"Sənətkarlıq
Paytaxtı - 2010" ili
çərçivəsində Şəkidə növbəti
tədbir keçirilmişdir
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzinin təşkilatçılığı
ilə mayın 19-da Şəki şəhərində
"Şəkinin sənət
dünyası və Azərbaycan mədəniyyəti"
mövzusunda "dəyirmi
masa" keçirilmişdir.
"Sənətkarlar evi"ndə
keçirilən tədbirdə mərkəzin məsul
nümayəndələri, habelə yerli sənətkarlar
iştirak etmişlər.
Şəhər mədəniyyət
və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov
"2010-2014-cü illər Xalq Yaradıcılığı
Paytaxtları" Proqramına əsasən Şəkinin
2010-cu ildə "Azərbaycanın Sənətkarlıq
Paytaxtı" elan edildiyini xatırlatmış, cari ilin yerli
sənətkarlar üçün çox məhsuldar
keçəcəyinə əminliyini bildirmişdir.
Şəhər icra hakimiyyəti
başçısının müavini Zərinə Cavadova
proqram çərçivəsində Şəkidə xalq tətbiqi
sənəti, ənənəvi dekorativ sənəti və
milli təsviri sənət ənənələri ilə
bağlı silsilə tədbirlərin həyata keçirilməsinə
başlandığını diqqətə
çatdırmış, nazirliyin Metodiki Mərkəzinin təşkilatçılığı
ilə təşkil olunmuş "dəyirmi masa"nın bu
istiqamətdə növbəti tədbirlərdən biri
olduğunu bildirmişdir. Qeyd etmişdir ki, qədim dövlətçilik
ənənələrinə, zəngin tarixə malik olan Şəki
şəhəri, eyni zamanda, sənətin və sənətkarlığın
yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən
biri olmuşdur. Odur ki, sənətkarlar onlara göstərilən
bu etimadı doğrultmaq üçün il ərzində daha
da məhsuldar işləməli, Şəki sənətkarlığının
şöhrətini daha yüksəklərə
qaldırmalıdırlar.
Tədbirdə
çıxış edən Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə
elmləri doktoru Vilayət İsmayılov bildirmişdir ki,
"2010-2014-cü illər Xalq Yaradıcılığı
Paytaxtları" Proqramının həyata keçirilməsində
əsas məqsəd Azərbaycanın qeyri-maddi mədəni
irsinin qorunması və təbliği, xalq sənətinin daha
da inkişaf etdirilməsi, paytaxt şəhərlərin turizm
potensialının genişləndirilməsi və beynəlxalq
səviyyədə tanıdılmasına nail olmaqdır. Şübhə
yoxdur ki, Şəki sənətkarları proqramın
uğurla həyata keçirilməsinə öz layiqli
töhfələrini verəcəklər.
Tədbirdə mərkəzin əməkdaşı,
fəlsəfə elmləri namizədi Vahid Ömərovun
"Şəkinin sənət dünyası və Azərbaycan
mədəniyyəti" mövzusunda məruzəsi dinlənilmişdir.
Rəssamlar Birliyi Şəki təşkilatının
sədri Tahir Həmidli, Əlillərin Dizayn
Assosiasiyasının sədri, təkəlduz ustası Güləndam
Alxasova, şəbəkə ustası Tofiq Rəsulov və
başqaları çıxış edərək Şəkidə
mövcud sənət sahələrinin qorunub saxlanması və
inkişaf etdirilməsi sahəsində görülən
işlərdən danışmış, qarşıda duran vəzifələrə
toxunmuşlar.
Xalq qəzeti.- 2010.- 20 may.- S. 2.