İqtisadiyyat və ekologiya
(əvvəli
qəzetimizin 23 oktyabr
2010-cu il tarixli sayında)
Ekoloji
iqtisadiyyatın neft-qaz quyularının qazılmasında səmərəliliyini
müvafiq araşdırmalar müqabilində müəyyənləşdirmək
mümkündür. Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti quruda və dənizdə müxtəlif dərinliklərdə
neft-qaz quyuları qazır. Quruda Abşeron, Qobustan, Siyəzən,
Şirvan, Kürsəngi, Muradxanlı, Qalmaz, dənizdə isə,
Bayıl limanı, Qum adası, Neft daşları qazma idarələri
fəaliyyət göstərir. Orta hesabla hər qazma idarəsi
il ərzində 10-15 quyu qazaraq, minlərlə kubmetr ən
qiymətli dağ süxurlarını yer səthinə xaric
edir. Bu süxurları yer səthinə çıxarmaq
üçün xüsusi kimyəvi birləşmələrdən
istifadə edilir. Buna neft sənayesində gilli məhlul
deyilir. Gilli məhlul xüsusi çəkisinə, duru,
axıcı olmasına, su vermə qabiliyyətinə statik və
dinamik sürüşmə gərginliyinə və şirələmə,
yəni qabıq verməsinə görə seçilir. Gilli məhlulun
vəzifəsi quyu gövdəsini şirələmək,
qazılmış dağ süxurlarını özündə
asılı vəziyyətdə saxlamaqla yer səthinə
çıxarmaq, süxurdağıdıcı mexanizmi
soyutmaqdır. Gilli məhlul bu kimi spesifik xüsusiyyətlərə
malik olduğundan onun hazırlanması, istifadəsi,
saxlanılması, daşınması,
normallaşdırılması xüsusi iş rejimləri
çərçivəsində rəsmi nəzarət
altında yerinə yetirilir. Bu xassə və vəzifələr
rəsmi qeydiyyatda, nəzarətdə saxlanılmaqla müntəzəm
yoxlanılır.
Ekoloji-iqtisadi
xüsusiyyətlər nəzərə alınarsa bu məhlul
dəniz və quru şəraitində mühiti çirkləndirdikdə
ağır ekoloji təsir amilinə çevrilir. Dənizə
axıdıldıqda temperatur və təzyiq fərqinə
görə sürətlə reaksiyaya girərək neqativ
gücü ilə mühitə əsaslı təsir göstərir.
Quruda isə sonsuz müddətdə bitki və canlılar aləmini
məhv edir.
Xəzər dənizində qazma və neftçıxarma işləri zamanı dənizin dibi çöküntülər, suyu isə şlamla çirklənir. Dənizə çoxlu miqdarda davamlı və zəhərli birləşmələr axır. Sübut olunmuşdur ki, hər bir buruğun qazma tullantılarının həcmi təxminən 1000-1500 kub metr təşkil edir. Dənizə təkcə qazma şlamının atılması hesabına 22 min ton neft, həmçinin 10 min ton kimyəvi birləşmələr və 4,9 min ton potensial təhlükəli məhsullar - bioksidlər, aşınma ingibitoru, detergenlər, demulqatorlar, oksigen uducuları və sair daxil olur. Bu göstərici quyuların hamısı üzrə illik sement istehsalı bir milyon. ton olan zavodun istifadə etdiyi xammaldan dəfələrlə çoxdur. Aparılan tədqiqatlar göstərir ki, quyuların qazılmasında alınan dağ süxurları sement istehsalı üçün lazım olan süxurlarla təqribən eyni xassələrə və tərkibə malikdir.
Ekoloji-iqtisadiyyatın əsas hədəfi ətraf mühitin mühafizəsinin səmərəli yolu olan təkrar emal üsullarından istifadə etməklə tullantısız texnologiyaya nail olmaqdır. Qazmadan alınan lay qumu, gilli süxur tullantıları tikinti materialları üçün standartlara və texniki şərtlərə uyğundursa bundan beton doldurucu inşaat məhsulları, yol örtükləri hazırlanmasında istifadə olunmalıdır. Dağ süxurları zərərli reagentlərdən, neftdən lazımi normaya qədər təmizləndikdən sonra ondan tikintidə xammal mənbəyi kimi təkrar istifadə etmək olar. Bu yolla ətraf mühiti çirkləndirmədən təbii sərvətlərdən səmərəli istifadəyə keçmək olar.
Ekoloji-iqtisadi nailiyyətlərin həlli məsələsi sadə texniki-texnoloji və bioloji əsaslarla isbat edilməlidir. Bunun üçün informasiya mübadiləsi, qiymətləndirmə tullantının miqdarı, onun faydası, Yer kürəsində istehsal və tullantıların emalı haqqında informasiya, əməli təkliflər, təkrar emal üçün inkişaf etmiş texnologiyanın tətbiqi və s. şərt kimi qəbul edilməlidir. Bu amillər sərt qanunların nəzarətit altında olanda ekologiyanın iqtisadiyyatından danışmaq mümkündür.
Ekologiyanın iqtisadiyyatı məişət tullantıları, onun yaratdığı problemlərin aradan qaldırılmasını da aktuallaşdırmışdır. Məişət tullantıları kağız, plastmas, ərzaq artıqları, təsərrüfat zibili, şüşə, metal, üzvi materiallar və s. məhsullardır. Tullantılar problemi çağdaş dünyanın ən ciddi problemlərindən biridir. Dünya bütünlüklə daha çox istehsal etmək və tullantı əmələ gətirmək ideyası ilə çuğlanmışdır. Yer kürəsinin genişmiqyaslı zibillənməsi və tullantıların yaradılması böyük fəlakətlər törədir. Atmosferdə yaranan qazların yaratdığı zərərli-zəhərli dövranların əmələ gəlməsi və onun ətraf mühitə təsirinin nə ilə nəticələnə bilməsi haqqında düşünməyə dəyər. Zibili atarkən qiymətli xammalı havaya sovurmuş oluruq. Enerji almaq məqsədilə tullantıların yandırılması materialların mənasız israfının qarşısını nisbətən alır, amma həmin məhsul həmişəlik itirilir. Məişət tullantıları ucdantutma yandırılır, ayrılan zəhərli qazlar o mühitdə ən ağır xəstəliklərin yaranıb yayılmasına, hətta atmosferin filtiri olan ağacların kütləvi qurumasına səbəb olur. Yaşadığın mühiti nə qədər az çirkləndirsən, bir o qədər çox və rahat yaşayarsan.
Məişət tullantılarından səmərəli
istifadə etmək üçün informasiya texnologiyasının tətbiqinə
və onun əsasında idarə etməyə
başlamaq lazımdır. İnformasiya
texnologiyasının idarə edilməsi toplanmış statistik faktlar əsasında
yerinə yetirilir. Belə olduqda
ekologiyanın iqtisadi səmərəliliyi
nisbi bərpa olunar və
hər hansı ekoloji problemin
tarazlığı əldə oluna bilər.
Məişət tullantılarının səciyyəvi tərkibi
ümumi kütlədə nisbi
olaraq aşağıdakı parametrlər
üzrə xarakterizə edilir. Kağız və karton 32 faiz əskilər faiz, metallar 8 faiz, şüşə 20 faiz,
plastmas 7 faiz,üzvi materiallar 20 faiz, digərləri faiz. Əhalisinin sayı 2 milyon. artıq olan
şəhərdə hər
nəfərə düşən
tullantıların çəkisi
nəzərə alınarsa,
min tonlarla tullantıdan
məqsədyönlü istifadə
edilərsə nə qədər yeni-yeni iş yerləri açılmış olar.
Tullantıları faiz
miqdarına görə
araşdırdıqda mexaniki
emal ilə məşğul olan sahə yaxınlığında
150-yə qədər işçisi
olan zavodda ildə 2 min tona qədər metal ayırmaq
olar. Bunun da ekoloji-iqtisadi
dəyəri milyon.mantlarla
hesablanır. Üzvi materialların
təkrar emalı hesabına məişət
əşyalarından əlavə
olaraq yanacaq qazları alınır.
Bu enerji mənbəyi
ilə müəssisəni
- texnoloji iş rejimlərini təmin etmək, hətta həmin yanacağı ixrac etmək mümkündür.
Tullantılardan müasir texnika-texnologiya əsasında səmərəli
istifadə edilsə ekoloji-iqtisadi göstəricilər
üzrə 6 dəfə
artıq iqtisadi fayda əldə etmək mümkündür. Bakıda üzvi
tullantıların illik
miqdarı 3 milyon.
tona yaxındır.
Bu, əsasən ağac emalı, şərab və pivə istehsalı, dəri emalı müəssisələri, ət
kombinatları, müxtəlif
çeşidli tez xarab olan ərzaq
məhsulları və
s. ibarətdir. Bunların
yalnız az
bir hissəsi, bəzi hallarda 5-6 faizi təkrar emal edilir, qalanı
isə müntəzəm
olaraq açıq havada yandırılır,
atmosferin çirklənməsinə
və müxtəlif xəstəliklərə zəmin
yaradır. Bu üzvi tullantıların
bəzi komponentlərini
emal etməklə yüksək keyfiyyətli
gübrələr almaq,
ətraf mühitin ekoloji çirklənməsini
azaltmaq mümkün olar.
Təbii resurslardan səmərəli
istifadə etmək yolu ətraf mühitin yaxşılaşdırılması,
tullantısız istehsalın
yaradılması və
onun inkişaf etdirilməsi gələcək
nəslin varlığı,
müasir dövrün
vətəndaşlıq borcudur. Tullantısız istehsal texnologiysına keçid ardıcıl aparılmalıdır. Burada ilk və
təkrar xammal resursları ekoloji-iqtisadi tarazlığı pozmadan,
bütün enerji növlərinin alternativliyindən
səmərəli istifadə
olunmaqla idarə edilməlidir.
Ekoloji-iqtisadiyyat, tullantısız istehsal
uzunmüddətli nisbi
proses olub, qarşılıqlı qidalanan,
tədricən inkişaf
edən, texnoloji, iqtisadi, təşkilati, psixoloji və bazar iqtisadiyyatı tələblərinə davam
gətirən göstəricilər
sistemidir.
Bazar iqtisadiyyatı
şəraitində tullantısız
texnologiyanı yaratmaq
üçün xammal
mənbələrinin statistik
hesablamalarına əsaslanan
informasiya idarəetmə
rejiminə malik olmaqla, müxtəlif variantlarda iqtisadi-ekoloji dəyərlər əyani
isbat edilməlidir. Dünyanın inkişaf etmiş dövlətləri bu qaydada işləyir və öz iqtisadiyyatını modelləşdirilmiş
informasiya idarəetmə
proqramları ilə inkişaf etdirir. Modelləşdirmə bütün sahələrdə
yalnız informasiya cədvəlindəki göstəriciləri
təkmilləşdirməklə yerinə yetirilir. Bu, birinci mərhələnin
əsas göstəriciləridir.
İkinci növbədə isə prinsipcə yeni texnoloji proseslərə, cihazlara, avadanlıqlara əsaslanılmalıdır.
Ekoloji-iqtisadiyyat bütün sənaye və kənd təsərrüfatı istehsalının
ekoloji strategiyası hesab olunur. Onun əsas
istiqamətləri tullantıların
utilləşdirilməsi, xammal
və materiallardan kompleks istifadə edilməsi, dövrü istehsalın təşkili,
çirkabların atılması,
zərərli qarışıqların
atmosferə buraxılmamasıdır.
İstehsal tullantılarından
xammal, yarımfabrikat,
yanacaq və s. kimi istifadə edilməsi utilizasiya adlanır. Ekoloji tarazlığın yaradılmasında utilizasiya
zavodlarının iqtisadi
əhəmiyyəti xammal
mənbələrinə görə
yüksək göstəriciyə
malik olmasıdır.
Neftçalada yerləşən yod-brom zavodunun istismar obyekti həmin neft-qaz yatağındakı neftli
layların tərkibli
sularıdır. Həmin
sularda neftdən ayrılan lay suyunun tərkibində yodun miqdarı litrdə 60-70 mq-a çatır.
Bir qrup mühəndis şəhər
zavodlarının tullantılarından
66 növünü böyük
bir qabda qarışdıraraq müəyyən
vaxt saxlamışlar. Nəticədə, tullantılar tam zərərsizləşdirilmiş,
bərk, qaz və maye şəkilli
müxtəlif xammal növləri alınmışdır.
Məişət sularından gübrə
kimi istifadə edilməsində Çin xalqı bir neçə əsrlik təcrübəyə malikdir.
Almaniyada
buna XIX əsrdən başlanmışdır. Burada kanalizasiya şəbəkəsinə
xüsusi meliorasiya qurğuları qoşulur və maye yüksək
təzyiq altında əkin sahələrinə
verilir.
Çirklənmiş məişət
sularından yenidən
istifadə edilsə
5-6 qat səmərə
əldə edilər:
xarci dövlətlərdən
alınan təmizləmə
qurğularının tikintisinə
xərc azalar, əkin sahələri əlavə su alar, gübrəsiz məhsuldarlıq artar, çay və dənizlərin sanitar vəziyyəti yaxşılaşar.
Bunun üçün çirkli
suların müxtəlif
xəstəliklərdən, bakteriyalardan təmizlənməsi
tələb olunur.
Bu isə o qədər
də böyük
problem deyil.
XIX əsrin əvvəllərində
ultrabənbövşəyi şüaların dalğa
uzunluqları öyrənildikdə
onun nə kimi təsir gücünə qadir olması müəyyənləşdirilmişdir. Uzun dalğalardan
dəri xəstəlklərinin
sağaldılmasında istifadə
olunmağa başlanmışdır.
Suyun tərkibində xlora davamlı olan sporlar, viruslar və helmit yumurtaları var ki, onlar yüksək
temperaturda belə tələf olmur. Qısa ultrabənbövşəyi şüalar
axar su cərəyanına
buraxdıqda 1-2 dəqiqə
müddətində mikroorqanizmlərin
patogen formaları tələf olur. Bakterisid şüalar suyun təbii tərkibini və onun orqanoleptik
xassələrini dəyişən
geniş abotik təsirə malikdir.
Xlora davamlı bütün mikrobları qısa dalğalı ultrabənövşəyi
şüalar öldürür.
Axar suya buraxılan ultrabənövşəyi şüalar
mikrobları məhv edir.
Təbiətdən istifadə problemlərinin
həllinə proqramlı,
məqsədli yanaşma
regionun ilkin vəziyyətini, problemlərin
aşkar edilməsini və baş məqsədin formalaşmasını
tələb edir. Bu zaman təbii şəraitin yaxşılaşdırılması,
qorunub saxlanılmasına
dair ekspertiza aparılması lazım gəlir. Çoxkomponentli məsələlərin modelləşdirilməsinin əsasını
təkan (impulsiv) proseslər təşkil edir. Ekoloji-iqtisadi inkişafın proqnozlaşdırılması
da çoxkomponentli məsələdir. Hesab edilir
ki, belə məsələlərin təhlilini
qrafiklər, tərtib
olunmuş statistik cədvəllər, təcrübələr
əsasında həll
etmək iqtisadi cəhətdən asandır.
Bu isə müxtəlif
variantlı riyazi aparatlardan istifadə etmədən mümkün
deyildir. Müəyyənləşdirilmiş nomaqrammalar əsasında
hazırlanmış modellər
daha dəqiq nəticələr verir.
Kompleks proqnozda qarşıya qoyulmuş məqsədlərin,
təbii ehtiyatların,
ekoloji-iqtisadi proseslərin,
inkişaf meyillərinin
və elmi-texniki tərəqqinin diqtə etdiyi imkanların bir-birinə uyğunlaşması
isə genetik və normativ üsulların tətbiqi ilə mümkündür.
Qabil HƏSƏNOV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin dosenti
Xalq qəzeti.- 2010.- 27 oktyabr.- S. 5.