Yeni kitab

 

Azərbaycanın su təsərrüfatı haqqında dəyərli kitab

 

Azərbaycan xalqının su həyatı, su təsərrüfatı müxtəlif elmlərin, o cümlədən, tarixin, arxeologiyanın, etnoqrafiyanın tədqiqat obyektidir. Bununla yanaşı, müasir dövrdə ölkəmizin su təsərrüfatını layihələşdirən, gələcək perspektivləri müəyyənləşdirən elmi-tədqiqat institutlarının apardığı araşdırmalar, tədqiqatlar, mütəxəssislərin yazdıqları kitablar da xüsusi maraq doğurur. Məhz Azərbaycanın su təsərrüfatının qurulması, layihələndirilməsi, inkişaf istiqamətlərinin seçilməsi müasir Azərbaycan etnoqrafiyasının inkişafına da təsir göstərir. Xatırladaq ki, Mingəçevir SES və oxşar layihələrin (su kanallarının, hidrotexniki qurğuların tikilməsi, su boru kəmərlərinin çəkilməsi və s.) Azərbaycan arxeologiyaetnoqrafiya elminin inkişafında mühüm rol oynamışdır. Su təsərrüfatı ilə bağlı yeni layihələrin həyata keçirilməsi hər dəfə bu elmlər üçün maraqlı olan materialların üzə çıxmasına imkan verir.

 

Müasir dövrdə Azərbaycan dövlətində su təsərrüfatının yenidən qurulması, nəhəng layihələrin həyata keçirilməsi üçün sistemli, məqsədyönlü işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gündən-günə güclənən iqtisadiyyatının potensialı, xeyli vəsait milli maraqlarımız, o cümlədən, kənd təsərrüfatı, insanlarımızın sağlamlığı və s. baxımından mühüm əhəmiyyət daşıyan su layihələrinin həyata keçirilməsinə yönəldilir, gələcəyimizin təməli daha möhkəm əsaslar üzərində qurulur. Bu ilin yay aylarında KürAraz çaylarında baş verən görünməmiş təbii fəlakətin qarşısının alınması üçün Azərbaycan dövlətinin təxirəsalınmaz tədbirləri, selin ram edilməsi, vətəndaşlarımızın xilas olunması əməliyyatlarını Prezident İlham Əliyevin şəxsən nəzarətdə saxlaması böyük bir həssaslığın, diqqətin nümunəsi idi. Azərbaycan Respublikası Prezidentinin baş verən təbii fəlakətin qarşısının alınması, zərərçəkmiş insanlarımızın ehtiyaclarının ödənməsi, su altında qalmış yaşayış məskənlərinin yenidən salınması, yeni evlərin tikilməsi üçün milyonlarla manat ayrılması barədə sərəncam imzalaması Azərbaycan dövlətinin iqtisadi qüdrəti ilə yanaşı, cənab İlham Əliyevin vətəndaşlarımıza yüksək qayğısının nəticəsidir. Onu da bildirək ki, oxşar sel fəlakətləri ilə üzləşmiş ölkələrlə müqayisədə Azərbaycan dövlət və hökumət qurumlarının göstərdiyi fədakarlıq, fəlakətin qarşısının alınması üçün bütün operativ, genişmiqyaslı addımların atılması, dəymiş ziyanın aradan qaldırılması, insanlarımızın dövlətimizlə həmrəyliyini ifadə etməsi cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarına əsasən, ölkənin, insanlarımızın təbii fəalakətlə üzləşməsinin qarşısının əvvəlcədən alınması, ölkənin su təsərrüfatı sisteminin daha da təkmilləşdirilməsi üçün müxtəlif qurumlar müvafiq işlər görürlər.

Qloballaşan dünyada su təsərrüfatı ilə yanaşı, bu təsərrüfatın inkişafının tədqiqi gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əgər XXI əsrdə su ehtiyatlarının rolunun artacağını, su təsərrüfatının hər bir xalqın, o cümlədən Azərbaycan xalqının etnoqrafiyasına təsirini nəzərə alsaq, sözügedən tədqiqatlara diqqətlə yanaşmağa ehtiyac duyulur. Bu baxımdan texnika elmləri namizədi Elbrus Paşayevtexnika elmləri namizədi Fərzəli Həsənovun birgə müəllifləri olduğu "Azdövsutəslayihə" İnstitutunun tarixiinkişaf yolu" adlı kitab xüsusi maraq doğurur. Kitabda 1850-ci ildən bu günümüzədək Azərbaycanın su təsərrüfatının inkişafı izlənilir. Kitab Azərbaycanın su təsərrüfatı 1850-1930-cu illər, "Azdövsutəslayihə" İnstitutunun 1930-1950-ci illər, 1950-1970-ci illər, 1970-1991-ci illərdə və müstəqillik dövründəki fəaliyyəti barədə xronoloji ardıcıllıqla oxuculara ətraflı məlumat verir.

Müəlliflər "Giriş"də belə əsaslandırırlar ki, antropogen təsirlərin nəticəsində su ehtiyatlarının getdikcə azaldığı bir dövrdə, qloballaşan dünyada Azərbaycanın su ehtiyatlarının qorunması və ondan səmərəli istifadə edilməsi böyük əhəmiyyət daşıyır. Müəlliflər xüsusi vurğulayırlar ki, mövcud əkin sahələrini suvarmaq məqsədiylə hər il 8-10 kub kilometr həcmində su tələb olunduğundan şirin su ehtiyatlarımızı qorumaq, səmərəli istifadə etmək ölkəmizin qarşısında duran mühüm məsələlərdən biridir.

Qeyd edək ki, xalqımızın uzun illər boyu gərgin əməyi sayəsində yaratdığı su təsərrüfatı kompleksinin istifadəsi və idarəsini Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Bütün meliorasiyasu təsərrüfatı tikintilərinin layihə sənədlərini isə Su Təsərrüfatı Obyeklərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunda hazırlanir.

Kitabda su təsərrüfatı ilə yanaşı, tarixi-etnoqrafik məlumatlar maraq doğurur. Əkinçiliyin inkişafında suvarmanın əhəmiyyətini izah edən, tarixlə müasirliyi məhz su təsərrüfatı ilə bağlı məlumatlarda, faktlarda axtarıb-tapan müəlliflər Kür-Araz düzənliyinin tarixən xalqımızın həyatında oynadığı rolu üzə çıxarırlar. Onlar Muğan, MilQarabağ düzənliklərində, Naxçıvanda e.ə. II minilliyin sonları, I minilliyin əvvəllərində süni suvarmadan istifadə olunduğunu bildirirlər. Kitabda Mil düzündə V əsrdə tikilmiş Govurarx kanalı, VI-VII əsrlərə aid Daşçayarx, Xanarx, Yeyin Govurarx haqqında maraqlı tarixi faktlar verilir. Eyni zamanda, tarixən Azərbaycanda su təsərrüfatının vəziyyətiylə bağlı yerlixarici, xüsusən rus müəlliflərinin əsərlərinə müraciət olunur, ötən əsrlərdəki vəziyyətlə bağlı tam təsəvvür yaradılmağa çalışılır. Burada etnoqrafik baxımdan da maraq doğuracaq kifayət qədər məlumatlar əksini tapır. Məsələn, Kür-Araz sahilləri boyu "quru arx"ların, süni çalaların geniş yayılması, qoşqu heyvanlarından istifadə etməklə və ya suyun axma sürətilə hərəkətə gətirilən su çarxları və təkərlərdən istifadə olunması və s. məsələlər haqqında məlumatlar diqqəti cəlb edir. Kitabda 1813-cü ildə Çar Rusiyası hökumətinin yer quruluşu və əkinçilik idarəsinin nümayəndəsinin Muğana gəlməsi, hökumətin su təsərrüfatının qurulmasına göstərdiyi marağın pambıqçılığın inkişafı ilə bağlı olması, 1860-cı ildə Bakı-Poti dəmir yolunun çəkilməsinə dəvət olunmuş ingilis mühəndisləri Belli və Qabbanın Qafqazda suvarma sistemlərinin vəziyyətini öyrənməsi, yeni əkin sahələrini suvarmaq üçün kanalların layihələndirməsi işini aparması və s. əksini tapır. Burada XIX əsrin sonlarından başlayaraq, dünya bazarında pambığa marağın artıb-azalmasına təsir göstərən proseslər, Rusiyada tətbiq olunan gömrük haqqının artması və s. pambığın fabrik istehsalına marağın artmasının suvarma sistemlərinin inkişafı ilə bağlılığı üzə çıxarılır. Müəlliflər çarizmin pambıq istehsalını artırmaq üçün rusların Azərbaycan ərazisinə köçürülməsi ilə yeni salınan yaşayış məskənləri barədə diqqəti cəlb edən tədqiqat aparıblar. Bu araşdırmadan belə bir nəticəyə gəlmək olar ki, Mil-Muğan düzündə əksər yaşayış məskənlərinin salınması su təsərrüfatının inkişafı ilə sıx bağlıdır. Kitabda 1896-cı ildə Araz çayında daşqının baş verməsi, Muğan düzünü su altında qoyaraq Xəzər dənizinə tökülməsi, Muğan düzündə Ağçala, Mahmudçala göllərini, "Yeni Araz" adlanan məcra yaratması, sonrakı mərhələdə Sarıcalar kanalı, Molday kanalı, Minbaşı kanalı, Qolitsin (Sabir) kanalı, Qobu (qədim Gurgur) kanalı, Aşağı Qolitsin kanalının tikilməsi və s. əksini tapır. Təxminən 100 il əvvələ aid çoxlu fotoşəkillər isə oxucuda həmin dövrdə görülən işlər barədə aydın təsəvvür yaratmağa imkan verir. Bu illüstrativ materiallar müəlliflərin xidmətidir, belə fotoşəkillər tarixçilər, etnoqraflar, arxeoloqlar üçün vacib sənədlərdir.

Kitabda sovet hakimiyyəti illərində görülən işlər də əksini tapır, "Muğanmeltikinti" İdarəsi Azərbaycan Su Təsərrüfatı Baş İdarəsi, Zaqafqaziya Su Təsərrüfatı Layihə-Axtarış Tresti kimi qurumların yaradılməsı, su təsərrüfatının təsisatlanması izlənilir.

"Azdövsutəslayihə" İnstitutunun 1950-1970-ci illərdəki fəaliyyətinin tədqiqi də maraq doğurur. Bu illərdə də qurumun yenidən təşkilatlanması prosesi baş vermişdir. 1951-ci ildə qurumun Kür-Araz düzənliyində apardığı meliorasiya layihə işlərindən əlavə, kəndlərdə və rayon mərkəzlərində elektrikləşmə üçün tələb olunan layihə-axtarış işlərinin hazırlanmasına başlanılıb. Bu bölmədə Mingəçevir su anbarının yaradılmasının tarixi, müxtəlif göstəriciləri, SES-in fəaliyyəti, Bəhrəmtəpə hidroqovşağı, Yuxarı Şirvan kanalı, Baş Şirvan kollektoru, Yuxarı Qarabağ kanalı, Mil-Qarabağ kollektoru, Samur-Abşeron kanalı, Abşeron kanalı barəsində oxucuların marağına səbəb olacaq məlumatlar əksini tapır.

"Azdövsutəslayihə" İnstitutunun 1970-1991-ci il fəaliyyət dövrünü araşdıran müəlliflər qeyd edirlər ki, 1970-1982-ci illərdə meliorasiyasu təsərrüfatı sahəsinin inkişafı bu institutda yerinə yetirilən layihə axtarış işlərinin sayının və həcmlərinin artmasına səbəb olub. Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanın meliorasiyasu təsərrüfatı sahəsinə ayrılmış vəsait sovet hakimiyyətinin 50 ili ərzində bu sahəyə qoyulmış ümumi vəsaitdən 2 dəfə çox olmuşdur. Ulu öndərin hakimiyyəti illərində xüsusi diqqət və qayğısı nəticəsində kənd təsərrüfatı məhsullanın istehsalını artırmaq, aqrar sahədə yüksək nailiyyətlər əldə etmək üçün kompleks meliorasiya tədbirləri həyata keçirilmişdir. Milli kadrların hazırlanması istiqamətində aparılan uğurlu siyasət bütün sahələrdə olduğu kimi, meliorasiyasu təsərrüfatı sahəsində də öz bəhrəsini verib. Kitabın bu bölməsində ümummilli lider Heydər Əliyevin 1982-ci ildə Aşağı Köndələnçay su anbarının, 1976-cı il Yuxarı Xanbulançay su anbarının, 1976-cı il Sərsəng su anbarının açılışlarında, Bəşəriçay hidrotexniki qurğusunun işə düşməsi ilə bağlı mərasimlərdə şəxsən iştirak etməsini fotoşəkillərlə bir daha nümayiş olunub.

İnstitutun tarixini araşdırarkən məlum olub ki, 1970-ci ilə kimi respublika ərazisində tikilmiş irihəcmli meliorasiyasu təsərrüfatı obyektlərinin layihə sənədləri digər millətlərdən olan mütəxəssislərin rəhbərliyi altında işlənilmişdir. Yeni, böyük vəsait qoyuluşu tələb edən layihələrin baş mühəndisləri başqa millətlərin nümayəndələri olmuşlar. 1980-ci ildən sonra respublikamızda tikilmiş və tikilməkdə olan meliorasiyasu təsərrüfatları obyektlərində layihə müəllifləri əsasən, Heydər Əliyev məktəbindən bəhrələnmiş milli kadrlar olmuşlar. Bu bölmədə institutun layihə-axtarış işini həyata keçirən 6 istehsalat şöbəsinin fəaliyyəti, azərbaycanlı mütəxəssislərin xaricdə işləməsi, əksini tapır, eyni zamanda qurumun həmin illərdəki həyatı fotoşəkillərlə də canlandılırmağa çalışılır. Bu institut torpağın şoranlaşmasının qarşısını almaq üçün də fəaliyyət göstərmiş, müvafiq layihələr hazırlanmışdır.

Kitabın bu bölməsində ümumilli liderimizin uzaqgörənliyi bir daha təsdiqini tapır. Məhz ötən əsrin 70-ci illərində ölkəmizdə su təsərrüfatı sistemi müasir tələblərə uyğun formalaşdırılmağa başlanmışdır, həmin illərdə qurulan yeni su təsərrüfatı obyektləri, eyni zamanda, əvvəlkilərin yenidən qurulması nəticəsində bu kompleks təxminən 40 il sonranın, indiki dövrün reallıqlarına da uyğundur. O illərdə görülən işlər, yaradılmış su təsərrüfatı sistemi indii həmin özülün üzərində yenilərinin yaradılmasına, qurulmasına imkan verir.

Kitabın ən maraqlı və zəngin hissələrindən biri "Azdövsutəslayihə" İnstitutnun Azərbaycan Respublikasının müstəqillyi dövründə fəaliyyəti əksini tapır. Burada 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində yaşanan olaylara, probemlərə, təlatümlərə diqqəti çəkən müəlliflər həmin hadisələrin institutun həyatına, mütəxəssislərin fəaliyyətinə mənfi təsiri qeyd olunur.

Ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ilə ölkədə meliorasiyasu təsərrüfatı sahəsi öz inkişafında yeni mərhələyə qədəm qoyub. Ulu öndərin göstərişi ilə ölkəmizə qoyulan invesitisiyalar ilk növbədə Kür-Araz düzənliyində şorlaşmış torpaqların təmizlənməsini nəzərdə tutan Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə, Bakı və Sumqayıt şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, Vayxır su anbarının tikintisinin başa çatdırılmasına yönəldilib.

Ötən əsrin sonlarında Azərbaycanın ümumilli lideri Heydər Əliyev təkcə ölkə miqyasında deyil, eyni zamanda, bütövlükdə bölgəyə, dünyaya örnək ola biləcək nəhəng bir proses başladı. Ulu öndərin həyata keçirdiyi torpaq islahatı təkcə iqtisadi islahat deyildi. Bu islahat milyonlarla yerinin yaradılması ilə yanaşı, həm də etnoqrafik baxımdan, tarixi yaddaşın bərpası yönündən mühüm əhəmiyyət daşıyırdı. Torpaq islahatı su təsərrüfatına yeni yanaşmanı tələb edirdi. Elə həmin illərdə müvafiq qanunvericilik bazası yaradıldı, su təsərrüfatının yeni iqtisadi reallıqlar əsasında idarəçilik prinsipləri formalaşdırıldı.

Ulu öndərin ölkədə meliorasiyasu təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğını, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Fərəhli haldır ki, ümummilli liderimiz Heydər Əliyevin 1970-1982-ci illərdə və müstəqilliyimizin ilk illərində təməlini qoyduğu meliorasiyasu təsərrüfatı layihələri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla başa çatdırılır, yeni layihələrlə zənginləşdirilir. Dövlət başçısı İlham Əliyev 2004-cü ildə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Xanarx kanalının tikintisi ilə tanış olmuş, 2005-ci ilin dekabr ayında isə Heydər Əliyev adına Vayxır su anbarının istifadəyə verilməsi münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmişdir.

Kitabın müəllifləri meliorasiyasu təsərrüfatı layihələrinin Azərbaycan Respublikasının "Ərzaq təhlükəsizliyi Dövlət Proqramı"nın həyata keçirilməsində rolunu xüsusi vurğulayırlar. Prezident İlham Əliyevin 1 sentyabr 2005-ci ildə respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı və 29 aprel 2008-ci ildə ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiyakanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair keçirdiyi müşavirələrdəki çıxışları, göstəriş və tapşırıqları son illərdə bu sahənin geniş inkişafına təkan verib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər)" daxil edilmiş, dövlətin və müxtəlif kredit təşkilatlarının ayırdığı vəsait hesabına 2006-cı ildə Baş Mil-Muğan kollektorunda, Vayxır su anbarında yarımçıq qalmış tikinti işləri, Samur Baş suqəbuledici qurğusunun bərpası, Baş su durulducusunun tikintisi, 187 kilometr uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması, Xanarx kanalının tikintisi, Samur-Abşeron kanalının 50 kilometrlik hissəsinin bərpası başa çatdırılıb. "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi" çərçivəsində lTaxtakörpü su anbarının SES-lə birlikdə layihələndirilməsi və tikintisi","Taxtakörpü- Ceyranbatan kanalının layihələndirilməsi və tikintisi" üzrə işlərin həyata keçirilməsinə 2006-cı ildən başlayaraq Dövlət Neft Fondundan vəsait ayrılıb. Bu layihələrin işlənib hazırlanmasında "Azdövsutəslayihə" İnstitutu yaxından fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu ilin may ayında təməli qoyulan Şəmkirçay su anbarının layihə sənədlərini Türkiyənin "Təməlsu" şirkəti və "Azdövsutəslayihə" İnstitutunun əməkdaşları birgə işləyib hazırlayıblar.

Göründüyü kimi, kitab təkcə su təsərrüfatı üzrə mütəxəssislərin deyil, eləcə də etnoqrafların, tarixçilərin və geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.

 

Teymur BÜNYADOV, akademik, Bəhmən ƏLİYEV, tarix elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 5.