"Qırxıncı
otaq"
Yazıçı-dramaturq, publisist
Hüseynbala Mirələmovun "Qırxıncı otaq"
kitabı çapdan çıxmışdır.
Kitaba
yazıçının "Qırxıncı otaq"
romanı, "Qumru yumurtaları" povesti və
"Qaraçı gözəli Dorito" hekayəsi daxil
edilmişdir. Romanda qanunların, insan hüquqlarının
keşiyində vicdanla dayanan ədalətli
hüquqşünas obrazı yaradılmışdır. Bu,
demokratik, hüquqi dövlət quruculuğunda müstəsna
rol oynayan, saxtakarlıq, böhtan, hiylə
qarşısında əyilmədən mərdliklə
mübarizə aparıb bu çətin yolda zirvələrə
ucalan hakim Adil Hüseynlidir.
Kitaba
daxil edilmiş "Qumru yumurtaları" povesti dünyanı
narahat edən məsələlərdən biri olan ağ
ölümün - narkomaniyanın insan mənəviyyatı və
sağlamlığına gətirdiyi faciə və bəlalardan
bəhs edir.
Müəllif
"Qaraçı gözəli Dorito" hekayəsində
Tanrının şah əsəri sayılan gözəl
qadın, bu ilahi gözəlliyə səcdə edən
ülvi və pak sevgidən söhbət açır.
"Nurlan"
Nəşriyyat-Poliqrafiya Mərkəzində çap
edilmiş kitabın redaktoru Reyhan Mirzəzadədir. Kitabı
rəssam Yavər Əsədovun illüstrasiyaları bəzəyir.
Xalq qəzeti.- 2010.- 21 noyabr.- S. 4.