Faşizm ideologiyasından qaynaqlanan növbəti bəyanatlar 80 ildən sonra Gorusda səsləndirildi

 

Etnik təmizləmə və soyqırımı cinayətlərinin əsas təşkilatçılarından olan Serj Sarkisyan indi də alimlik iddiasındadır

 

Tarixin bütün dönəmlərində özünəməxsus həyat "yaşayıb" məhz erməni imici yaradan, 200 il çar Rusiyasının əlində alət kimi istifadə edilən, Romanovların süqutundan sonra Qərb və Avropanın əli ilə müstəqil dövlətə sahib edilən, özünün bütün qonşularına qarşı xəyanətkar və satqın mövqeyi tutan bir xalqın rəhbəri məhz bu cür sərsəmləmələrə müəlliflik edə bilərdi.

 

Bu xalq mövcud olduğu bütün dövrdə həyasızlığın ən "yüksək" nümunəsini yaradıbsa, minlərlə azərbaycanlının qanını içmiş, milyonlarla ermənini zəlil gününə qoymuş Serj Sarkisyanın dövründə daha da həyasızlaşmış və quduzlaşmışdır. Bu antirekordun önündə də məhz Xocalıda dinc əhalini qırmaqdan məmnunluq hissi keçirdiyini dilinə gətirən Serj Sarkisyan gedir.

Söhbət Ermənistan "prezidenti"nin dünyanın müxtəlif ölkələrində yaşayan erməni jurnalistlərini başına toplayıb onlara öz elmi kəşflərini açıqlamasından və xüsusi tapşırıqlar verməsindən gedir. Sarkisyan Gorus şəhərində təşkil edilmiş həmin görüşdə erməni riyakarlığının və saxtakarlığının apogeyinə qalxaraq qeyri-səmimi rəftarı ilə dünya alimlərinin qınaq ünvanına çevrilmişdir. Dünyanın aparıcı elm mərkəzləri xalqların - deməli, həm də dillərin tarixi barədə müxtəlif fikirlər söyləsələr də, Ermənistan rəhbəri həmin mülahizələrin hamısını "alt-üst edərək" özünə... ümumdünya ikrahı qazanmışdır: "Erməni dilinin ən azı səkkiz min illik tarixi vardır". Dünyanın bütün alimləri Yer üzünün ən qədim sakinləri olan şumerlərin tarixini təxminən 7 min il əvvələ aid edirlərsə, onda erməni dilinin necə 8 min il yaşı ola bilər? Bəlkə, planetin ilk sakini olan canlılar və ya Darvinin ehtimalına görə insanların mənşəyi meymunlar erməni dilində danışıblar? Hər halda dünya alimlərinin bir çoxu Sarkisyanın sərsəmləmələrinə güldü, digərləri isə yüz illərdən bəri tanış olduqları erməni riyakarlığına məhəl qoymadılar. Bununla belə boşboğaz prezidentə görkəmli alimlər tərəfindən elmi şəkildə əsaslandırılmış tutarlı cavablar da ünvanlandı.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, postsovet məkanının görkəmli filosoflarından olan Ramiz Mehdiyevin mətbuatda dərc edilmiş "Gorus - 2010: Absurd teatrı mövsümü" adlı fundamental elmi məqaləsi isə təkcə Ermənistan prezidentinin növbəti riyakarlığına cavab vermək baxımından əhəmiyyətli deyil. Bu analitik-elmi material həm də Qafqaz tarixinə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərinə, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə faktların və həqiqətlərin gözü ilə yenidən nəzər salmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Akademik R. Mehdiyevin bu məqaləsi təkcə Azərbaycan və Ermənistan oxucusu üçün gərəkli deyil - ermənilər onsuz da Günəşdə səhv, ayıb axtarmaq dərəcəsində nankor olduqlarına görə bu məqalədən faydalana bilməyəcəklər - eləcə də dünyanın müxtəlif regionlarında yaşayan qafqazşünaslar, xüsusən, konfliktoloqlar üçün xüsusi əhəmiyyətə malikdir. Dünya tarix elminin atası sayılan HerodotStrabondan üzü bəri çoxsaylı elmi mənbələrə istinadən yazılmış - maraqlıdır ki, həmin mənbələr sırasında Serj Sarkisyan, Movses Xorenatsi, Sipapli Ter-Nersesyan kimi qatı millətçi ermənilərin də etirafları vardır - bu məqalə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün vasitəçilərə yardım baxımından da kifayət qədər əhəmiyyətlidir. Doğrudur, vasitəçilər son 20 ildə bu münaqişənin tarixi barədə müəyyən məlumatlar toplamamış deyillər. Ancaq onların bir çox materialları ermənilərdən alması və ya münaqişənin həll edilməsi üçün Herodotun tarix, Strabonun coğrafiya kitablarını oxuması o qədər də inandırıcı görünmür. Ona görə də təxminən 70-ə yaxın mənbənin və izahın göstərildiyi bu elmi məqalə münaqişəni həll etmək istəyən hər kəs üçün ən yaxşı elmi əsər kimi qiymətləndirilə bilər.

Akademik Ramiz Mehdiyev haqlı olaraq Serj Sarkisyanın Gorus sərsəmləməsi ilə Reyx liderlərinin siyasi istiqamətləri arasında paralellər görür və həmin arqumentini əsaslandırır: "...alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər"vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistan rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar". Alim tamamilə haqlıdır. Avropanın xeyli hissəsini işğal etmiş Reyxalman siyasətçiləri dünya ictimaiyyətinin birgə səyi ilə tarix səhnəsindən silinəndən sonra Almaniya necə qüdrətli bir dövlətə çevrildi? Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, Türkiyə, Gürcüstanİrana ərazi iddialarından əl çəkməyən Ermənistanın xəstə təxəyyüllü siyasətçiləri də bu xalqın canından kənarlaşdırılarsa, Ermənistan da regionun inkişaf edən ölkələrindən birinə çevrilər. Bu bir faktdır ki, ötən əsrin 80-ci illərində avantüristcəsinə ortaya atılmış "Miatsum", "Krunk" və "Qarabağ" şüarlarının müəllifləri durduqca Ermənistan daha ağır problem və bəlalarla üz-üzə qalacaqdır.

Ramiz Mehdiyev yazır: "İkinci (sonra isə üçüncü, dördüncü...) erməni dövlətinin hansı beynəlxalq miqyasda tanınmasından söhbət gedə bilər və Ermənistanın rəhbərləri öz həmvətənlərini necə saxta ümidlərlə yaşadırlar ki, beynəlxalq birlik özünün çoxsaylı qətnamələri ilə artıq birmənalı şəkildə bildirmişdir ki, bu, heç vaxt olmayacaqdır. Ermənistan rəhbərliyi nəyə ümid edir? Möcüzəyəmi? Bəlkə də, onlar ümid edirlər ki, nümayiş etdirdikləri hədsiz tərsliyin qarşısında nə Azərbaycan, nə də dünya birliyi davam gətirəcəkdir? Bu illüziyadan yaxa qurtarmağın vaxtı çatmamışdırmı?".

Abdulla Şaiqin məşhur mənzum əsərlərindən birinin qəhrəmanı özünü yazıq bir görkəmə salıb əvvəlki bəd əməllərindən birdəfəlik əl çəkdiyini söyləyir və ilk fürsətdəcə gizlətdiyi xisləti üzə çıxır. Yəni özünə müqəddəs don biçdirmək istəyən insanların donu başqa cür olsa da özü qətiyyən dəyişə bilmir. Bu məşhur pritçanın məzmununu erməni xalqının ən "görkəmli" simalarından olan Stepan Şaumyana şamil edənlər tamamilə haqlı idilər. Şaumyan Qafqaza, xüsusən Bakıya sülh, əmin-amanlıq və inkişaf gətirmək adı ilə azərbaycanlıların kütləvi surətdə qırılmasını təşkil etmişdi. 70-80 ildən sonra Azərbaycan rəsmilərinin Stepan Şaumyanın banditlik etdiyini söyləməsi digər banditi - Serj Sarkisyanı bərk acıqlandırır. Bolşevik bayrağı altında daşnak qılıncı ilə türklərə - azərbaycanlılara qənim kəsilmiş Stepan Şaumyana bəraət qazandırmaq istəyən Serj Sarkisyan akademik Ramiz Mehdiyevdən məhz Şaumyanın kitabından götürülmüş sitatda belə bir cavab alır: "Biz bəhanədən istifadə etdik... və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvəmiz vardı. "Daşnaksütyun"un 3-4 min nəfərə yaxın milli hissəsi də bizim sərəncamımızda idi. Sonuncuların iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri verirdi, lakin, bundan yaxa qurtarmaq mümkün deyildi. Biz bilərəkdən buna gedirdik. Əgər onlar (yəni azərbaycanlı siyasi qüvvələr) Bakıda üstünlük təşkil etsəydi, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi". Akademik Ramiz Mehdiyev Stepan Şaumyanın Moskvada nəşr edilmiş "Seçilmiş əsərləri"ndə verilmiş həmin etirafı Serj Sarkisyanın yadına salmaqla Şaumyanın, həqiqətən, bandit, quldur və qaniçən olduğunu məhz erməninin öz dili ilə sübut edir. Bu qaniçənin rəhbərliyi ilə 1918-ci il martın 30-dan aprelin 1-dək təkcə Bakıda 12 mindən çox azərbaycanlı öz milli mənsubiyyətinə görə öldürülmüşdü. Yəni Stepan Şaumyan təkcə bandit deyildi, həm də vəhşi bir daşnak idi.

Məqalədə Ermənistan həqiqətlərini özündə daha yaxşı əks etdirən çoxsaylı faktlar verilmişdir. Məsələn, münaqişə başlanan illərdə Ermənistanda, QarabağdaGürcüstan ərazisində yaşayan ermənilərin sayı ümumilikdə 3,7 milyon nəfər idi. Bu gün isə həmin ərazidə 2,2 milyon erməni yaşayır. BMT İnkişaf Proqramının mütəxəssisləri yazırlar ki, hər il 27 minə qədər erməni Ermənistanı tərk edir. Bu tendensiyanı Sarkisyan başda olmaqla erməni başbilənlərinin Hitlerin məşhur silahdaşı Göbbelsin bir ideyasını bayraq etməsi də sürətləndirir. Göbbels alman olmayana Almaniyada yer olmadığını söyləmişdisə, indi erməni olmayana Ermənistanda yer yoxdur. Monoetnik dövlət quran ermənilər özləri belə Ermənistanın verəcəyinin puc olduğunu görür, qaniçən rejimdən qaçırlar.

Fakt faktlığında qalır ki, Serj Sarkisyan öz xalqına və dövlətinə rəhbərlik etmir, sadəcə, öz cinayətkar keçmişindən qorunmaq üçün vəzifədən qalxan kimi istifadə edir. Hətta, öz missionerlərinin vasitəsiylə dünyanın bütün ölkələrində iyrənc əməllərə əl atır ki, vəzifəsini qoruyub saxlamaq üçün vəsait toplasın. Bu yaxınlarda ABŞ-da ifşa olunmuş erməni fırıldaqçılarının Serj Sarkisyanla birbaşa əlaqəli olması da sübuta yetirilmiş faktlardandır. Yəni bu adam sadəcə öz xalqına zülm etməklə məşğuldur.

Akademik Ramiz Mehdiyev öz məqaləsini bu fikirlərlə tamamlayır: "Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 5 noyabr.- S. 6.