalar, abidələr ucaltmaq istəyirdi ki,
baxanlar heyran qalsınlar.
1989-cu ildə orta məktəbi
bitirən kimi, Fuad bu arzu ilə Azərbaycan Dövlət
İnşaat Universitetinin memarlıq fakültəsinə daxil
oldu. Universitetdə də üzdə olan tələbələrdən
biri idi. Vaxtını boş keçirməzdi, seçdiyi sənətə
mükəmməl yiyələnmək üçün
çoxlu biliklər əxz etməyə can atırdı. Onun
yaxşı memar olacağına pedaqoqları da şübhə
etmirdilər. Lakin tale elə gətirdi ki, Fuad memar olmaq arzusuna
qovuşa bilmədi, Azərbaycanın zorən cəlb
olunduğu Qarabağ müharibəsində minlərlə həmyaşıdı
kimi həlak oldu.
Keçmiş SSRİ
dağıldıqdan sonra 1991-ci ilin oktyabrın 18-də Azərbaycan
əsrlər boyu həsrətində olduğu milli
istiqlalına qovuşsa da, həmin dövrdə onun ərazi
bütövlüyü üçün ciddi təhlükə
yaranmışdı. Belə ki, Azərbaycanın qədim
tarixi ərazisi olan Dağlıq Qarabağ vilayətindəki
erməni separatçıları Ermənistanın birbaşa
dəstəyinə və Qafqazı yenidən öz nüfuz
dairəsində saxlamağa cəhd edən rəsmi
Moskvanın aşkar havadarlığına arxalanaraq vilayətin
Ermənistanın tərkibinə birləşdirilməsini tələb
etməyə başlamışdılar. Bu niyyətlərinə
çatmaq üçün silahlı dəstələr təşkil
edən separatçılar vilayətdə və qonşu
rayonlarda yaşayan azərbaycanlılara qarış
ağır zorakılıqlar törədir, əhalinin
var-yoxunu yağmalayır, özlərini amansızcasına qətlə
yetirirdilər.
1992-ci ilin fevralın
25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı
atıcı alayının iştirakı ilə erməni
yaraqlıları bir neçə ay mühasirədə
saxladıqları Xocalı şəhərinə hücum edərək
onu büsbütün yandırdılar, əhalisini dəhşətli
işgəncələrə məruz qoyaraq məhv etdilər.
Bütün dünyanın gözü qarşısında
baş verən bu qanlı faciə bütün soydaşları
kimi tələbə Fuadı dərindən
sarsıtmışmışdı. O, ali məktəbdə dərslərini
yarımçıq qoyaraq Cəbrayıla gəlmiş və
burada yeni təşkil olunmuş Cəbrayıl ziyalılar
batalyonunun sıralarına qoşulmuşdu.
Fuadı əvvəlcə
könüllülər dəstəsinə üzv yazmaq istəməmiş,
“əsgərlikdə olmamısan, universiteti bitir, sonra gələrsən”
demişdilər. Görünür, o heç vaxt əlində
silah tutmamış bu həlim təbiətli gəncə
qıymamışdılar, Fuad isə təkidlə lmən Vətən
darda olan bir zamanda qaçıb gizlənə bilmərəm”
- söyləmişdi. O gündən cəbhənin ən
qaynar nöqtələrindəki postlarda keşik çəkən
tələbə var gücü ilə vahimə içində
yaşayan ailələri erməni quldur dəstələrinin
qəfil basqınlarından müdafiə etməyə
çalışırdı.
Lakin Qarabağ cəbhəsində
vəziyyət getdikcə gərginləşirdi. 1992-ci ilin 2
aprelində erməni silahlı birləşmələri
Dağlıq Qarabağ vilayətin inzibati ərazisinə daxil
olmayan Kəlbəcər rayonunu işğal etdilər. Həmin
ilin mayın 8-də Azərbaycan mədəniyyətinin
beşiyi sayılan gözəl Şuşa şəhəri
süqut etdi, ardınca Laçın, bir il sonra isə
Qarabağın ən zəngin rayonu olan Ağdam
işğalçıların əlinə keçdi. Bundan
sonra vilayətlə sərhəddə yerləşən
Laçın, Füzuli Cəbrayıl, Qubadlı, Zəngilan
rayonlarının düşmən mühasirəsinə
düşərək əhalisinin fiziki cəhətdən məhv
olmaq təhlükəsi vəziyyət yarandı. 1993-cü
ilin oktyabına kimi həmin rayonlar, bütövlükdə Azərbaycanın
20 faiz ərazisi erməni silahlı birləşmələriin
nəzarətinə keçdi. 1992-1993-cü illərdə BMT
Təhlükəsizlik Şurası (TŞ) Dağlıq
Qarabağda Ermənistanın təcavüzkar siyasətini pisləyən
dörd qətnamə qəbul etdi, lakin bu ali qurumun qərarları
elə o vaxtdan icra olunmamış qalır. Cəbrayıl
rayonu işğal olunana qədər rayonun ziyalılar
batalyonunun üzvləri fədakarcasına vuruşaraq
doğma torpağı qorumağa
çalışırdılar. Fuad Əsdəov batalyonun cəsur,
qorxubilməz biri də idi. O, doğulub boya-başa
çatdığı ata-baba yurdunu düşməndən
qorumaq üçün çox şücaəətlər
göstərdi. Lakin 1992-ci ilin iyunun 28-də Fuad Cəbrayıl
şəhərinin yaxınlığındakı yüksəkliklərin
birində baş verən ağır döyüşdə həlak
oldu. 20 yaşı tamam olmamış bu gəncin ömür
yolu beləcə nakam sona yetdi.
Fuad universitetə daxil
olduğu gündən bir qalın dəftərə yazmağa
başladığı gündəliyini özü ilə gətirmişdi.
Burada unudulmaz tələbəlik dünyası ilə
bağlı çoxlu qeydlər etmişdi. Bir də gənc
Fuad “səni sevirəm deməyə hazırlaşdığı
o qız” barədə kövrək duyğlarını
hamıdan gizli saxladığı həmin dəftərə
yazmışdı. Döyüş bölgəsində isə
Fuad postdan adətən çox yorğun
qayıtdığı üçün gündəliyində
əvvəlki kimi mütəmadi qeydlər edə bilmirdi. Amma
o, macal tapanda müharibənin dəhşətlərindən
də mütləq gündəliyində yazırdı.
Fuadın
ölümündən sonra onun gündəliyini azı min kərə
oxuyaraq göz yaşı axıdan Solmaz ana üçün
“o qalın dəftər” oğlundan ən əziz
yadigardır. Ananın indi ən böyük arzusu oğlunun
erməni işğalı altında olan Quycaq kəndindəki
məzarını ziyarət etməkdir. Ana qəlbi səssiz
fəryad çəkərək Qarabağ torpağına əbədi
sülh gələcəyi günü gözləyir. Solmaz ana
müharibə istəmir, öz doğma balası uyuyan kəndə
qayıtmaq həsrəti ilə yaşayır.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2010.- 13 may.- S. 7.