Ekoloqlar turizmin inkişafına öz töhfələrini verirlər

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən turizm potensiallı bölgələrdə ətraf mühitin, tarix və mədəniyyət abidələrinin qorunması üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir. Məlumatda deyilir ki, Zaqatala şəhərinin mərkəzində fəaliyyət göstərən "Dədə Qorqud" parkında mövcud olan dörd ədəd Şərq çinarı təbiət abidələrinin üzərində bu abidələrin Azərbaycan və ingilis dilində yazılmış xarakterik xüsusiyyətlərini əks etdirən lövhələr asılmış, abidələrin pasportlaşdırılması başa çatdırılaraq şəhər ərazi nümayəndəliyinə təqdim edilmişdir.

 

Turizm üçün böyük əhəmiyyət kəsb edən Tarix Mədəniyyət Qoruğunda mühafizə divarları ilə əhatələnən qala ərazisində yerli meşə cinslərinə aid tinglər əkilmişdir. Qoruq turistlərin qəbulu üçün hazır vəziyyətdə saxlanılır.

Rayon mərkəzindən 18 kilometr məsafədə, Dövlət Meşə Fondunun ərazisində yerləşən və III-IV əsrə aid Pəri Qala tarixi abidəsinin cənub hissəsindəki 3 hektar düzənlik sahədə 2008-2010-cu illərin ağac əkini dövrlərində üç min ədəd şabalıd, min ədəd qoz və 150 ədəd fındıq kolları əkilmişdir. Əkin sahəsinin mühafizəsi üçün ərazi çəpərlənmişdir.

Zaqatala rayonu ərazisində turizmin inkişafına xidmət edəcək otellərin və digər xidmət sahələrinin hər biri mərkəzi kanalizasiya sisteminə qoşulmuşdur. Keçirilən monitorinqlər zamanı bu obyektlərin ətraf mühitə zərərli təsir göstərməsi faktları aşkar edilməmişdir.

Qax rayonunda turizmin inkişafı üçün uyğunlaşdırılmış "Uludağ", "Yaşıl Park" istirahət obyektlərinin fəaliyyətləri qanun pozuntularına yol verildiyi üçün məhdudlaşdırılmışdır.

Şəki şəhərindəki Qala ərazisində Tarix Mədəniyyət Qoruğunun bilavasitə yaxınlığında ət satışı səyyar köşklərinin yaratdığı antisanitar vəziyyət aradan qaldırılmışdır. Qeyd olunan qoruğun və bütövlükdə Şəki şəhərinin ərazisindən axan Qurcana çayına məişət tullantılarının atılmasının və tullantı sularının axıdılmasının qarşısı da alınmışdır. Bu cür halların təkrarlanmaması üçün ərazilərdə müvafiq xəbərdaredici lövhələr yerləşdirilmiş və bu tədbirin icrasında şəhər bələdiyyəsinin, şəhər ərazi nümayəndəliyinin və QHT-lərin iştirakı təmin edilmişdir.

İsmayıllı, Qəbələ, Şamaxı və Ağsu rayonları ərazilərində mövcud turizm yerləşdirmə obyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın minimuma endirilməsi ilə əlaqədar turizm obyektlərində tullantı sularının axıdılması, əmələ gələn bərk tullantıların idarə olunması vəziyyəti mütəmadi olaraq araşdırılır və ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı bu obyektlərin rəhbərliyinə qarşı inzibati tədbirlər görülür. Çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq məcburi göstərişlər verməklə yanaşı, bu obyektlərdə lazımi maarifləndirmə işləri də aparılmışdır.

Müqtədir-Nabran ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün istirahət obyektlərinin əksəriyyətində formalaşan tullantı suları quyulara (şambo) axıdılır və xüsusi təyinatlı nəqliyyatla daşınır. Yalnız "Palma", "Malibu", ARDNŞ-in "Kaspian" istirahət zonasında modul tipli təmizləyici qurğular mövcuddur.

Xaçmaz rayonunun Nabran ərazisində Nabran-Yalama yolunun kənarında "AzərSu" ASC tərəfindən 2007-ci ildə təmizləyici qurğu quraşdırılsa da, fəaliyyətə başlamamış, qurğunun xətləri çəkilməmiş və çirkab sularının təmizlənməsi üçün heç bir qurumla müqavilə bağlanılmamışdır.

Nabran kəndi yaşayış massivinin kanalizasiya sisteminin layihələndirilməsi işləri aparılmışdır. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq daha 4 yaşayış məntəqəsində (Turist, Şimal, Günəşli və Müqtədir) modul tipli təmizləyici qurğunun quraşdırılması və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

Qeyd olunanlarla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sözügedən ərazilərdə fəaliyyət göstərən 20-yə yaxın istirahət kompleksində ətraf mühitin mühafizəsi qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılmış, ətraf mühitə (o cümlədən su obyektlərinə) tullantı sularının axıdılmasına və bərk tullantıların idarə olunmasında yol verilmiş qanun pozuntularına görə hüquqifiziki şəxslərə qarşı inzibati cərimələr və müvafiq qanunvericiliyə uyğun olaraq tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəmələr tətbiq edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər verilmişdir.

Lənkəran rayonunda çoxyaşlı azat, qara qoz, at şabalıdı, ağcaqayın, Şərq çinarı, xəzəl lələyi ağacları, 8 hektarlıq şümşad meşəsi, Lerik rayonunda azat ağacları, 3 hektarlıq şümşad və 5 hektarlıq fıstıq meşələri, Astara rayonunda 24 hektarlıq çoxyaşlı şümşad meşələri, Yardımlı rayonunda Şərq çinarları, azat ağacları, Masallı rayonunda azat, palıd və şümşad ağacları təbiət abidələri mühafizə olunuronlara aqrotexniki qaydada qulluq göstərilir.

Lerik rayonunda XVII-XVIII əsrin tarixi abidəsi olan Babagil türbəsinin həyətində təbiət abidəsi-çoxyaşlı azat, şümşad, palıd cinsli qədim ağaclar, qədim tarixə malik məscid kompleksi, Qızlar qalası, türbə mühafizə olunur, tullantılarla çirklənmə hallarının qarşısı alınır, ərazilərdə mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilir.

Yardımlı rayonunda bizim eradan əvvəl VI əsrdə inşa edilmiş Nekropol, X əsrdə inşa edilmiş Xınalıtəpə yaşayış yeriküp qəbirləri, tuncdaş dövrlərə aid olan daş qutu nekropolları, Gavurqəbir nekropoluAlar mağarası, Dəvə karvanı daş kompleksi, XII-XIII əsrə aid Göyəmli və Qalacıq yaşayış yeri, rayonun Porsova kəndinin ərazisində eramızdan əvvəl IV-II əsrlərə aid Əligüneyli küp qəbirləri, I-II əsrə aid Gilavar küptorpaq qəbirləri nekropolu, IX-XIII əsrə aid Ovçutəpə yaşayış yeri tarix və mədəniyyət abidələri mühafizə olunur, tullantılarla çirklənmə hallarının qarşısı alınır, ərazilərdə mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilir.

Astara rayonunun qədim tarixi mədəni dövrünü özündə əks etdirən tarix- diyarşünaslıq muzeyi, XII əsrə aid türbə, XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, qədim məscidlər və türbələr, Telman, Pensər, Təngərüd, Şüvi kəndlərində tunc və dəmir dövrlərinə aid kurqanlar kimi turizm əhəmiyyətli tarix və mədəniyyət abidələrinin əraziləri mühafizə olunur, tullantılarla çirklənmə hallarının qarşısı alınır, ərazilərdə mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilir. Sözügedən rayonlarda turizm əhəmiyyətli müasir istirahət komplekslərində formalaşan tullantı suları komplekslərin ərazilərində qazılmış quyulara (şambo) yığılır və sonradan xüsusiləşdirilmiş nəqliyyat vasitəsilə daşınır. Əmələ gələn bərk məişət tullantıları isə poliqonlara daşınaraq zərərsizləşdirilir.

Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyionun yerli qurumları ölkəmizdə turizmin daha da inkişafı üçün mühüm tədbirlər həyata keçirmişbu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 3 oktyabr.- S. 4.