Nüfuzlu "The Times" qəzeti Azərbaycan şirkətinin
uğurlarından yazır
Son illər Azərbaycan
Respublikası dünyanın iqtisadi cəhətdən ən
dinamik və sürətli inkişaf edən dövlətinə
çevrilmişdir. Keçid iqtisadiyyatı
dövrünü uğurla başa çatdıran ölkəmiz
indi iqtisadi inkişafın yeni mərhələsini
yaşayır. Artıq Azərbaycan iqtisadiyyatı rəqabət
qabiliyyətliliyinə görə inkişaf etmiş
iqtisadiyyat hesab olunur. Elə Dünya İqtisadi Forumunun son
hesabatında Azərbaycan iqtisadiyyatının rəqabət
qabiliyyətliliyinə görə MDB məkanında birinci
yerdə göstərilməsi də bunu təsdiqləyir. Qeyd
etmək lazımdır ki, son illər uğurlu neft
strategiyasından əldə olunmuş gəlirlərin
iqtisadiyyatın digər sahələrinə yönəldilməsi
ölkəmizdə qeyri-neft sektorunun inkişafının
sürətlənməsinə səbəb olmuşdur.
Artıq
dünyanın nüfuzlu maliyyə qurumları da Azərbaycan
iqtisadiyyatında müşahidə olunan inkişaf meyillərini
bəyənir, təqdir edirlər. Bu barədə
dünyanın tanınmış mətbuat orqanlarında da
vaxtaşırı məqalələr dərc olunur.
Böyük Britaniyanın dünya şöhrətli nəşri
olan "The Times" qəzetinin 21 oktyabr 2010-cu il tarixli
sayında Azərbaycan üzrə xüsusi hesabatın dərc
olunması bu baxımdan diqqəti cəlb edir. Xatırladaq ki,
adı çəkilən qəzetin sifarişi əsasında
"Upper Reach" media agentliyi tərəfindən hazırlanmış
hesabatda Azərbaycanın beynəlxalq əlaqələri,
iqtisadiyyatı, mədəniyyət və turizm sahələrinin
inkişafından bəhs edən yazılar dərc
olunmuşdur.
Hesabatda
Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əlaqələrin
dinamik şəkildə inkişaf etməsi xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, hazırda Böyük Britaniyanın 100-dən
artıq şirkəti Azərbaycan iqtisadiyyatının
müxtəlif sahələrində fəaliyyət göstərir
ki, bu da ölkədə xarici sərmayədarlar
üçün yaradılmış münbit şəraitin
nəticəsidir. Bununla yanaşı, adı çəkilən
hesabatda son onillikdə Azərbaycan iqtisadiyyatının
müxtəlif sahələrinə 25 milyard ABŞ dolları məbləğində
xarici sərmayənin yönəldilməsi ölkəmizdə
yaradılmış əlverişli işgüzar mühitin nəticəsi
kimi dəyərləndirilmişdir.
Nüfuzlu
"The Times" qəzeti qlobal iqtisadi böhranın təsirlərinə
baxmayaraq, Azərbaycan iqtisadiyyatının ötən ilin
iqtisadi göstəricilərinə əsasən, ümumi
daxili məhsulun artım sürətinə görə
dünyada öncül yerlərdən birini tutduğu
vurğulamaqla yanaşı, biznes mühitinin
yaxşılaşdırılması sahəsində
görülən tədbirlər nəticəsində ölkəmizin
2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun qlobal rəqabət
hesabatında 18 pillə irəliləməsi də xüsusi
olaraq qeyd edilmişdir.
Böyük
Britaniya qəzetinin dərc etdiyi hesabatda, həmçinin Azərbaycan
iqtisadiyyatında enerji sektorunun aparıcı yer tutmasına
baxmayaraq, hazırda qeyri-neft sektorunun inkişafının, bu məqsədlə
turizm, kənd təsərrüfatı, informasiya
texnologiyaları, bank-maliyyə sektorunun inkişafının əsas
prioritet olduğu bildirilir və adı çəkilən sahələrdə
geniş potensialın mövcudluğu vurğulanır. Bundan əlavə,
qəzet iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək
məqsədilə ölkəmizdə təsis edilmiş Azərbaycan
İnvestisiya Şirkəti və "Azpromo" kimi
qurumların fəaliyyətinə də toxunmuşdur.
Xüsusi
hesabatda Azərbaycanın geniş turizm potensialına malik
olmasından, son illər ölkəmizə xarici turist
axınının artmasından, eləcə də turizmin
inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən
də bəhs olunur. Mədəniyyətlərarası dialoqun
genişləndirilməsi istiqamətində "Bakı
prosesi"ndən bəhs edən qəzet, həmçinin,
müxtəlif sivilizasiyaların qovşağında yerləşən
Azərbaycanın mədəniyyətlərarası dialoq
prosesində özünəməxsus rol
oynadığını diqqətə çatdırır.
"The
Times" qəzetinin hesabatında ölkə
iqtisadiyyatının tikinti, telekommunikasiya, otelçilik kimi
sahələrində fəaliyyət göstərən
tanınmış yerli şirkətlərlə bağlı
yazılar da öz əksini tapmışdır. Qəzet
"Öz sahəsində pioner olan şəxs
inkişafın sürətini müəyyənləşdirir"
başlıqlı məqalədə azərbaycanlı iş
adamı Azay Möhnətovun rəhbərlik etdiyi "AF
Holdinq" şirkətinin uğurlarından söhbət
açır. Qeyd olunur ki, Azərbaycan dövlət müstəqilliyini
qazandıqdan sonra "AF Holdinq" əvvəlcə
başladığı ticarət sahəsindən artıq
istehsala, inşaata və turizm sahələrində fəal
iştiraka keçmişdir. A.Möhnətovun prezidenti
olduğu "AF Holdinq"in Azərbaycanın iqtisadi
inkişafına mühüm töhfələr verdiyi diqqətə
çatdırılan "The Times" qəzetində öz fəaliyyətində
daha çox inşaat və turizm layihələrinə
üstünlük verən şirkətin ölkəyə
yüksək inşaat texnologiyalarının gətirilməsindəki
rolundan bəhs olunur. Bundan əlavə, qəzetdə azərbaycanlı
iş adamının öz ölkəsini xaricdə
tanıtmaqla bağlı gördüyü digər işlərdən
də söhbət açılır, "AF Holdinq"in
dünya iqtisadi böhranı şəraitində həyata
keçirdiyi layihələr təqdir olunur. İngiltərənin
populyar agentliyinə müsahibə verən "AF Holdinq"
şirkətinin prezidenti A.Möhnətov qeyd edir ki, ölkəmizin
iqtisadiyyatının əsasını neft sektoru təşkil
etsə də, son illər qeyri-neft sektorunun, xüsusən
inşaat, bank və daşınmaz əmlak sahələrində
ikiqat artım əldə olunmuşdur. Bu yaxınlarda "AF
Holdinq" şirkətinin yeni layihəsi ilə
Bakının mərkəzində ümumi sahəsi 250 min
kvadratmetr təşkil edən iki otel və üç ofis
binasının inşasına başlanılmışdır.
Yeri
gəlmişkən, paytaxtın inşaat sferasına 13 il əvvəl
"Uğur-97" firması adı ilə daxil olmuş
"AF Holdinq" şirkəti ötən illər ərzində
hündür mərtəbəli yaşayış
binalarının, istirahət-əyləncə obyektlərinin,
eləcə də müasir ticarət mərkəzlərinin
tikintisi sahəsində böyük uğura imza
atmışdır. Hazırda ölkəmizin qeyri-neft sektorunun
inkişafına mühüm töhfələr verməyi
qarşısına məqsəd qoymuş "AF Holdinq" bu
ildən yeni bir layihənin reallaşdırılmasına
başlayıb. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi
ilə həyata keçirilən 23 milyon dollarlıq layihə
hesabına Azərbaycanda ilk plastik zavodun birinci növbəsi
artıq istehsala başlamışdır.
"Afsan" plastik
zavodunda hazırda 100 adda məhsul istehsal olunur. Həmin
mallara bağ təsərrüfatlarında, turizm
obyektlərində, otellərdə,
parklarda geniş istifadə olunan plastik stol
və stullar, müxtəlif məişət
qabları və s. məmulatlar daxildir. Onu da qeyd
etmək lazımdır
ki, plastikdən hazırlanan bu malların Azərbaycanda
ilk kütləvi istehsalına
məhz "Afsan"
zavodunda başlanmışdır.
İndiyədək daxili
bazarın plastikdən
hazırlanan bu cür mallara olan tələbatı, əsasən, idxal hesabına həyata keçirilirdi.
İnşaat sektorunda mühüm
uğurlara imza atan firma bu sahədə
daha çox istifadə olunan, daha artıq tələbat duyulan malların da istehsalını təşkil
etməyi qarşısına
məqsəd qoymuşdur.
Elə yenicə istifadəyə verilmiş
"Afsan" plastik zavodunda istehsalın 30 faizini məhz inşaat sektoruna aid mallar təşkil edəcək. Hazırda zavodda bu məqsədlə
müxtəlif diametrli
plastik boruların istehsalına başlanılıb.
Artıq müəssisədə
100-dən çox adam
işlə təmin edilib. Təsadüfi deyil ki, nüfuzlu
"The Times" qəzetində də "AF Holdinq" şirkətinin layihəsi
olan "Afsan" zavodundan bəhs edilir, Qafqazda analoqu olmayan bu müəssisənin istehsal etdiyi malların yaxın vaxtlarda xarici ölkələrə ixrac
ediləcəyi bildirilir.
Mirbağır Yaqubzadə
Xalq qəzeti.- 2010.- 27 oktyabr.- S. 5.