"40-cı qapı"
42-ci festivalda qızıl
priz aldı
Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Heydər Əliyev Sarayında ölkə ictimaiyyətinə
təqdim edilən
"40-cı qapı" bədii
filmi bu istiqamətdə atılmış
ən uğurlu addımlardan biridir. Təsadüfi deyil ki, təşkilatçılar
bu tədbiri filmin "Böyük Azərbaycan premyerası"
adlandırmışdılar. Elə bu ada
layiq tədbir təşkil edilmişdi.
Azərbaycan rejissoru Elçin
Musaoğlunun bu yaxınlarda ABŞ-da keçirilmiş 42-ci
Hyuston Beynəlxalq Film Festivalında baş mükafatı
almış "40-cı qapı" filmi, nəhayət, Azərbaycan
tamaşaçılarına da təqdim edildi. Özü də
necə? Filmin adını eşidən istənilən
tamaşaçı dərhal folklor qəhrəmanımız
Məlikməmməd üçün qurulmuş 40
qapılı tələni düşünür. Elçin
Musaoğlunun mətbuata verdiyi müsahibədə də bu məqam
etiraf edilir. Yerin 40 qatına düşmüş, haqqı, ədaləti
bərpa etməyə, bəlanın (divin) məhvinə nail
olmağa çalışan Məlikməmmədin səsi
tarixin çox dərinliklərindən gəlirdi. Təqdimat
mərasiminin əvvəlində bu səsi dünya
şöhrətli Azərbaycan xanəndəsi, xalq artisti Alim
Qasımov premyera iştirakçılarına çox
böyük ustalıqla çatdırdı. Mövzu və qəhrəman
qədim olsa da, bu qədimlik Elçin Musaoğlunun
ifasında xeyli müasirləşmişdi. Elə Alim
Qasımov da tarixin dərinliyindən gələn muğam səsini
bizə tar və kamanla deyil, "H.O.S.T." qrupunun
müşayiəti ilə təqdim etdi.
Mərasimdə yaradıcı qrupun təqdimatı oldu: aktyorlar Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov, ssenari müəllifi və quruşçu rejissor Elçin Musaoğlu, quruluşçu orepator Abdulrahim Beşarat, rəssam Elxan Nəbiyev, montaj mütəxəssisi Kave İmani, səs rejissoru Masod Behnam, bəstəkar Natəvan Faiq və prodüsser Xaqani Həşimov tamaşaçılara təqdim edildi.
Sonra filmin festival həyatından
bəhs edən videoçarx nümayiş
etdirildi. Qeyd edildi ki, böyük ənənələri
olan Azərbaycan kinematoqrafının son dəyərli
nümunəsi beynəlxalq
aləmdə ondan artıq mükafat və priz almışdır.
Yuxarıda qeyd etdiyimiz 42-ci Hyuston Beynəlxalq Film Festivalında
isə "40-cı qapı"
55 ölkənin ekran əsərləri arasında
"Ən yaxşı
xarici film" nominasiyası
üzrə qızıl
medala layiq görülmüşdür. ABŞ, Rusiya, Türkiyə, Almaniya, İtaliya, İspaniya, Cənubi Koreya, Belçika, Rumıniya, Çex Respublikası və başqa ölkələrdə
uğurla nümayiş
etdirilən yeni ekran əsərimiz "Qold Remi Award", "Best
debüt", "Silver olive",
"Federico Fellini Aword"
və başqa mükafatlara layiq görülmüşdür.
Sonra filmin nümayişi
təşkil edildi.
Paytaxtətrafı bölgədə yaşayan 14 yaşlı qəhrəman Rusiyaya ailəsini dolandırmaq üçün qazanc dalınca gedən atasının ölüm
xəbərini eşidəndən
sonra gənc və kövrək çiyni ilə çox ağır yükün altına girməli olur. Filmin qəhrəmanı evi dolandırmaq məcburiyyətində
qalır. Amma bu, o qədər də asan iş
deyil. Təcrübəsizlik
filmin qəhrəmanını
oğru Ediklə
Həm təqdimat mərasimində,
həm də filmin nümayişində
kövrək və xoş məqamlar çox idi. Ancaq ən xoş məqamlardan biri rejissor Elçin Musaoğlunun çıxışında
səsləndirilən valideyn
və müəllim haqqındakı fikirlər
idi. Rejissor qeyd etdi ki, bu gün
mənim atamın - Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru
Musa Quluzadənin ad günüdür. Bu təqdimatı onun ad gününə ən böyük hədiyyə
kimi qəbul edirəm.
Bir
sözlə, müasirimiz
olan gənc film qəhrəmanının üzləşdiyi
çoxsaylı problemlərin
ekran həlli mükəmməl sənət
nümunəsi yaradılması
baxımından Elçin
Musaoğluna çox böyük uğur qazandırmışdır.
Sadiq QAÇAYEV,
ADMİU-nun nəşriyyat işi və
redaktəetmə fakültəsinin
tələbəsi
Xalq qəzeti.- 2010.- 22 may.- S.
8.