Dövlət
İdarəçilik Akademiyasında Konstitusiya
Günü ilə əlaqədar tədbir
keçirilmişdir
Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsinin 15 illiyi ilə əlaqədar
Dövlət İdarəçilik Akademiyasında keçirilən
tədbiri giriş sözü ilə I prorektor professor Əlikram
Abdullayev açaraq respublikamızda dövlət idarəçiliyi
sahəsində yeganə təhsil ocağı olan
akademiyanın qarşısında duran əsas vəzifə
kimi dövlətimiz üçün müasir təfəkkürlü
gənclərdən ibarət dövlət strukturlarını
dövrün, zamanın tələbləri səviyyəsində
idarə edə biləcək mütəxəssis kadrlar
hazırlamaq, mövcud kadrların və dövlət məmurlarının
ixtisaslarının artırılması istiqamətində əməli
işlər görməyin vacib olduğunu qeyd etmişdir.
O,
dövlət və cəmiyyət həyatında
Konstitusiyanın rolundan danışmış, ümummilli
lider Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən
hazırlanmış müstəqil dövlətimizin ilk əsas
qanununun cəmiyyət və dövlətin gələcək
inkişafının təməli olduğunu
vurğulamış, hər bir vətəndaşın, o
cümlədən tələbə gənclərin də
Konstitusiyanı dərindən öyrənmələrinin vacib
olduğunu qeyd etmişdir.
Daha
sonra akademiyanın "Dövlət quruculuğu və
hüquq" kafedrasının müdiri dosent Fəxrəddin
Nağıyev akademiyada müntəzəm olaraq ən müxtəlif
səviyyəli elmi-nəzəri konfrans, simpozium, dəyirmi
masa və.s tədbirlərlə bərabər, həm də mədəni
kütləvi tədbirlərin keçirilməsinin
mühüm əhəmiyyət kəsb etdiyini
vurğulamışdır.
Məhz
bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan
Respublikası Konstitusiyasının qəbul edilməsinin 15
illiyi ilə əlaqədar "Nə, Harada, Nə zaman" tələbələrarası
intellektual oyunu keçirilmişdir. Akademiyanı təmsil edən
15 komandanın iştirakı ilə keçirilən
yarışların seçmə mərhələsi
Konstitusiyanın rəmzi olaraq 15 illiyini təcəssüm
etdirmişdir. Daha əsaslı bilik nümayiş etdirmiş 5
komanda finalda yarışmaq hüququ qazanmışdır.
Tədbirin
sonunda qalib komandalar akademiyanın həmkarlar ittifaqı komitəsi
tərəfindən fəxri diplomlar və hədiyyələrlə
mükafatlandırıldı.
Ə.BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 14 noyabr.- S. 5.