Naxçıvan Universiteti - qədim
diyarın müasirlik
rəmzi
Azərbaycanın ən qədim bölgələrindən
olan Naxçıvan torpağı gündən-günə
daha da gözəlləşir,
inkişaf edir, böyüyür və regionun siyasi, mədəni mərkəzlərindən
birinə çevrilir. Naxçıvana səfər
edən hər bir insan baş
verən bu dəyişiklikləri, yenilikləri,
gözəllikləri hər
dəqiqə, hər an hiss edir. Bu
inkişaf ölkə
və Naxçıvan
rəhbərliyinin bu torpağa qayğısının,
sevgisinin nəticəsidir.
Naxçıvan əgər
Vətənimizdən kənarda
dağlar arasında yerləşən gözəl
Batabat gölü , insanlara şəfa verən "Duz dağ" sağlamlıq
kompleksi, Əshabi-kəf
ziyarətgahı və
tarixi abidələri ilə tanınırsa, indi Naxçıvanı tanıdan daha bir abidə də var: Naxçıvan
Dövlət Universiteti.
Naxçıvanda gedən
bu quruculuq, yaradıcılıq proseslərinin
içində Naxçıvan
torpağının ən
böyük təhsil
ocağı olan Naxçıvan Dövlət
Universitetinin öz çəkisi, öz yeri var.
Naxçıvan Dövlət Universiteti Naxçıvan şəhərinin
ən uca bir yerində qərar tutub. Universitetin
əsası 1967-ci ildə
qoyulmuş və o vaxt bu ali məktəb Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlamışdır.
1972-ci ildə filialın bazasında Naxçıvan Dövlət
Pedaqoji İnstitutu yaradılmışdır. 1990-cı ildən isə bu ali məktəb Naxçıvan
Dövlət Universiteti
statusunu almışdır.
Əgər 1967-ci ildə
fəaliyyətə başlayarkən
bu təhsil ocağında cəmi üç ixtisas üzrə 105 tələbə
oxuyurdusa, hazırda universitetin 10 fakültəsində
43 ixtisas üzrə
4200-dən çox tələbə
ali təhsil alır. Universitetdə elmi-pedaqoji fəaliyyət
göstərən müəllimlərdən
iki nəfəri akademik, beş nəfəri AMEA-nın müxbir üzvü, 24 nəfəri elmlər doktoru, professor, 67 nəfər
isə elmlər namizədi, dosentdir.
Universitetdə tarix-filologiya, xarici
dillər, sosial-idarəetmə
və hüquq, iqtisad, memarlıq və mühəndislik, fizika-riyaziyyat, tibb, incəsənət və başqa fakültələr
fəaliyyət göstərir.
Tələbələrin təhsil
alması üçün
universitetdə müasir
dövrün tələblərinə
uyğun hər cür şərait yaradılmışdır. Belə
ki, Naxçıvan Dövlət Universiteti üçün 1999-cu ildə
1600 yerlik beşmərtəbəli
tədris korpusu,
2002-ci ildə tibb korpusu və xəstəxana, 2004-cü ildə
elektron kitabxana,
2006-cı ildə sosial
idarəetmə, hüquq
və iqtisad fakültələri üçün
700 nəfərlik korpus
tikilib istifadəyə
verilmişdir. Bu il isə universitetin beynəlxalq münasibətlər
və xarici dillər fakültəsi üçün yeni möhtəşəm bina
inşa olunmuşdur. Binada 7 ixtisas - ingilis, fransız, alman, rus, ərəb
dili müəllimliyi,
beynəlxalq münasibətlər
və fars dili-azərbaycan dili tərcüməsi ixtisasları
tədris olunur. Hazırda yeni tədris korpusunda beş kafedra fəaliyyət göstərir.
Naxçıvan Dövlət Universitetində
informasiya texnologiyalarına
geniş yer verilir. Bu ali təhsil ocağında çoxsaylı kompyuter laboratoriyaları və sinifləri tədris prosesinin təşkilinə,
idarəetməyə, elmi-tədqiqat
işlərinin aparılmasına
uğurla xidmət edir. Universitetdə fəaliyyət göstərən
ixtisaslaşdırılmış "informatika" korpusu, üç internet mərkəzi,
İREX və Atatürk
internet mərkəzləri, ən müasir avadanlıqlarla təchiz olunmuş iki video-konfrans zalı, müxtəlif kompyuter sinifləri yeni informasiya texnologiyalarının
mənimsədilməsinə şərait yaradır.
Elmin inkişafı sahəsində
universitetdə mühüm
nailiyyətlər qazanılmışdır.
Universitet alimlərinin
xarici ölkələrdə
keçirilən beynəlxalq
elmi konfranslarda fəal iştirakı diqqətəlayiqdir. Universitet
alimləri ABŞ, İngiltərə,
Yaponiya, Rusiya, İtaliya, Türkiyə, Fransa, İran, Gürcüstan, Qazaxıstan,
Belçika, Hollandiya,
Şimali Kipr və Maltada keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzulu məruzələrlə çıxışlar
etmişlər. Universitetin
özündə təşkil
olunmuş beynəlxalq
simpoziumlarda isə onlarla xarici ölkənin görkəmli
alimi qonaq olmuş və onların məruzələri
dinlənilmişdir.
Universitetin beynəlxalq əlaqələri
də yüksək səviyyədə qurulmuşdur.
Belə ki, Naxçıvan Dövlət
Universitetinin dünyanın
qabaqcıl universitetlərilə
geniş əlaqələri
vardır. ABŞ-ın
Perdu Kalumet Universiteti, İngiltərənin
Preston Texniki Universiteti,
Fransanın Paris-8, Strasburk
Mark Blok universitetləri, Almaniyanın
Braunşvayq Universiteti,
İspaniyanın Barselona
Universiteti, Pakistan İslam
Respublikasının İslamabad
Müasir Dillər universiteti, Rusiyanın
Novosibirsk Dövlət Universiteti,
Novosibirsk Texniki Universiteti,
Türkiyə Cümhuriyyətinin
Ankara, Ərzurum, Kocaeli,
Elazığ, Qars və Van universitetləri,
Misir Ərəb Respublikasının Qahirə,
Helvan, İsgəndəriyyə
universitetləri, İran
İslam Respublikasının
Təbriz və Urmiya universitetləri ilə çoxşaxəli
əlaqələr dünya
təhsil sisteminə inteqrasiyanın genişləndirilməsinə
və regionda yeni tipli universitetin
formalaşmasına təkan
verir. Son illərdə
universitetdə təhsil
alan 305 xarici tələbədən 294 nəfərinin
Türkiyə, 11 nəfərinin
isə İran vətəndaşlarının olması qeyd olunan əlaqələrin nəticəsidir. Müxtəlif
vaxtlarda universitetdə
Fransadan və Koreyadan gəlmiş tələbə gənclər
də təhsil almışlar.
Naxçıvan Dövlət Universitetinin
qeyd olunan uğurlarının kökü
bir də ondadır ki, dövlət rəhbərlərimiz
- istər ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi zaman, istərsə də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dəfələrlə bu universitetdə olmuşlar.
Belə ki, ümummilli liderimiz Heydər Əliyevin 11 oktyabr 1999-cu ildə universitetin yeni tədris korpusunun açılışı mərasimindəki
parlaq nitqi hələ də əziz bir xatirə
kimi naxçıvanlıların
yaddaşındadır: " Naxçıvan Muxtar Respublikasının Dövlət
Universiteti Azərbaycanın
ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali
təhsil ocaqlarından
biridir... Mən bu gün böyük
iftixar hissi keçirirəm ki, 30 il öncə əsasını qoyduğumuz
bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir...
Universitet tələbələrinə
yüksək vətənpərvərlik,
təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram... Naxçıvan gənclərinə
arzu və tövsiyə edirəm ki, onlar indiki
nəsillər kimi, bizim kimi Naxçıvanı
qursunlar, yaratsınlar,
inkişaf etdirsinlər,
daha da yüksəltsinlər".
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Naxçıvana
səfəri zamanı
Naxçıvan Dövlət
Universitetinə gəlişi
isə Heydər Əliyev siyasi kursunun bu sahədə
də uğurla davam etdirilməsinin bariz ifadəsidir. Məhz dövlət rəhbərlərinin, eyni
zamanda, Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisinin Sədri
Vasif Talıbovun Naxçıvan Universitetinə
qayğısından ilhamlanan
universitetin bugünkü
rəhbərliyi də
bu universitetin inkişafı üçün
əlindən gələni
əsirgəmir, öz
bilik və bacarığını bu
yolda sərf edir. Bu gün universitetə nəinki ölkəmizdə, hətta
ölkəmizdən kənarda
da görkəmli bir alim və
ictimai-siyasi xadim kimi tanınan akademik İsa Həbibbəyli rəhbərlik
edir. Qeyd edək ki, akademik
İsa Həbibbəylinin
universitetə rəhbərliyə
başladığı 1996-cı ildən sonra universitetin inkişafında
yeni bir mərhələ başlamışdır.
Belə ki, universitetin istər maddi-texniki bazasının,
istərsə də elmi potensialının güclənməsində İsa
Həbibbəylinin xidmətləri
olduqca böyükdür.
Təkcə elə onu demək kifayətdir ki, İsa Həbibbəyli universitetə rəhbərlik
etdiyi dövrdə gözəl bir kollektiv yaratmış, güclü elmi potensiala malik professor- müəllim heyəti formalaşdırmışdır. Məsələn, belə
kadrlardan birini Naxçıvan Dövlət
Universitetinin tədris
işləri üzrə
prorektoru, filologiya elmləri namizədi, dosent, əməkdar elm xadimi Hüseyn Həşimlini misal göstərmək olar. Hüseyn Həşimli bu gün respublikamızın
aparıcı filoloq alimlərindən biridir.
O, ədəbiyyatşünaslığımızda
az tədqiq olunan sahələrin mütəxəssisi kimi tanınır.
Beləliklə, Naxçıvan Dövlət
Universiteti adı burada çəkilən və çəkilməyən
onlarla ictimai-siyasi xadim və alimin
zəhməti sayəsində,
eyni zamanda, dövlətimizin qayğısı
nəticəsində gündən-günə
inkişaf edərək
ölkəmizin aparıcı
təhsil ocaqlarından
birinə çevrilməkdədir.
Tərlan QULİYEV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2010.-
5 oktyabr.- S. 7.