"Dağlıq
Qarabağ: həqiqətlər, yalanlar..." sənədli filminin
təqdimat mərasimi keçirilmişdir
Avqustun 31-də Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzində Milli Məclisin
deputatı Həvva Məmmədovanın müəllifliyi ilə
çəkilmiş "Dağlıq Qarabağ: həqiqətlər,
yalanlar..." sənədli filminin təqdimat mərasimi
keçirilmişdir.
Bu
ekran əsərinin çəkilməsində məqsəd
ermənilərin xalqımıza qarşı zaman-zaman həyata
keçirdiyi soyqırım siyasətini və Azərbaycanın
haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır.
Filmdə xain qonşularımızın uzun illər boyu azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırımı siyasətinin
tarixi xronologiyası təqdim edilmiş, eyni zamanda, erməni
vandalizminin son mərhələsi olan Dağlıq
Qarabağın işğalı zamanı törədilən
vəhşiliklər barədə məlumat verilmişdir.
Sənədli
filmdə ilk dəfə olaraq ABŞ, Türkiyə, Rusiya,
Gürcüstan, Qazaxıstan, Fransa və digər ölkələrin
tarixçiləri, alimləri, ekspertləri Dağlıq
Qarabağ və Azərbaycan ilə bağlı öz fikirlərini
səsləndirmişlər: "Dünya ictimaiyyəti bilməlidir
ki, erməni sindromu mövcuddur və ona qarşı ciddi
mübarizə aparılmalıdır".
H.Məmmədova
filmin ingilis dilinə tərcümə edildiyini və digər
dillərə də tərcümə olunacağını
demişdir.
Mərasimdə
iştirak edən Milli Məclisin deputatları, siyasət və
elm xadimləri bildirmişlər ki, ermənilərin zaman-zaman
azərbaycanlılara qarşı törətdikləri terror
aktlarından bəhs edən film Ermənistanın
işğalçılıq siyasətinin mahiyyəti, o
cümlədən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə
tarixi həqiqətlərin dünya ictimaiyyətinə, gənc
nəslə çatdırılması baxımından əhəmiyyətli
hadisədir.
Vurğulanmışdır
ki, erməni vəhşiliklərindən bəhs edən filmlərin
və kitabların sayının çoxluğu Ermənistanla
informasiya müharibəsində qalib gəlməyimizə
kömək edir.
Təqdimat
mərasimində təklif olunmuşdur ki, "Dağlıq
Qarabağ: həqiqətlər, yalanlar..." sənədli
filmi Azərbaycanın xarici ölkələrdəki səfirlikləri
vasitəsilə Azərbaycan diasporuna
çatdırılsın: "50 milyon azərbaycanlı bu
filmi görməli, onu digər insanlar arasında
yaymalıdır".
Xalq qəzeti.- 2010.- 1 sentyabr.- S. 6.