"Qoynu qucaq-qucaq nurdu Lənkəran..."

 

Qədim tarixi olan Lənkəranda 205 minə qədər əhali yaşayır. Bu gözəl cənub şəhəri regional inkişafın ideal modeli kimi təqdim edilə bilər. Şəhərdə müasir infrastruktur formalaşdırılıb, sosial, iqtisadi mədəni həyat xeyli canlanıb. İndi Lənkəranda yaşamaq da, işləmək onun sakinləri üçün xüsusilə xoşdur.

 

Bu barədə fikirlərini mənimlə bölüşən mərhum şair Həbib Səfərin oğlu, şəhər icra hakimiyyətində çalışan özü tez-tez qələmə sarılıb könül duyğularını vərəqlərə köçürən Məmməd dedi ki, hər zaman Lənkəranda doğma ev istisi hiss edir.

- Yurd sevgisi mənə atamdan qalan mirasdır. Bu sevgi hələ gənclik illərindən şairin yaradıcılıq zəmisində cücərti kimi görünməyə başlamış, sonralar qollu-budaqlı sənət nümunələrinə çevrilmişdir. Səhərlər qartal uçuşundan yüksəkdəki evinin eyvanından əlini uzadıb göyqurşağına toxunduran, pəncərəsini döyən rüzgarların nəğməsini dinləyən, gündüzlər zərrin günəşlə görüşüb, axşamlar yurd dumanının, çəninin çətirinə sığınan şair Xəzərin aynasında Lənkərana baxıb ilham alardı. Yaşılbaşların səs-küyündən orkestrtək dinən dənizin sahilindəki Qızılağac qoruğunda bəctələnən nəğmələri dinləməkdən doymazdı. Quşqonmaz dağların başında babaların tikdiyi istehkam-qalalara qılınc-qalxan əsrinin möhürü kimi baxardı.

 

Dəmirağac-əzmi, Xanbulan-tacı,

Xəzər güzgüsüdü, Gülbağı-saçı.

Oxuyan dilidi Qızılağacı,

Rastdı, Çahargahdı, Şurdu

Lənkəran!

Qoynu qucaq-qucaq nurdu

Lənkəran!

 

Şeirlərinin birində "Məhəbbətin böyükdürsə, Vətənin böyük olar" - deyən Həbib Səfər Vətən zərrələrinin cazibəyə itaətini arzulayardı...

Yaz payız yağışları yağanda Lənkəran xüsusilə cəlbedici görünür. Mayda əlvan gül dənizinə bənzəyir. Bu torpağın başqa bir şair oğlu, tələbə yoldaşım Sərraf Talıb isə deyir ki, Lənkəranın təbiəti adama təb gətirir. İlahinin yaratdığı gözəlliklər insan əlinin qüdrətilə bir qədər parlaqlaşır adama "gəl-gəl" deyir. Poetik lövhələri misra-misra yazmağa var ki!.. Burada şeirlər eləcə əl havasına yaranır.

Lənkəranda turizmi inkişaf etdirməkdən ötrü şəhərin girəcəyində xalq sənətkarlığı şəhərciyi salınıb, Turizm İnformasiya Mərkəzi yaradılıb. Sərmayəçilərin, donor təşkilatların bu sahəyə cəlb edilməsi davam edir. Yerli beynəlxalq turizm şirkətləri ilə əlaqələr genişlənir. Bu yönümdə kiçik orta sahibkarlığın inkişafına şərait yaradılır. Ekoturizmi genişləndirmək üçün kəndlərdə müvafiq şəraiti olan evlərin aşkarlanması ev sahiblərinin razılığı ilə tələb olunan xidmətlərin reallaşması istiqamətində işlər görülür. Artıq ötən yay Haftoni qəsəbəsində turistlər bu imkandan istifadə ediblər.

Rayonun yeni rəhbərliyi turizm imkanlarını təzədən araşdırır potensialın bütünlüklə üzə çıxarılmasını istəyir. Lənkəran hava limanının, dəmiryol avtomobil vağzallarının, dəniz limanının, Hirkan Milli Parkının turizmin inkişafında səmərəli istifadə edilməsi, balıqşılıq ovçuluqla məşğul olmaq istəyən turistlər üçün razılaşdırılmış ərazilərin ayrılması imkanları nəzərdən keçirilir.

Hazırda Lənkəran rayonu ərazisində qonaqlara xidmət göstərməkdən ötrü onadək iri obyekt fəaliyyətdədir. "Qafqaz-Sahil", "Qala", "Qızıltac", "Dalğa", "Xəzər" otelləri, "Bəşəru", "Palıdlı sahil" istirahət mərkəzləri, Hirkan xidmət kompleksi qonaqların turistlərin qəbulunda mühüm rol oynayır. Artıq qonaqlara təqdim etmək üçün suvenirlərin hazırlanması ilə bağlı el sənətkarları bəzi nümunələr hazırlayıblar. Bu məqsədlə satış məntəqələri açmaq nəzərdə tutulur. Rayonda 87 tarix mədəniyyət abidəsi qeydiyyata alınıb dövlət mühafizəsinə götürülüb. Həmin abidələrin turizm marşrutları üzrə istifadəsinə hazırlıq gedir. Abidələrin abadlaşdırılması ilə bağlı işlər görülür. Tədbirlərə üç dildə məlumatların hazırlanması, şəkilli kitabçaların, bukletlərin çapı da daxildir. Tarix-diyarşünaslıq muzeyində abidələrin, yerli təbiətin turizm potensialının əks etdirildiyi ayrıca ekspozisiya var. Yaxın vaxtlarda yeni bələdçi kitabının, marşrut xəritələrinin video-çarxların hazırlanması reallaşdırılacaq. İcra hakimiyyətinin , eləcə mədəniyyət turizm şöbəsinin üç dildə internet saytları yeniliklər barədə mütəmadi məlumatlarla zənginləşdiriləcək.

Turizm sektorunun inkişafında əsas məsələlərdən biri qonaqlara müasir səviyyədə xidmət göstərməkdir. Bu məqsədlə Mədəniyyət Turizm Nazirliyinin xətti ilə Lənkəranda fəaliyyət göstərən iri turizm obyektlərinin xidmətçiləri üçün Bakıda xarici mütəxəssislər cəlb edilməklə kurslar təşkil olunub onlara müvafiq sertifikatlar verilib.

Görülən işlərin nəticəsi olaraq Lənkərana gələn qonaqların sayı ilbəil artır. Əgər 2005-ci ildə cənub şəhərinə üç minə yaxın turist gəlmişdisə, ötən il bu rəqəm yeddi mini ötmüşdür. Bu yay, yəqin ki, turist axını daha da güclənəcək.

Lənkəranda sosial sahə iqtisadiyyat da inkişaf edir. Biz rayonda olarkən cari ilin ilk rübünün yekunları ilə bağlı arayış da aldıq müqayisəli göstəricilərlə tanış olduq. Rayon sənayesində 1485 nəfər çalışır. Ötən rübdə 292 yeni yeri yaradılıb. 7,2 ton balıq balıq məhsulları, yarım milyondan artıq kərpic-blok istehsal edilib. "Nur-süd" MMC- "Pal-süd" markası ilə 10 növdə 609 kiloqram məhsul hazırlanıb 99 faizi istehlakçılara satılıb. Burada 160 nəfər işləyir orta aylıq əməkhaqqı 300 manat təşkil edir.

Aqrar sahənin inkişafı da diqqətdədir. Kənd təsərrüfatı məhsullarının qəbulu, emalı saxlanmasında tikintisi başa çatmaqda olan yeni konserv zavodunun çox böyük rolu olacaq. Yeni inşa edilən çay fabriki hazır məhsulların saxlanma kamerası regionda aqrar sahənin inkişafına güclü təkan verəcək.

Qış aylarında da səngiməyən abadlıq-quruculuq işləri genişlənib. Park bağlarda təmizlik, səliqə-sahman yaradılıb. "Ekologiya ili" ilə əlaqədar səkkiz min ağac əkilib, təhlükə yaradan ağaclar budanıb.

Rüb ərzində əhalinin şəxsi vəsaiti hesabına 5293 kvadratmetrlik yaşayış evləri tikilərək istifadəyə verilib. Şəhərlərarası şəhərdaxili marşrutlarda işləyən avtomobillərin sayı artıb. Lənkəran poçtamtı üzrə tarif gəliri proqnozu 110 faiz, telekommunikasiya qovşağı üzrə isə 100 faiz yerinə yetirilib. Şıxəkəran kəndində yeni poçt binası tikilərək istifadəyə verilib. Rayonda 3500 nəfər internet şəbəkəsinə, bütün məktəblər isə internet-provayderə qoşulub. ATS-lərin elektronlaşması 88 faiz təmin edilib.

Sahibkarlığın inkişafına daim qayğı göstərilir. Hazırda sənaye istehsalının 89,3 faizi, aqrar sektorun 99 faizi pullu xidmətlərin 83,3 faizi özəl bölmənin payına düşür. Novruz bayramı ərəfəsində Lənkəranda yeyinti məhsullarının satış-yarmarkası təşkil olunub. Yarmarkada rayonun emal müəssisələri ilə yanaşı, Bakının digər rayonların 30 şirkəti məhsullarını təklif edib. Alıcılar üçün sərfəli qiymətlərlə 200 ton məhsul satılıb. Ümumiyyətlə, rüb ərzində əhaliyə 46,3 milyon manatlıq ticarət 9,1 milyon manatlıq pullu xidmətlər göstərilib. Bu xidmətlər əvvəlki ilin həmin dövrü ilə müqayisədə 6,2 6,4 faiz yüksəlib.

Bu gün Lənkəran inkişafının yeni mərhələsinə qədəm qoyub. Lənkəranlılar ürəkdən inanırlar ki, gündəlik dövlət qayğısı sayəsində doğma yurdun sabahı bugünkündən gözəl olacaq. İnam isə nailiyyətin yarısı deməkdir.

 

 

Əli NƏCƏFXANLI,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 18 may.- S. 7.