Bakıda İKT və iqlim dəyişikliyinə həsr olunmuş konfrans

 

Bakıda "BakuTel-2010" Azərbaycan Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunmuş "İKT və iqlim dəyişikliyi" mövzusunda beynəlxalq konfrans keçirildi.

 

Plenar iclasda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirakçıların nəzərinə çatdırıb ki, dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda "Ekologiya İli" ilə əlaqədar hazırkı konfrans informasiya-kommunikasiya texnologiyalarının ekologiyaya təsirinə həsr olunub. O deyib ki, "XXI əsrdə dünyanın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişiklikləri, ətraf mühitin qorunması, təbii kataklizm və fəlakətlərdir. Öz çıxışında Əli Abbasov Azərbaycan hökuməti tərəfindən tam dəstəklənən Smart 2020 qlobal proqramı məsələsinə də toxunub.

Qeyd edək ki, sözügedən proqram yeni texnologiyalardan istifadə edilməklə atmosferə zərərli tullantıların azaldılması məqsədini daşıyır. Azərbaycan hökumətinin dünya çağırışları çərçivəsində reallaşdırdığı siyasət iqlim dəyişikliyi probleminin həllinə yönəldilib.

Plenar iclasda çıxış edən Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev təmsil etdiyi qurumun ətraf mühitin qorunması sahəsində əldə etdiyi uğurlardan danışıb. Sağlam ekologiyanı cəmiyyətin sosial-iqtisadi həyatında ən mühüm amillərdən biri adlandıran nazir müavini ekoloji tədqiqatlarda İKT nailiyyətlərinin imkanlarını vurğulayıb. Bundan əlavə, plenar iclasda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura qlobal ekoloji problemlər haqqında danışaraq qlobal istiləşmə və bu dəyişikliklər səbəbindən planetə dəyən ziyanları qeyd edib. O bildirib ki, yeni texnologiyaların istifadəsi zərərli tullantıların xeyli azaldılmasına imkan yarada bilər. BMT nümayəndəsi Azərbaycanı, informasiya cəmiyyətinin qurulması sahəsində fəal səyləri ilə və bununla yanaşı ətraf mühitin qorumasına xüsusi önəm verən ölkə kimi tanındığını vurğulayıb.

Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının departament rəhbəri Artur Levin təqdimatla çıxış edib və təmsil etdiyi təşkilatın tarixi, onun dünya miqyasında rolu, eləcə də BTİ-nin ekoloji problemlərə ayırdığı diqqətdən danışıb. Qeyd olunub ki, müşahidə etdiyimiz tərəqqi, yeni imkanlarla eyni zamanda, ölkələr qarşısında yeni vəzifələr qoyur ki, onlardan da biri məhz iqlim dəyişikliyi ilə bağlı problemlərin həllidir. Qabaqcıl "yaşıl" texnologiyaların tətbiqi ətraf mühiti daha effektiv qorumağaekologiyaya neqativ təsir səviyyəsini azaltmağa kömək edəcək. Bundan əlavə A. Levin BTİ tərəfindən görülmüş işlərdən də danışıb. Xüsusən də, bir qədər bundan əvvəl mobil telefonlar üçün vahid enerji doldurma qurğusu standartının işlənib hazırlandığını vurğulayıb. Yaxın gələcəkdə yeni standart digər portativ qurğular üçün də işlənib hazırlana bilər. BTİ rəsmisi elektron tullantıların utilizasiyası probleminə də toxunub. Kompyuterlər, mobil telefonlartelevizorlar hətta kasıb ölkələrdə belə getdikcə daha çox ailələr üçün əlçatan olurbununla əlaqədar elektron tullantıların həcmi də getdikcə artır.

Nitqinin sonunda A. Levin BMT-nin ixtisaslaşdırılmış müəssisəsi kimi Beynəlxalq Telekommunikasiya İttifaqının dünyada baş verən ekoloji prosesləri diqqətlə izlədiyini və ətraf mühitin qorunması istiqamətində reallaşdırılan proqramları dəstəklədiyini vurğulayıb. Konfrans bölmə sessiyaları ilə davam etdirilib.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 3.