Azərbaycan Dövlət
Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilmişdir
Ölkəmizdə kənd
təsərrüfatı kadrları
hazırlayan yeganə
ali təhsil
ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinin 80 yaşı tamam olmuşdur.
Yubiley tədbirlərində
iştirak etmək üçün Gəncəyə
gələn respublikamızın
tanınmış alimləri,
ali təhsil müəssisələrinin rektorları,
eləcə də 14 xarici ölkədən 34 nümayəndə əvvəlcə
ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə
əklil qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra qonaqlar universitetdə tədrisin vəziyyəti ilə yaxından
Universitetlə tanışlıqdan
sonra ali
təhsil ocağının
akt zalında təntənəli yubiley tədbiri keçirilmişdir.
Mərasimi universitetin
rektoru, professor Mirdamət
Sadıqov açaraq qonaqları salamlamış,
əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf
etdirilən dövlət
təhsil siyasətinin
uğurlarından danışmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin tarixini və bu gününü
əks etdirən sənədli film nümayiş
etdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar
siyasət məsələləri
şöbəsinin müdiri
Azər Əmiraslanov yubiley tədbirində çıxış edərək
ölkəmizdə həyata
keçirilən aqrar
islahatlarda universitet alimlərinin yaxından iştirakını yüksək
dəyərləndirmiş və qazanılan uğurlarda onların da rolu olduğunu
diqqətə çatdırmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov universitetin yubiley şənliklərində iştirak
etmək üçün
gəlmiş bütün
qonaqlara gəncəlilər
adından səmimi minnətdarlığını bildirmiş və dünya aqrar elminə əvəzsiz töhfələr vermiş
Azərbaycan Dövlət
Aqrar Universitetinin qazandığı nailiyyətlərdən
danışmışdır.
Kənd təsərrüfatı
naziri İsmət Abasov respublikamızda kənd təsərrüfatı
kadrları yetişdirən
yeganə ali təhsil ocağının
kollektivini yubiley münasibətilə təbrik
etmiş, Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamları
ilə təltif olunmuş universitet əməkdaşlarına "Şöhrət"
ordenini, Prezidentin fərdi təqaüdünü,
"Tərəqqi" medallarını,
"Əməkdar kənd
təsərrüfatı işçisi"
və "Əməkdar
müəllim" fəxri
adlarının vəsiqələrini
təqdim etmişdir.
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının sədri
Məleykə Abbaszadə,
Milli Məclisin aqrar siyasət, elm və təhsil komitələrinin sədrləri
Eldar İbrahimov və Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, təhsil
nazirinin müavini İradə Hüseynova, Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Aqrar Universitetinin rektoru Viktor Yefimov, Azərbaycan Dövlət Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun
direktoru, akademik Siddiqə Məmmədova,
Gəncə Dövlət
Universitetinin rektoru,
professor Elman Məmmədov
və başqaları
universitetin kollektivini əlamətdar gün münasibətilə təbrik
etmiş və bundan sonrakı fəaliyyətlərində yeni-yeni
uğurlar arzulamışlar.
Azərbaycan Prezidenti İlham Əliyevə tədbir iştirakçıları adından
müraciət qəbul
edilmişdir.
Yubiley tədbirinin iştirakçıları
universitetdə yaradılmış
elektron kitabxananın və yenicə təmirdən çıxmış
"Xalq Cümhuriyyəti"
muzeyinin açılışında
iştirak etmişlər.
Xalq qəzeti.- 2010.- 23 may.- S. 2.