Ucarda bayram tədbiri
Respublika Günü münasibətilə
keçirilən tədbirin
iştirakçıları əvvəlcə Azərbaycan
dövlətinin qurucusu,
ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, gül-çiçək
dəstələri qoydular.
Sonra icra hakimiyyətinin
geniş iclas salonunda əlamətdar bayram münasibətilə
təntənəli yığıncaq keçirildi.
Yığıncağı
giriş sözü ilə açan Ucar Rayon İcra Hakimiyyətinin
başçısı Yaşar Məmmədov bildirdi ki, Azərbaycan
Xalq Cümhuriyyətinin yarandığı gün olan 28 May Azərbaycan
xalqnın tarixində ən şərəfli və müqəddəs
bir hadisə kimi daim xatırlanacaqdır.
Bildirdi ki, keçən
əsrin əvvəllərində əldə olunan bu müstəqilliyi
qoruyub saxlaya bilməsək də əsrin sonunda yenidən
qazanılan azadlığı itirmək təhlükəsi ilə
üzləşəndə məhz ulu öndər, ümummilli
lider Heydər Əliyev xilaskarlıq missiyasını öz
üzərinə götürdü. Daha sonra
çıxış edənlər - şəhər 5
saylı orta məktəbin direktoru Hakim Nəcəfov, 4
saylı orta məktəbin tarix müəllimi Mübariz
Qasımov, Yuxarı Şilyan kənd orta məktəbinin
direktoru Cabir Hacıyev Azərbaycan xalqının keçdiyi
şərəfli yoldan danışdılar.
28 May Respublika
Gününün onun tarixində xüsusi yer tutduğunu
bildirməklə, azadlıq mücadiləsində xidməti
olan hər bir şəxsin rolunu qeyd etdilər. Daha sonra
göstərdilər ki, əgər Heydər Əliyev
xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycanın
müstəqilliyindən danışa bilməzdik. Bəli Heydər
Əliyev qayıtdı və Azərbaycanı dağılmaq
təhlükəsindən xilas etdi.
Xüsusi
vurğulandı ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin
varisi olan müstəqil Azərbaycan Respublikası gündən-günə
inkişaf edir, yeni-yeni uğurlara imza atır.
Sonra rayon mədəniyyət
evinin qarşısında böyük bayram konserti oldu.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2010.- 28 may.- S. 7.