Masallıda yüksək
bayram ovqatı
Ölkəmizin hər yerində
olduğu kimi, Masallı rayonunda da 28 May - Respublika Günü böyük bayram ovqatı ilə qeyd edilib.
Bayram tədbirinin
iştirakçıları öncə müstəqil Azərbaycan
Respublikasının qurucusu və memarı, unudulmaz dahi şəxsiyyət
Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin
abidəsini ziyarət etdilər, önünə
çiçək dəstələri düzdülər. Rayon
ictimaiyyətinin nümayəndələri -
hüquq-mühafizə orqanlarının, idarə və
müəssisələrin, təhsil, səhiyyə və mədəniyyət
ocaqlarının rəhbərləri ümummilli liderin ölməz
xatirəsi önündə ehtiramla baş əydilər.
Masallı Rayon İcra
Hakimiyyətinin başçısı Qəzənfər
Ağayev bildirdi ki, 1918-ci ildə yaradılmış Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olan müstəqil
respublikamız məhz ulu öndərin idarəetmə
bacarığı və uzaqgörən siyasəti sayəsində
möhkəmlənmiş, dövlət müstəqilliyimiz əbədi,
dönməz və sarsılmaz xarakter almışdır. Prezident
İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə
Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.
Bütün bölgələrimiz, o cümlədən də
Masallı rayonunun sürətli sosial-iqtisadi inkişafı təmin
edilmişdir. Sonra Q.Ağayev gündəlik dövlət
qayğısının nəticəsi olaraq rayonda həyata
keçirilən mühüm layihələr barədə məlumat
verdi, Respublika Günü münasibəti ilə ən xoş
arzularını bildirdi.
Bayram tədbiri parkda maraqlı konsert proqramı ilə davam etdi. "Halay" folklor ansamblının, digər
bədii özfəaliyyət
kollektivlərinin üzvləri
şən mahnıları,
rəqsləri ilə
tədbiri daha da rövnəqləndirdilər.
İdmançıların nümunəvi çıxışları
da maraqla izlənildi və alqışlandı.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 28 may.- S. 7.