Prezident İlham ƏLİYEV: Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcəkdir

 

Son illər Azərbaycanın regionları sürətlə inkişaf edir, yeniləşir. Əhalinin həyat səviyyəsi, məişəti getdikcə yaxşılaşır. Bu tərəqqi Naxçıvan Muxtar Respublikasında da özünü qabarıq büruzə verir. Ölkə Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri zamanı bunun bir daha şahidi olduq. Şərur rayonunun Yengicə və Maxta kənd orta məktəbləri üçün yeni binaların, Naxçıvan-Sədərək magistral yolunun, Sədərək Rayon Mərkəzi Xəstəxanasının, 2 nömrəli Sədərək orta məktəbinin yeni binasının, Heydərabad qəsəbəsinin, Naxçıvan Regional İnformasiya Mərkəzinin, Gəmiqaya daş məhsulları kompleksinin, su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi göstərdi ki, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində düşünülmüş siyasət yeridilir və məqsədyönlü addımlar atılır. Bu barədə Prezident İlham Əliyev Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışı mərasimində demişdir:

 

"Bu gün Naxçıvanda və demək olar ki, bütün ölkəmizdə, bütün bölgələrdə aparılan siyasət bir məqsədi güdür ki, Azərbaycan daha da güclənsin, vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan böhranlı anları geridə qoyub, öz inkişaf strategiyasını ortaya qoyub və bu strategiya bu gün də uğurla icra edilir. Heydər Əliyev siyasəti Azərbaycanın bütün bölgələrində özünü büruzə verir. Hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda quruculuq, abadlıq işləri aparılır. Böyük investisiyalar qoyulur. İqtisadi və sosial məsələlər öz həllini tapır. Baxın, son bir neçə il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Ölkədə son illərdə 800 mindən artıq yeni yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi yerləridir. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün praktiki tədbirlər görülüb. Demək olar ki, Azərbaycan indi öz daxili tələbatını, ərzağa olan tələbatının böyük hissəsini özü təmin edir. Biz çalışmalıyıq ki, görüləcək işlər nəticəsində özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq".

Çıxışında enerji təhlükəsizliyi məsələsinə də toxunan dövlət başçısı İlham Əliyev bildirmişdir ki, 1994-cü ildə ulu öndərin qətiyyəti və müdrikliyi sayəsində Azərbaycanın yeni neft strategiyası başlanmasaydı, bu gün biz bu uğurlardan danışa bilməzdik. Məhz Azərbaycan iqtisadiyyatına xaricdən gətirilmiş milyardlarla dollarla ölçülən investisiyalar hesabına ölkəmizi hərtərəfli inkişaf etdirməyə nail ola bilmişik. Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda, qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik. Bu gün Azərbaycan təbii qazı, nefti, neft məhsullarını, elektrik enerjisini qonşu ölkələrə ixrac edir. Bu ixrac ildən-ilə daha da şaxələnir. İxracın coğrafiyası genişlənir və həcmi artır. Bu, çox vacib məsələdir ki, biz enerji təhlükəsizliyimizi təmin edəndən sonra başqa ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün töhfəmizi veririk.

Dövlət başçısı çıxışında eyni zamanda Naxçıvanın blokada şəraitində yaşadığına baxmayaraq, burada həyata keçirilən tədbirlərin, reallaşdırılan proqramların uğurlu nəticələrindən bəhs etmişdir. Dövlət başçısı demişdir ki, Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, coğrafi baxımdan Azərbaycanın əsas hissəsi ilə bağlantısı yoxdur. Vaxtilə Azərbaycanın qədim torpağı olan Zəngəzur diyarının Ermənistana verilməsi, demək olar ki, Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayırıbdır. Naxçıvan uzun illərdir ki, blokada şəraitində yaşayır və bu blokadanı Ermənistan tətbiq edir. Ancaq buna baxmayaraq, Naxçıvanın bütün imkanları səfərbər olunub və əlavə tədbirlər görülür, proqramlar icra olunur. Bu gün Naxçıvan uğurla və sürətlə inkişaf edən diyardır, respublikadır. Bütün şəhərlər abadlaşır, gözəlləşir, yeni mehmanxanalar, sənaye müəssisələri yaradılır. Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır. Hər halda biz buna nail olmaq üçün bütün tədbirləri görürük. Naxçıvanın indiki inkişafı, tərəqqisi ilə bağlı muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışı mərasimində ölkə başçısına müraciətlə demişdir: "Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşSizin rəhbərliyinizlə uğurla davaminkişaf etdirilir. Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq lider dövlətə çevrilmişdir. Siz Azərbaycanın inkişafının bölgələrin inkişafı ilə sıx bağlı olduğunu bildirərək, tövsiyə etmişdiniz ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, hər bir rayon mərkəzi müasir standartlara cavab versin, bütün kəndlərdə abadlıq işləri aparılsın, yollar salınsın, elektrik enerjisi ilə təminat yaxşılaşsın, bir sözlə, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş versin.

Bu tövsiyəniz, ondan irəli gələn vəzifələr ölkəmizin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilir. Aydındır ki, hər bir inkişafın kökündə iqtisadi inkişaf dayanır. Son 5 ildə muxtar respublikanın iqtisadi inkişafı 4 dəfə artmışdır. Sənayenin, kənd təsərrüfatının və sosial sahələrin inkişafında əsaslı dönüşə nail olunmuşdur. Son dövrlərdə yaradılan sənaye və emal sahələri Sovetlər Birliyinin mövcud olduğu illər ərzində istifadəyə verilən müəssisələrin sayını 8 dəfə üstələmişdir. Bunun sayəsində yeni yerləri açılmış, əhalinin məşğulluğu təmin olunmuşdur. 2003-cü ildən bu günədək Naxçıvan Muxtar Respublikasında 44 min 647 yeni yeri açılmışdır ki, bunun da 29 min 393-ü və yaxud 66 faizi daimi yerləridir. Yeni yerlərinin açılması, iqtisadiyyatın ümumi strukturuna uyğun olaraqdaxili bazarın qorunması tələbləri nəzərə alınaraq yeni istehsalemal sahələrinin yaradılması sahibkarlığın inkişafı üçün əlverişli şəraitin formalaşdırılması hesabına mümkün olmuş, ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 86 faiz təşkil etmişdir".

Muxtar Respublika Ali Məclisinin sədri Naxçıvanda səhiyyənin inkişafının diqqət mərkəzində saxlanıldığını vurğulayaraq demişdir ki, bu gün muxtar respublikanın hər bir rayonunda ən müasir tələblərə cavab verən mərkəzi xəstəxana binalarının tikintisi proqramı uğurla icra olunmaqdadır. Belə ki, 5 mərkəzi xəstəxana binası tikilmiş, 1 mərkəzi xəstəxananın inşası isə davam etdirilir. Naxçıvan şəhərində ətraf bölgələrdə analoqu olmayan diaqnostika-müalicə və doğum mərkəzləri istifadəyə verilmiş, bundan başqa 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilmişya əsaslı şəkildə yenidən qurulmuşdur.

Naxçıvanda təhsilin inkişafına da xüsusi qayğı göstərilir. Belə ki, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əmək haqlarında, tələbə və peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin təqaüdlərində özünü göstərən dinamik artım, məktəblərin pulsuz dərslik və latın qrafikalı yeni nəşrlərlə təmin edilməsi ölkə rəhbərinin bu vacib sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 68 min 374 şagird yeri olan 168 ümumtəhsil məktəbi binası, 1398 yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

İstifadəyə verilmiş bütün təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılmış, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları, zallar müasir dünya standartları nəzərə alınaraq hazırlanmış, ən yeni informasiyakommunikasiya texnologiyaları tətbiq olunmuşdur. Bu günədək muxtar respublikanın ümumtəhsil məktəblərinə 2781 kompyuter verilmişdir. Bu kompyuterlərin 2190-ı və ya 79 faizi internetə qoşulmuşdur. Bundan başqa, 220 məktəbdən 200-ü elektron lövhələrlə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri çıxışında daha sonra demişdir: "Hər bir ölkənin inkişafı onun enerji və ərzaq təhlükəsizliyi ilə sıx bağlıdır. Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr muxtar respublikada da özünü göstərməkdədir. Hazırda muxtar respublikada əhalinin 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla 242 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Bunlar kənd təsərrüfatının texniki təminatı ilə bağlıdır. 2005-ci ildən ötən müddətdə 540 yeni texnika, 21 min tondan çox mineral gübrə gətirilərək torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir.

Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi də xüsusi diqqət yetirilən sahələrdəndir. Vaxt var idi ki, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi sutka ərzində 10-12 saat verilir, böyük fasilələr yaranırdı, qonşu ölkələrdən enerji alırdıq. Sizin himayənizlə 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qaz kəmərinin çəkilməsindən sonra enerji təsərrüfatının gücləndirilməsi sahəsində təsirli tədbirlər görülmüş, modulqaz-turbin elektrik stansiyaları, Heydər Əliyev Su Anbarı üzərində elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bundan başqa, Biləv Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər imkan yaratmışdır ki, Naxçıvan Muxtar Respublikası özünü 4 dəfə elektrik enerjisi ilə təmin edə bilsin. Bu gün Naxçıvan Muxtar Respublikası elektrik enerjisi alan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir. Hazırda Türkiyə Respublikasına əvvəlki illərdə alınan elektrik enerjisinin əvəzinə gündə 16 meqavat elektrik enerjisi verilir".

Prezident İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində keçirilən görüşlərdə Naxçıvanın iqtisadiyyatının inkişafını əks etdirən bir sıra statistik göstəricilərə də toxunulmuşdur. Bildirilmişdir ki, bu ilin səkkiz ayında MR-də ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 772 milyon manatdan çox olmuşdur. Sənayedə sözügedən dövrdə 213 milyon manatdan çox məhsul istehsal edilmişdir. Cari ildə əkilən taxıl zəmilərinin sahəsi əvvəlki dövrlə müqayisədə 362 hektar artırılmışdır. Bu ilin səkkiz ayında muxtar respublika 125,5 milyon ABŞ dollarından çox xarici ticarət əməliyyatları aparmışdır.

Xatırladılmışdır ki, ölkə Prezidenti İlham Əliyev 2004-cü ildən indiyə kimi muxtar respublikada 8 dəfə səfərdə olmuş, 50-dən çox təhsil, səhiyyə, idman və mədəniyyət müəssisəsi, istehsal sahəsi, hərbi təyinatlı obyektin açılışını etmişdir. Bu isə dövlət başçısının uzun illər blokadada yaşayan qədim Azərbaycanın ayrılmaz parçası olan Naxçıvana diqqət və qayğısı kimi dəyərləndirilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 8 oktyabr.- S. 3.