"Qız qalası" Beynəlxalq
İncəsənət Festivalının
açılışı olmuşdur
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında "İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi,
Müasir İncəsənət
Muzeyi və "Qız Qalası" incəsənət qalereyasının
təşkilatçılığı ilə mayın 26-da "Qız Qalası" Beynəlxalq İncəsənət
Festivalının açılışı
olmuşdur.
Festival Azərbaycanın ən qədim abidələrindən
olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması
məqsədini daşıyır.
YUNESKO-nun Dünya
Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərin
ərazisində yerləşən
və paytaxtımızın
rəmzi olan Qız Qalası Azərbaycan memarlığının
incisi olmaqla yanaşı, xalqımızın
qədim tarixinin və zəngin ənənələrinin təbliğinə,
ümumbəşəri mədəni
irsin zənginləşdirilməsinə
və mədəniyyətlərarası
dialoqa öz töhfəsini vermək iqtidarındadır.
Layihədə 18 ölkədən 20-dən çox
tanınmış rəssam
iştirak edir. Festivalın açılışında
rəssamlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla
bəzəyərək fərqli
mədəniyyət və
adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini
əks etdirən əsərlər yaratmışlar.
Mayın 26-dan 28-dək
İçərişəhərə, Qız Qalasının qarşısındakı meydana
gələn hər kəs bu yaradıcılıq
prosesini izləmək
və rəssamlarla canlı təmasda olmaq şansı əldə edə bilər.
Festivalın sonunda Bakı sakinləri və şəhərimizin qonaqları
rəssamların əsərlərindən
ibarət sərgiyə
baxmaq imkanı da qazanacaqlar.
Xalq qəzeti.- 2010.- 17 may.- S. 8.