Yeni zirvələrə doğru

 

Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Son illər bu sahədə qazanılmış uğurlar Azərbaycanda idmana böyük dövlət qayğısı olduğunu bir daha təsdiq edir. Respublika Prezidenti İlham Əliyevin Azərbaycanda idmanın inkişafı ilə bağlı fərman və sərəncamları ölkədə bu sahənin davamlı inkişafını təmin etmişdir. Təsadüfi deyil ki, son illər Azərbaycan idmançıları beynəlxalq yarışlardan Vətənə böyük qələbələrlə dönürlər. Belə gənclərimizdən biribu yaxınlarda Avropa çempionu adını qazanmış Orxan Süleymanovdur.

 

Orxan 1985-ci ildə Bakıda doğulmuşdur. O, 2003-cü ildə Bakıdakı 258 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. Üniversiteti bitirdikdən sonra 2007-2008-ci illərdə hərbi xidmət keçib. 2010-cu ildən isə "Bakı Sərnişin Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyətində Taksi sərnişin daşımalarının təşkili şöbəsində taksi dayanacaqları bölməsinin müdiri vəzifəsinə təyin olunub.

Bu, onun həyat bioqrafiyasından fraqmentlərdir. Ancaq Orxanın idman bioqrafiyası daha zəngindir. O, uşaqlıqdan idmanı sevirdi həmişə qələbə qazanmaq əzmi onu ciddi uğurlara aparırdı. Deyir ki, ölkədəki müharibə vəziyyəti onu idmanın döyüş növlərinə meylləndirib. Böyük əzmkarlıqla bu sahədə uğurlar qazanıb. 1996-cı ildən sonra onun əsl idman həyatı başlayıb. 1997-ci ildə karatenin WKC versiyası üzrə Bakı çempionatında qalib gələndən sonra Orxanda özünə inam yaranıb. Artıq bir il sonra o, bu növ üzrə respublika çempionu adını qazanıb.

Orxan 1999-cu ildə Moskvada Karate Akademiyasına daxil olub, burada idmanın bu növünün elmi əsaslarına yiyələnib. 2000-ci ildə Şeyx Şamilin xatirəsinə həsr olunmuş Free Riqht üzrə beynəlxalq turnirdə qalib olandan sonra daha da məşhurlaşıb.

Sonra isə bir neçə il Azərbaycan çempionatında yarışların iştirakçısı olub. 2001, 2002, 2003-cü illərdə keçirilən respublika çempionatının ardıcıl qalibi olub hər dəfə yüksək mükafatlar alıb.

Orxanın qələbələri ilbəil ona şöhrət gətirib. 2004-cü ildə Həştərxan şəhərində lisenziya xarakterli yarışda, 2005-ci ildə Xarkovda Avropa çempionatında, 2007-ci ildə Tbilisidə Avrasiya çempionatında qazandığı qələbələr bu gənc idmançının gələcək perspektivlərindən xəbər verirdi. Elə 2008-ci ildə respublika çempionatındakı qələbəsi ona yeni uğurlar gətirdi.

Bu il oktyabrın 27-28-də Odessa şəhərində keçirilən Avropa çempionatındakı qələbəsi isə onun idman bioqrafiyasında yeni şanlı səhifəyə çevrildi.

Söhbətimiz zamanı bu yarışlar barədə ətraflı məlumat verən Orxan Süleymanov bildirdi ki, çalışdığı "Bakı Sərnişin Nəqliyyatı" MMC- yaradılan sağlam mühit idmanın da inkişafında əhəmiyyətli rol oynayır. Mən bu kollektivdə işə başlayandan təşkilatın rəhbəri Davud Əfəndizadənin, şöbə müdiri İlqar Məmmədovun həmişə yüksək qayğısı ilə qarşılaşmışam. Ümumiyyətlə, tabe olduğumuz Nəqliyyat Nazirliyi, nazirimiz Ziya Məmmədov idmana həmişə böyük qayğı göstərir. Ziya müəllim həm respublika Voleybol Federasiyasının prezidentidir. Mən bu insanların adlarını ona görə çəkirəm ki, son illər mənim idmanda qazandığım nailiyyətlərdə onların qayğısı həmişə köməyimə çatmışdır.

Mən qalib kimi qayıdanda kollektivdə böyük hörmət ehtiramla qarşılandım. Fəxri fərman, pul mükafatı ilə təltif olundum. Həmin tədbirdə iştirak edən WKC növləri üzrə Karate Federasiyasının prezidenti Nurəddin Quliyevə qiymətli hədiyyə verildi. O yerdə ki, əməyin qiymətləndirilir, sənə dəstək olanlar tapılır, onda adamın gücü birə on qat artır.

Qaldı Odessada keçirilən Avropa çempionatındakı yarışlara, burada 2 versiya üzrə yarışlar keçirilirdi. Onlardan biri İrikumi-Su, ikincisi isə İrikumi-Qo versiyası idi. Hər iki versiya üzrə yarışırdım. Birincidə bürünc medala layiq görüldüm. İkincidə isə finalda erməni idmançı birinci yarışdakı çıxışımı görüb, "döyüşə" girişmədi. Beləliklə, Avropa çempionu oldum mənə medalı Azərbaycan Respublikasının bayrağı altında Ermənistan Karate Federasiyasının prezidenti təqdim etməli oldu.

Orxan haqqında daha müfəssəl məlumat almaq üçün idarənin Taksi sərnişin daşımaları şöbəsinin müdir müavini Nazim Quliyevə müraciət etdik. Nazim müəllim bildirdi ki, Orxan gənc olmasına baxmayaraq kollektivin böyük hörmət məhəbbətini qazanmışdır. O, əhaliyə taksi-minik xidmətinin yaxşılaşdırılması üçün intellektual idarəetmə sisteminə daxil olan taksi dayanacaqlarının yaradılması işində fəal iştirak edir. Eyni zamanda bu sahədə normativ sənədlərin hazırlanmasında da onun xilmətləri vardır. Onun idman sahəsində qazandığı qələbələr kollektivimizə böyük şöhrət gətirmişdir. Biz Orxanla sözün əsl mənasında fəxr edirik.

Orxan Süleymanov perspektivli idmançıdır. Özü deyir ki, 2011-ci ildə Estoniyanın paytaxtında keçiriləcək dünya çempionatına hazırlaşır. Bu işdə idarənin rəhbərliyinin böyük dəstəyini hər an hiss edir.

İnanırıq ki, Orxan Tallindən yeni qələbə ilə qayıdacaq. Orada da Azərbaycanımızın idman şərəfinə yeni səhifə yazacaq.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 14 noyabr.- S. 8.