İnformasiya texnologiyaları
sahəsində kadr hazırlığı dövrün
tələbidir
Son illər ölkəmizdə informasiya
texnologiyalarının tətbiqinə
diqqət artmaqda davam edir. Müasir dövrün
səciyyəvi xüsusiyyətlərindən
biri həyatın bütün sahələrinin
informasiyalaşdırılması, informasiya cəmiyyətinin
yaranmasıdır. Söz
yox ki, belə
bir cəmiyyətin qurulmasında informasiya texnologiyalarına yiyələnmiş
kadrların yetişdirilməsinə
böyük ehtiyac vardır. Məhz ona görə də ölkə Prezidenti İlham Əliyev hakimiyyətə
gəldiyi ilk vaxtlardan bu sahəyə
xüsusi diqqət yetirmişdir.
Dövlət
başçısının belə bir fikrini diqqətə
çatdırmaq istərdim: "İnformasiya-kommunikasiya
texnologiyalarının gələcək
inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki
bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə
inkişaf edəcəkdir". Doğrudan da, cəmiyyətin
inkişafında güclü təsirə malik olan informasiya
texnologiyaları bütün dünyada sürətlə tətbiq
olunmaqdadır.
Azərbaycan isə
artıq bu sahədə MDB məkanında ön sırada
dayanır. Ölkə Prezidentinin 2004-cü ildə "Ümumtəhsil
məktəblərinin informasiya-kommunikasiya
texnologiyaları ilə
təminatı Proqramı"nın qəbul edilməsi haqqında imzaladığı sərəncamdan
sonra məktəblərimizin
kompyuterlə təminatı
sahəsində xeyli iş görüldü. Bu proqrama uyğun
olaraq orta ümumtəhsil məktəblərimizdə
indi hər 29 şagirdə bir kompyuter nisbəti
həll olunmuşdur. Proqram 2005-2007-ci illəri əhatə edirdi və burada elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib
hazırlanması və
s. məsələlər
nəzərdə tutulmuşdu.
Bu məsələlər
artıq reallaşmış
və yeni "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012)" qəbul
olunmuşdur. Yeni proqram təhsil sisteminin informasiyalaşdırılması
sahəsində həlledici
mərhələnin başlanğıcını
qoydu.
Söz yox ki, bütün
bunlar təhsilin digər sahələrində,
o cümlədən texniki-peşə
təhsili sistemində
də informasiya texnologiyalarının tətbiqinə
imkanlar yaratdı. Təhsil
sisteminini informasiyalaşdırılması
üzrə Dövlət
Proqramında texniki-peşə
təhsilinin informasiya
texnologiyaları ilə
təminatı əhəmiyyətli
yer tutur. Ancaq peşə təhsilinin yenidən qurulması, yeni ixtisaslar üzrə mütəxəssis hazırlayan
peşə liseyləri
yaradılması da diqqət mərkəzində
olmuşdur. Son illər Təhsil Nazirliyinin bu istiqamətdə apardığı
davamlı islahatlar artıq öz bəhrəsini vermişdir.
Lazım olmayan, dövrün tələbləri
ilə ayaqlaşmayan peşə təhsili müəssisələrinin işi
yenidən qurulmuş,
onlarda ölkəmizdə
daha çox tələbat olan ixtisaslar açılmışdır.
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 2007-ci il
iyulun 3-də imzaladığı
sərəncamla təsdiq
olunmuş "Azərbaycan
Respublikasında texniki
peşə təhsilinin
inkişafı üzrə
Dövlət Proqramı"
məhz bu sahənin yenidən qurulması üçün
imkanlar yaratdı.
1996-cı ildən yeni statusla fəaliyyət göstərən 7 saylı
Bakı Peşə Liseyi informasiya texnologiyaları üzrə
mütəxəssis hazırlığını
bu gün də davam etdirir.
Bizdə olan ixtisaslar kompyuter texnologiyaları ilə bağlıdır. Kompyuter
üzrə operator, kompyuter texnikasının sazlayıcısı, mühasib-fərdi
kompyuter operatoru ixtisasları üzrə bu illər ərzində
xeyli mütəxəssis
hazırlamışıq. Məktəbimizdə
bu ixtisaslar üzrə 400 şagird təhstl alır. Əsas təhsil bazası üzrə 353 nəfər, orta təhsil bazasından 47 nəfər şagirdimiz var. Onların təlim-tərbiyəsi ilə
59 nəfər mühəndis-pedaqoji
işçi məşğul
olur.
Həmişə çalışırıq ki,
bizim məktəbin məzunları sonradan işlə təmin edilsinlər. Ona görə də müxtəlif müəssisələrlə
müqavilələr bağlayırıq.
Məsələn, "Kür"
MMC, Maşınqayırma və
nəqliyyat idarəsi,
"Məşəl" MMC, "İnter Press" qəzeti redaksiyası,
"Didare Metal"
MMC və s. dövlət və qeyri-dövlət müəssisə
və təşkilatları
ilə belə müqavilələr bağlamışıq.
Deyim ki, liseyimizin son vaxtlar maddi-texniki bazası əsaslı şəkildə yenilənmişdir. Müasir
kompyuterlər, müxtəlif
avadanlıqlar alınıb.
2008-ci ildə Təhsil
Nazirliyi ən müasir kompyuterlərlə
məktəbimizi təchiz
etmişdir. Yeni fənn kabinələri, laboratoriyalar yaradılmışdır.
Məktəbin yerləşdiyi bina müasir tələblərə
uyğundur
və burada təhsilin və təlimin səmərəli təşkili
üçün hər cür şəraiti
vardır.
"Kompyuter texnikasının sazlayıcısı" peşəsi
üzrə yeni praktik məşğələ
emalatxanası yaradılmış
və 10 ədəd kompyuterlə təmin olunmuşdur.
Hazırda 12 ümumtəhsil
fənn kabineti, 5 praktik məşğələ
otağı, 1 gənclərin
çağırışaqədərki hazırlıq kabineti, 1 idman zalı şagirdlərin istifadəsindədir.
Bundan əlavə,
məktəbimizdə 300 nəfərlik
akt zalı, 1 konfrans zalı, latın qrafikalı kitablarla təchiz olunmuş, zəngin fondu olan kitabxana,
yeməkxana da vardır. Eyni zamanda liseyimizdə ayrıca elektrik təchizatı stansiyası
və istixana da fəaliyyət göstərir.
Ötən il "Kür" MMC
ilə bağlanmış
müqaviləyə əsasən
15 kompyuter alınaraq ayrıca nəzəri ixtisas fənn kabineti yaradılmışdır.
Həmin müəssisənin
dəstəyi ilə məktəbimizdə diaqnostika
laboratoriyası açılmışdır.
Bu laboratoriyanın fəaliyyətə başlaması
ilə əlaqədar
kompyuter texnikasının
təmiri üzrə peşənin tədris plan-proqramı hazırlanmış,
gələn tədris
ilindən həmin peşə üzrə kadr hazırlanması üzrə razılaşma
əldə olunmuşdur.
Biz bilirik ki, hazırladığımız
kadrlar dövrümüz
üçün əhəmiyyətli
sahələrdə işləməlidirlər. Ona
görə də təhsilin keyfiyyətinə
xüsusi diqqət yetiririk.
Bu yaxınlarda peşə təhsili sistemi üçün yeni kurikulum hazırlanır. Bu da söz yox
ki, təhsilin keyfiyyətinə öz təsirini göstərəcək.
Beynəlxalq əlaqələr də yaratmaq fikrindəyik. Belə ki,
Türkiyənin İzmir
şəhərində yerləşən
Mazhar Zorlu Anadolu Liseyi ilə "Qardaşlaşmış
liseylər" adı
altında əməkdaşlıq
haqqında razılaşma
əldə olunub.
Ümumiyyətlə, çalışırıq ki,
məktəbimiz respublikada
informasiya texnologiyaları
üzrə daha mükəmməl kadrlar yetişdirsin, onlar işlədikləri sahədə
öz bilik və bacarıqları ilə fərqlənsinlər.
Yəhya SƏFƏROV,
7 saylı Bakı
Peşə Liseyinin direktoru
Xalq qəzeti.- 2010.- 18 may.- S. 8.