12 Noyabr Konstitusiya Günüdür

 

Müstəqilliyimizə, hüquq və azadlıqlarımıza təminat verən ali sənəd

 

Ədalətli dövlət quruculuğu arzusu, dünyanın bütün xalqları kimi, tarixən Azərbaycan xalqının da əzəli arzularından biri olmuş və tarixin müxtəlif dolaylarında onun gerçəkləşməsi yolunda mücahidlərimiz daim mübarizə aparmışlar. 1918-ci ildə ilk dəfə belə bir fürsət yarananda xalqın siyasi elitası tərəddüd etmədən mayın 28-də Azərbaycan Demokratik Respublikası elan etdi. Qoca şərqin ilk demokratik respublikasının qəbul etdiyi ilk sənəd də məhz xalqın arzu və istəklərini ifadə edən İstiqlal Bəyannaməsi oldu. Milli demokratik dövlətçilik düşüncələrini əks etdirən preambuladan və 6 bənddən ibarət bir səhifəlik bu sənəd haqlı olaraq Azərbaycanın müstəqillik tarixinə ilk konstitusiya aktı kimi daxil olmuşdur. Bu tarixi sənəd Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq çox qısa dövründə müstəqil dövlətin fəaliyyətini tənzimləyəcək bir çox mühüm qanunvericilik aktlarının və sənədlərinin hazırlanmasında vacib rol oynadı.

 

Lakin, 1920-ci ilin aprelində bolşevik Rusiyasının işğalçı hücumları qarşısında tab gətirməyən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Gənc müstəqil dövlət nəinki özünün mükəmməl işlənmiş konstitusiyasını hazırlaya bilmədi, həm də görülmüş işlər, qəbul olunmuş bir çox qanunlar bolşeviklər tərəfindən məhv edildi.

Xalqımızın müstəqillik arzularını boğan aprel işğalından sonra Azərbaycanda "qırmızı konstitusiyalar" dövrü başlayır. Qırmızı imperiyanın hökmranlığı altında əvvəlcə 1921-ci ildə "zaqfederasiya" deyilən birliyin konstitusiyası, 1925-ci ildə SSRİ-nin tərkibində olan Azərbaycan SSR-in konstitusiyası, 1931-ci ildə isə "Stalin konstitusiya"sı qəbul edilir. Xalqın istək və iradəsindən asılı olmayaraq qəbul edilmiş bu "qırmızı konstitusiya"larda hər şey Moskvanın tabeçiliyinə verilir, hətta Azərbaycanın dövlət dilinin belə rus dili olduğu təsbit edilirdi. 1978-ci ildə Azərbaycanda qəbul edilmiş sonuncu əsas Qanun da mahiyyətcə əvvəlkilərdən fərqlənmirdi. Lakin, o vaxt Azərbaycan Respublikasına rəhbərlik edən və Kremlin siyasi dairələrində böyük nüfuz sahibi olan Heydər Əliyevin cəsarəti, qətiyyəti, siyasi uzaqgörənliyi və əzmkarlığı sayəsində sonuncu "qırmızı konstitusiya" ilk dəfə olaraq Azərbaycan dilində yazılır və bu Əsas Qanunda Azərbaycan dili Azərbaycan SSR-in dövlət dili elan edilir.

Lakin, xalqımızın istiqlal arzularını heç də tam ifadə etməyən bu konstitusiyanın da ömrü uzun olmur. 1990-cı illərin qlobal siyasi kataklizmlərinin nəticəsi olaraq Sovet imperiyası çökür və Azərbaycan da istiqlal savaşında özünün müstəqillik arzusuna qovuşur, 1991-ci il oktyabrın 18-də müstəqil dövlətçiliyimizi, ərazi bütövlüyümüzü təsbit edən və keçid dövrü səciyyəsi daşıyan Konstitusiya Aktı qəbul olunur. Bundan dərhal sonra müstəqil dövlətin konstitusiya layihəsini hazırlamaq üçün Ali Sovetin komissiyası yaradıldı. Lakin, bu komissiya heç bir iş görə bilmədi. Doğrudur, ölkədə gərgin ictimai-siyasi vəziyyət hökm sürürdü. Amma, bu, əsas səbəb deyildi. Yeni elan edilmiş müstəqil, demokratik dövlətin hüquqi müstəvisinə sabitlik və aydınlıq gətirəcək konstitusiya layihəsini hazırlamaq olduqca məsuliyyətli iş idi. Dərin zəka, ağır, zəngin dövlətçilik təcrübəsi və uzaqgörənlik tələb edirdi. Məsələnin son dərəcə böyük əhəmiyyəti bir də onda idi ki, söhbət Azərbaycanda müstəqil dövlətçiliyin fundamental hüquq və qanunvericilik sütununun yaradılmasından gedirdi. Beləliklə, qəbul edilən konstitusiya aktından sonra bir sıra konstitusiya qanunları, onlara düzəlişlər və dəyişikliklər qəbul edilsə də müstəqil Azərbaycan Respublikası dörd ilə yaxın bir müddətdə qeyri-müəyyənlik şəraitində yaşamalı oldu.

1993-cü ilin iyulunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Az bir zamanda ölkədə sabitlik və əmin-amanlıq yarandı, mənasız müharibə dayandırıldı və Azərbaycanın inkişafına, güclənməsinə xidmət edən atəşkəs əldə olundu, dövlətçiliyin sütunları möhkəmlənməyə başladı. Yalnız bundan sonra - 1995-ci il iyunun 5-də Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Ölkənin təcrübəli, səriştəli və yüksək təhsilli hüquqşünaslarının, alimlərinin toplaşdığı komissiyanın ilk iclasında ulu öndər Əsas Qanunumuzu son dərəcə mükəmməl, gələcəyə hesablanmış, sanballı bir sənəd kimi hazırlamağı tövsiyə edərək demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".

Təbii ki, müstəqil yaşamaq haqqını təmin etmiş hər bir ölkədə Konstitusiya təkcə dövlətçiliyin hüquqi bazasını yox, həm də xalqın milli inkişaf prioritetlərini müəyyənləşdirən, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsini təmin edən fundamental hüquqi sənəddir. Konstitusiya dövlət qanunlarının təməl prinsiplərini müəyyən edən Əsas Qanun olmaqla, hökumətin fəaliyyətini nizamlayır, insanların cəmiyyətdə və bir-birinə münasibətdə əxlaqi davranışlarını qaydaya salır.

Demokratik cəmiyyətin əsas atributlarından olan, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən, hüquqi dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli konstitusiyanın qəbulu ciddi vəzifə idi. Bu ilk növbədə totalitar bir rejimdən demokratik bir cəmiyyətə keçid etmək istəyən Azərbaycanda keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən demokratik hüquqi səstemi formalaşdırmaq, dövlətin inkişaf prespektivlərini xalqın iradəsinin təcəssümü olan konstitusiya ilə müəyyənləşdirmək idi.

Məhz bu səbəblərdən ümummilli lider Heydər Əliyev bu sənədin hazırlanmasına son dərəcə böyük diqqətlə yanaşır, komissiyanın iclaslarında layihənin hər bir maddəsinin üzərində düşünür, mütəxəssislərin rəyinə diqqətlə qulaq asır, onları öz-özlüyündə təhlil edir və hər bir maddənin mükəmməlliyinə çalışırdı. Bu gərgin zəhmətin nəticəsi idi ki, konstitusiya layihəsi ümumxalq müzakirəsinə təqdim ediləndə, ulu öndər Əsas Qanun layihəsi haqqında fikrini belə ifadə etdi: "Konstitusiya komissiyasının sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm. Hər bir kəlməni araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atır və layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm".

1995-ci il noyabrın 12-də referendum, yəni ümumxalq səsverməsi yolu ilə Azərbaycanın ilk milli konstitusiyası qəbul edildi. Bu xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qəbələsini əks etdirən hadisə idi. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün bu qələbə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquqi subyekt kimi tanınmağın əsasını qoydu. Əsas Qanun öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüquqi kimi tanıdı.

Etiraf etmək lazımdır ki, məhz bu tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara geniş meydan verildi. Cəmiyyətin, ictimai-siyasi proseslərin özündə bir canlanma başlandı. Bu, səbəbsiz deyildi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, layiqli həyat səviyyəsinin təmini, hümanizm və insanpərvərlik prinsipləri Əsas Qanunumuzun başlıca mahiyyətini təşkil edir.

5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Respublikası Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ümummilli liderin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir.

Əsas Qanunda konseptual baxımdan azad insan amilini önə çəkən ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlıdır. Azərbaycan Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Bu mənada, şübhəsiz Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının, dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi də xüsusi önəm daşıyır. Bu, beynəlxalq hüquqi sistemə inteqrasiyanın başlıca amilidir. Əsas Qanunun 12-ci maddəsinin ikinci hissəsində təsbit olunur ki, "Konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir".

Göründüyü kimi, ulu öndərin konstitusiyon idealı formal hüquq dövlətçiliyindən ibarət olmamışdur. O, ölkədə insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiə sistemini milliqlobal səviyyədə yaratmağı, təkmilləşdirməyi və inkişaf etdirməyi əsas dövlət quruculuğu istiqamətlərindən biri hesab etmişdir. Azərbaycan vətəndaşının öz hüquq və azadlıqlarını qorumaq üçün milli imkanlarla bərabər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə - Strasburqa müraciət etmək və öz problemlərini beynəlxalq insidentə çevirə bilmək şansı tanınmışdır.

Azərbaycan Respublikasının ilk Konstitusiyası demokratik hüquqi dövlətçilik ideyasını bəyan etməklə bərabər bu tapşırıqlara cavab verən institutların yaradılmasına geniş imkan açır. Konstitusiya indiki şəraitdə dövlət hüquq sisteminin inkişafına təminat vermiş yeganə hüquqi sənəd olmaqla yanaşı, həm də dövlətin mahiyyətini təşkil edən müxtəlif mexanizmlərin möhkəmlənməsilə məşğul olur. Konstitusiyamızın mühüm cəhətlərindən biriondan ibarətdir ki, bütün digər qanunvericilik aktlarına münasibətdə, konstitusiya normaları, onların aliliyi birbaşa təsir gücünə maliklir. Konstitusiya həyata vəsiqə alandan sonra hüquqi islahatlar mexanizminin işə düşməsi, Əsas Qanunun qorunmasına, müdafiəsinə xidmət edəcək bir institutun yaradılması zərurətini ortaya qoydubu da Konstitusiya Məhkəməsi oldu.

Gənc, müstəqil Azərbaycan Respublikasında dövlət hakimiyyətinin üçüncü əsas qolu olan Konstitusiya Məhkəməsinin 1998-ci il iyulun 18-də rəsmən fəaliyyətə başlaması da artıq Konstitusiyanın keçid müddəalarından birinə əməl etmək idi. Ona görə də Azərbaycanda Konstitusiya ədalət məhkəməsinin təsdiq olunması onun konstitusionalhüquq tarixinin yeni mərhələsində ən parlaq səhifəyə çevrilmişdir.

Konstitusiya Məhkəməsinin hüquqi statusu məhz konstitusiya ilə (maddə 130 - müəl.), həmçinin "Azərbaycan Respublikası Konstitusiya məhkəməsi haqqında" Qanunla müəyyən olunmuşdur. Konstitusiya hüquq nəzəriyyəsi Konstitusiya Məhkəməsinin yurispredensiyası olmadan mümkün deyil. Azərbaycan Konstitusiyasının aliliyini, onun nüfuzunu qoruyan orqan olmaqla bərabər, Konstitusiya Məhkəməsinin əsas təyinatlarından biri də dövlət hakimiyyətinin hər üç qolunun konstitusiya çərçivəsində məhdudlaşdırılmasıdır. Konstitusiyanın təhlilini vermək, hər hansı hüquqi aktın Əsas Qanuna uyğun olub-olmadığını aydınlaşdırmaq səlahiyyəti yalnız ona məxsusdur.

Konstitusiyanın keçid müddəalarında Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq, bir sıra demokratik hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmişbu öhdəliyin yerinə yetirilməsi yönündə bir sıra mühüm addımlar atılmışdır. Bu baxımdan son illərdə bir sıra konstitusiya qanunlarının qəbulunu xüsusi qeyd etmək olar. Konstitusiyamızın 95-ci maddəsinin IV hissəsində göstərilir ki, bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər. 156-cı maddədə isə Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası əksini tapmışdır.

Azərbaycan konstitusionalizmi hüquq və azadlıqların siyasi, ictimaiiqtisadi həyatın bütün sahələrində möhkəmlənməsi və qərarlaşması, normayaradıcı hüquqi gücə çevrilməsində əvəzsiz humanitar vasitədir. Odur ki, konstitusion hüquq və azadlıqların təminatının yaradılması istiqamətində hazırlanmış və qəbul edilmiş qanunvericilik aktları - "Vətəndaşlıq haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və başqa qanunlar xüsusi əhəmiyyətə malikdir.

Ötən 15 il ərzində Azərbaycan cəmiyyətinin Konstitusion əsasları qanunvericiliyin inkişafı ilə daha da möhkəmləndirilmiş və durmadan inkişaf etdirilmişdir. Bu sıraya daxil olan yeni-yeni qanunvericilik aktları və ayrı-ayrı maddələr konstitusiyon insan hüquq və azadlıqlarının miqyasını daha da genişləndirmişdir. Məsələn, "KİV haqqında", "Televiziyaradio fəaliyyəti haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlar kimi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında", "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında", "Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında" Konstitusiya qanunları da Milli Məclisdə Əsas Qanuna əlavə kimi qəbul edilməklə, ölkədə insan hüquq və azadlıqlarının daha etibarlı təminatı məqsədindən irəli gəlmişdir.

Milli Konstitusiyamızın inkişafında referendum - ümumxalq səsverməsi institutunun geniş tətbiqi də ümummilli konsensusa əsas yaradır. Xalqın iqtisadi rifahının daha da yaxşılaşdırılması və ictimai-siyasi həyatda aparılan islahatlar, sürətli inkişaf və beynəlxalq aləmə daha sıx inteqrasiya müasir dövrdə Konstitusiyada müəyyən dəyişikliklər və əlavələrin edilməsi zərurətini yaratmışdır. Bu baxımdan Azərbaycan Konstitusiyasına hələ 2002-ci ilin 24 avqustunda ümumxalq səsverməsi yolu ilə edilmiş bir sıra əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlirdi.

Dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, həmçinin Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu (50+1 faiz) prinsipi ilə hesablanmasını, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alırnaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika ProkurorluğunaAli Məhkəməsinə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tuturdu. Mahiyyət etibarı ilə insan və vətəndaş hüquq və azadlıqlarının konstitusion təminatını gücləndirməyə xidmət edən bu dəyişikliklər, eyni zamanda, dövlət hakimiyyətinin qolları arasında hüquqi tarazlığın təmin olunmasına yönəlmişdi.

Bir fakt xüsusi qeyd edilməlidir ki, Azərbaycan dünyada sayı elə də çox olmayan o ölkələrdəndir ki, burada vətəndaşlar öz konstitusion hüquqlarının müdafiəsi üçün birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək haququna malikdirlər. Haqqında bəhs etdiyimiz əlavə və dəyişikliklər qəbul olunmamışdan əvvəl, Konstitusiyamızda vətəndaşlara belə bir hüquq verilməmişdi və "Konstitusiya Məhkəməsi haqqında" Qanunda da vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi nəzərdə tutulmurdu. Azərbaycan Respublikasının Konstitusiyasına görə Konstitusiya Məhkəməsinə yalnız 6 subyekt müraciət edə bilərdi: Azərbaycan Respublikasının Prezidenti, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Respublika Prokurorluğubir də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.

2003-cü il dekabrın 23-də Avropa Birliyinin Venesiya Komissiyasının ekspertləri ilə birgə işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında" yeni Qanun qəbul edildi. Bu qanuna görə, qanunvericilikicra hakimiyyəti orqanlarının, bələdiyyələrin və məhkəmələrin insanların hüquqlarını pozan normativ aktlardan şikayət etmək və onların araşdırılmasını tələb etmək proseduru öz əksini tapdı. İnsan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üçün konstitusiyon zəmin yarandı. Maraqlıdır ki, inkişaf etmiş ölkələrin böyük əksəriyyətində fərdi müraciətlər təsisatı Konstitusiya Məhkəməsinin təşkilindən onilliklər keçdikdən sonra tətbiq olunur. Azərbaycan isə göründüyü kimi, öz vətəndaşlarına hüququ olduqca tez bir zamanda təmin etməyə nail olmuşdur.

Azərbaycanın Əsas Qanununun daha da zənginləşdirilməsində, onun dünyada müşahidə edilən müasir hüquqi tendensiyalara cavab verən mükəmməl normativ hüquqi akta çevrilməsində 2009-cu il 18 mart referendumu zamanı qəbul edilmiş əlavə və dəyişikliklərin də əhəmiyyətli rolu olmuşdur. Konstitusiyanın 29 maddəsinə edilmiş 41 əlavə və dəyişikliyin böyük qisminin ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təminatı məqsədinə xidmət etdiyi bir sıra maddələrin qısa şərhinə nəzərən tam təsdiqini tapır. Diqqət yetirək; 12, 15 və 17-ci maddələrə edilən əlavələr xalqın layiqli həyat tərzinin təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit edir, ölkədə həyata keçirilən sosialyönümlü siyasətə, habelə uşaq hüquqlarının daha etibarlı qorunmasına, uşaq əməyinin istismarına qarşı Konstitusiya təminatını gücləndirməklə, bir sıra yeni normalara konstitusiyon status verir.

32-ci və 50-ci maddələrə edilmiş dəyişikliklər isə hər bir vətəndaşın şəxsi və ailə toxunulmazlığının daha etibarlı təminatına yönəlir. 50-ci maddənin III hissəsinə edilən əlavədə "hər kəsin hüquqlarını pozanya mənafeyinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir". 71-ci maddəyə edilən əlavə "hər kəsin hüquq və azadlıqları bu konstitusiyadaqanunlarda müəyyən edilmiş əsaslarla", habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". 72-ci maddəyə əlavə isə hansısa vətəndaşın üzərinə konstitusiyaqanunlarda nəzərdə tutulmayan vəzifələrin qoyulmasını qadağan edir.

67, 125, 129 və 131-ci maddələrə edilmiş əlavələr isə məhkəmə təcrübəsi ilə bağlı bəzi hüquqi normalara konstitusion statusun verilməsi baxımından təqdirəlayiqdir. Məsələn, 67-ci maddəyə edilən dəyişikliyə görə "cinayət törədilməsində ittiham edilənlər" ifadəsi, konstitusiyanın 63-cü maddəsindəki təqsirsizlik prizumpsiyasının mahiyyətindən irəli gələrək "təqsirləndirilənlər" sözü ilə əvəz edilmişdir. Həmin maddəyə edilmiş digər əlavədə isə göstərilir ki, "cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dindirilməlidir".

ya 125-ci maddəyə edilən əlavəyə görə "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". Yəni məhkəmənin həqiqəti müəyyən etməkdən başqa məramı olmamalı, çıxardığı qərar ədalətə, qanuna və həqiqətə əsaslanmalıdır.

Bütün bunlar bir daha ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi belə bir fikrini təsdiqləyir ki, "Konstitusiya nəzarəti cəmiyyətin inkişafını təmin etmək yolu ilə onun sabitliyinin qorunmasına, dövlət hakimiyyəti sisteminin təkmilləşdirilməsinə və ictimai münasibətlərin hüquqi tənzimlənməsinə qulluq edir, yüksək şüuru və dövlətçilik təfəkkürünü formalaşdırır".

İlk milli konstitusiyamızın qəbul olunmasından 15 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün bu illər ərzində qanunçuluğun təkmilləşdirilməsi işində qazanılan uğurları çıxışlarının birində çox dolğun və dəqiq olaraq belə ifadə edir: "Keçən illər ərzində konstitusiya humanist, dinamikrealist bir sənəd olduğunu sübut etmişdir. Onun əhatə etdiyi bütün sahələrdə - hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan haqlarının və azadlıqlarının təmin olunması və sair ilə bağlı mühüm irəliləyişlər baş verir. Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğunreal məzmun kəsb edir, vətəndaşların milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir".

 

 

Hikmət EYVAZOV,

Daxili İşlər Nazirliyi Polis Akademiyasının

daxili işlər orqanlarının inzibati fəaliyyəti

kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2010.- 12 noyabr.- S. 4.