Azərbaycan - Türkiyə münasibətləri qarşılıqlı dəstək, mövqelərin eyniliyi strateji tərəfdaşlıq müstəvisində inkişaf edir

 

Bu əlaqələr bütün türk dünyası üçün xüsusi əhəmiyyətə malikdir

 

Siyasi, hərbi, ticari, iqtisadi, mədəni bütün sahələrdə bu səfərlərin davamı mütləqdir. Əlaqələrimiz bundan sonra da eyni şəkildə, eyni qətiyyətlə davam edəcəkdir.

 

Rəcəb Tayyib ƏRDOĞAN,

Türkiyənin Baş naziri

Bakı, 17 may 2010-cu il

 

Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 may, 2010-cu il

 

 

Azərbaycan - Türkiyə münasibətlərindəki ardıcıl olaraq gündən-günə yaxşılaşma tendensiyası, Bakı - Ankara əməkdaşlığının tərəfdaşlığının ildən-ilə genişlənmə sürəti, eləcə azəri türkləri ilə Anadolu türkləri arasındakı səmimiyyət, anlaşma, inam etimadın analoqu dünyanın heç bir yerində qeydə alınmamışdır bəlkə heç zaman belə bir nümunə yaranmayacaqdır. Bunun bir səbəbi hər iki dövlətin əhalisinin eyni kökdən olması ilə əlaqədardırsa - hətta, ulu öndər Heydər Əliyev bizim bir kökdən olan iki millət olduğumuzu daha gözəl ifadə edərək söyləmişdi ki, biz bir millət, iki dövlətik - digər səbəbi həm Ankaranın, həm Bakının dövlətçilik prinsiplərinin təməlində mehriban qonşuluq siyasətinin humanist dəyərlərin dayanmasıdır. Yəni xalqlarımız da, dövlətlərimiz insansevərlik səmimi anlaşma kimi sivil dəyərləri daim uca tutmuşlar.

 

Azərbaycan - Türkiyə münasibətlərinin mövcud səviyyəsindən danışmazdan əvvəl iki ən mühüm məqamı yada salmaq kifayətdir. Əvvəla, 1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərkən onu ilk tanıyan ilk diplomatik münasibətlər quran ölkə məhz Türkiyə Cümhuriyyəti olmuşdur. İkinci, Ermənistan öz havadarlarının hərbi siyasi dəstəyi ilə Azərbaycan ərazilərini iti sürətlə işğal edərkən bu işğala beynəlxalq aləmdən gələn ən kəsərli etirazın müəllifi elə Türkiyə olmuşdu. Türkiyə Şuşanın işğalına etiraz olaraq Ermənistanla öz sərhədlərini bağlamış, bu qapıların Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra açılacağını bildirmişdi. Son hadisələr göstərdi ki, rəsmi Ankara həmin siyasətini böyük qətiyyətlə davam etdirir. Güclü dövlətlərin aparıcı beynəlxalq təşkilatların çoxqütblü təzyiqlərinə baxmayaraq Türkiyə dövləti Ermənistanla sərhədlərin açılması üçün əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin zərurətini şərt kimi ortaya qoyur. Ankaraya təzyiq göstərmək istəyən qüvvələr , Ankara da, İrəvan da yaxşı bilirlər ki, Türkiyə - Ermənistan sərhədlərinin açılması ilk növbədə iqtisadi böhran içərisində çabalayan Ermənistana nəfəs verilməsi, daha sonra isə Ermənistanın növbəti həyasızlıqlarının stimullaşdırılması ilə nəticələnəcək. Ona görə tarixin bütün dönəmlərində ayıq siyasət yeridən türk diplomatiyası Ermənistanla sərhədin açılmasına etiraz etmir, bir şərtlə ki, bu sərhədlərin bağlanmasına səbəb olan amillər aradan qaldırılmış olsun.

Ümumiyyətlə, Türkiyə Cümhuriyyəti regionun hərbi, iqtisadi cəhətdən olduğu kimi siyasi-diplomatik cəhətdən lider ölkələrindən biridir. Bunu son beş-altı ilin hadisələri bir daha sübut edir. Rəsmi Ankara yüz illərdən bəri problemlər yaşanan münasibətləri nizamladıqca, özünün Qafqazlarda, Orta Asiyada, Yaxın Şərqdə Xəzər-Qara dəniz hövzəsindəki mövqelərini möhkəmləndirdikcə Türkiyənin səsi daha ucadan eşidilir. Bu genişmiqyaslı proseslərdə fəal iştirakçı olan Azərbaycan Respublikası isə Türkiyənin regiondakı ən yaxın tərəfdaşı kimi daim Ankaranın yanındadır onunla eyni mövqe nümayiş etdirir.

Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin mövcud qüdrəti barədə söz açan dünya ekspertləri iti sürətlə inkişaf edən, beynəlxalq aləmdə inkişafın liderlərindən birinə çevrilən Azərbaycanın adını da məhz Türkiyə ilə yanaşı çəkir, bu iki dövlətin bütün beynəlxalq tribunalardan vahid mövqedən çıxış etdiyini xüsusilə vurğulayırlar. Türkiyə Cümhuriyyətinin Baş naziri, müasir dünya siyasətinin liderlərindən olan Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri məhz həmin xüsusilə vurğulanan məqamlardan biri idi. Ən başlıcası isə Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılış mərasimində çıxış edən Rəcəb Tayyib Ərdoğanın söylədiyi bir fikir bədxahlarımızın başına daş kimi düşmüşdür:

" - Bu qədər sürətlə inkişaf edən, bu qədər sürətlə dəyişən bir Azərbaycan vardır. Bunlar təbii ki, dünya üçün bir nümunədir. Liderlər buraya gəldiyi zaman Azərbaycanı tanımayacaqlar. Bunu dəyişdirən lider vardır... Tarixi şəxsiyyətlər tarixdə qurub-yaratdıqları ilə qalırlar". Cənab Baş nazirin Azərbaycanın hərtərəfli şəkildə inkişafını yüksək qiymətləndirməsi Prezident İlham Əliyevin dünya liderləri sırasında özünəməxsus yeri olduğunu söyləməsi Ankara - Bakı qardaşlığını qısqanclıqla qarşılayanlar üçün çox böyük mesaj idi. Türkiyə Baş nazirinin Bakıda söylədiyi bütün fikirlər dünyanın müxtəlif qütblərində çox böyük maraqla izlənilirdi. Ancaq iki cümlə var idi ki, o cümlələr daha çox Ermənistanda İrəvana himayədarlıq edən lobbiçilər arasında daha çox narahatlıq təşviş yaradırdı: "Bilirəm ki, dünyada hökm sürən iqtisadi böhrandan Azərbaycan da uğurla çıxan ölkələrdən biri olmuşdur". Təbii ki, Ermənistan öz dövlət müstəqilliyini əldə etdiyi gündən bəri oradakı iqtisadi böhran gündən-günə dərinləşir. Beynəlxalq iqtisadi böhran isə rəsmi İrəvanı artıq əl açıb dilənmək səviyyəsinə gətirmişdir.

Cənab Ərdoğanın erməniləri çaşdıran ikinci cümləsi isə Ermənistan-Türkiyə sərhədlərinin açılıb-açılmayacağı barədə sualı cavablandırarkən səsləndirdiyi qətiyyəti ifadə edirdi: "Dedik ki, bu Dağlıq Qarabağ mövzusu, rayonlar məsələsi, Ermənistan - Azərbaycan arasındakı problem öz həllini tapmadan Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyil". Yəni, Türkiyə - Ermənistan sərhədlərinin açılmasıyla Ermənistana nicat vermək istəyən qüvvələr başa düşməlidir ki, bu nicat yolunun açılması işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı birləşmələrinin çəkilib getməsindən sonra mümkün olacaqdır. Əsası odur ki, Baş nazir bu qətiyyəti cənab Barak Obama cənab Dmitri Medvedev ümumiyyətlə, bütün maraqlı tərəflərlə görüşləri zamanı, özü dönə-dönə nümayiş etdirir.

Yeri gəlmişkən, həmin məqamı Baş nazir Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirən Prezident İlham Əliyev çox böyük qətiyyətlə söylədi bu fikir Ermənistana havadarlarına xəbərdarlıq kimi səsləndirildi. Dövlət başçımız dedi: "Əgər Ermənistan tərəfi verilən təklifə müsbət cavab verərsə bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır beləliklə, bölgədə tammiqyaslı sülh təhlükəsizlik tədbirləri təmin oluna bilər". Yəni, Ermənistanın taleyi öz əlindədir. Əgər inkişaf etmək, böhran bəlalardan xilas olmaq istəyirsə, o zaman ilk növbədə işğalçılıq siyasətindən əl çəkməlidir. Fikrimizcə, Prezident İlham Əliyevin İstanbula səfəri zamanı yaradılacaq yüksək səviyyəli Türkiyə - Azərbaycan Strateji Əməkdaşlıq Şurası regionda gedən prosesləri daha da sürətləndirəcəkdir.

Türkiyə Baş nazirinin ölkəmizə rəsmi səfəri çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri Azərbaycan qazının Türkiyəyə nəql edilməsi üçün aparılan danışıqların nəticəsinin qiymətləndirilməsi idi. Dövlət başçımızın qonağın mətbuat üçün verdiyi məlumatda bildirilir ki, bu sahədə istənilən nəticə əldə edilib razılaşma Prezident İlham Əliyevin gələn ay İstanbula edəcəyi səfər çərçivəsində imzalanacaq. Yəni regionun lider ölkələrinə çevrilən Azərbaycan Türkiyə arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur olmayacaq. Prezident İlham Əliyevin dediyi kimi, "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda bütün türk dünyası üçün mühüm rol oynayır".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 19 may.- S. 1-3.