Seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslarda
seçkilərin keçirilməsi, səslərin
hesablanması və nəticələrin rəsmiləşdirilməsi
işində məntəqə seçki
komissiyalarının vəzifələri geniş
müzakirə olunmuşdur
Mərkəzi Seçki
Komissiyasının (MSK) Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" sərəncamının
icrası ilə əlaqədar regionlarda
başladığı seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar sentyabrın 2-də
öz işini davam etdirmişdir.
Kurslar
dairə seçki komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün nəzərdə tutulmuşdur.
Kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri "Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçki prosesində seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu", "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" və s. mövzularda mühazirələr oxunmuş, mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Bakının Səbail, Nəsimi, Nizami, Yasamal, Xətai, Suraxanı, Xəzər, Sabunçu, Binəqədi, Qaradağ və Abşeron rayonlarının dairə seçki komissiyalarında təşkil olunmuş kurslarda MSK-nın üzvləri və məsul işçiləri mühazirələr oxumuş, seminarlar keçirmişlər.
Respublikanın şəhər və rayonlarında da kurslar uğurla davam etdirilmişdir.
109 saylı Balakən seçki dairəsində kurslarda dairənin tərkibinə daxil olan 34 seçki məntəqəsinin, habelə 111 saylı Zaqatala-Balakən seçki dairəsinin Balakən rayonu ərazisində yerləşən 13 seçki məntəqəsinin sədrləri, dairə seçki komissiyasının üzvləri iştirak etmişlər. Kurslarda MSK-nın, rayon icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları və polis şöbəsinin məsul nümayəndələri məruzə ilə çıxış etmişlər.
110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrində də ixtisaslaşdırılmış kurslar MSK-nın tədris proqramına uyğun davam etdirilmişdir. Kurslarda hər iki dairə üzrə ümumilikdə 83 nəfər məntəqə sədri və 17 nəfər dairə seçki komissiyası üzvü iştirak etmişdir.
Kursların ikinci günü dinləyicilərə "Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçki prosesində seçici siyahılarının təkmilləşdirilməsi" və digər mövzularda məruzələr təqdim edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
117 saylı Oğuz-Qəbələ seçki dairəsində keçirilən kurslara Oğuz rayonundan 36, Qəbələ rayonundan isə 21 nəfər məntəqə seçki komissiyasının sədri, habelə dairə seçki komissiyasının 8 nəfər üzvü qatılmışdır. Tədris prosesində MSK Katibliyinin məsul işçisi, rayon icra strukturlarının məsul nümayəndələri iştirak etmişlər.
106 saylı Tovuz-Qazax-Ağstafa, eləcə də 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairələrində də kurslarda xüsusi fəallıq müşahidə olunmuşdur. Kurslarda Mərkəzi Seçki Komissiyasının nümayəndələri, yerli icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanlarının məsul işçiləri çıxış etmişlər.
Kurslar çərçivəsində təşkil olunmuş seminarda cari ilin noyabrında keçiriləcək parlament seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılmış, dinləyicilər seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün təlimatlandırılmışlar.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında MSK-nın təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar respublikamızın iri şəhərlərindən olan Gəncədəki 4 dairə üzrə yüksək səviyyədə təşkil edilmişdir.
Gəncənin 37 saylı Nizami birinci və 38 saylı Nizami ikinci, habelə 39 saylı Kəpəz birinci və Kəpəz ikinci seçki dairələrində təşkil olunmuş kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyaları sədrləri iştirak etmişlər. Şəhər icra hakimiyyətinin səlahiyyətli şəxsləri, şəhər prokurorluğunun əməkdaşları, məhkəmə hakimləri, həmçinin polis idarəsinin səlahiyyətli nümayəndələri müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.
Kurslarda əsasən seçki siyahıları ilə işin aparılması, seçki hüququ və onun təminatının əsasları, seçkilərə hazırlıq, seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət növləri və s. mövzularda məruzələr dinlənildikdən sonra müzakirələr aparılmışdır. Müzakirələr zamanı iştirakçıların suallarına da aydınlıq gətirilmişdir. Məntəqələrin sədrləri çıxış edərək seçkilərə hazırlığın vəziyyəti ilə bağlı məlumat vermişlər.
48 saylı Yevlax şəhər dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kurslarda Yevlax rayonundan 31, işğal olunmuş rayonlardan 8 məntəqə seçki komissiyalarının sədrləri və DSK üzvləri iştirak etmişlər.
49 saylı Yevlax-Mingəçevir seçki dairəsində təşkil olunmuş kurslarda dairə seçki komissiyasının 9 üzvü və bu dairədəki 38 məntəqə seçki komissiyasının sədrləri iştirak etmişlər. Dinləyicilər seçki hüququ və onun təminatı, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət mövzularında məruzələr dinləmişlər.
Sumqayıt şəhərindəki seçki dairələrində də kurslar mütəşəkkil qaydada təşkil olunmuşdur. Dairə seçki komissiyalarının üzvləri, katibləri, məntəqə seçki komissiyalarının sədrlərinin iştirak etdiyi kurslarda MSK-nın, şəhər icra hakimiyyətinin nümayəndələri, polis idarəsinin məsul işçiləri, prokurorluğun əməkdaşları, məhkəmələrin hakimləri məruzələrlə çıxış etmişlər.
41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, eləcə də 44 saylı Sumqayıt-Abşeron və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairələrində təşkil olunmuş kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri maraqlı məruzələr dinləmişlər. Qeyd edək ki, bu seçki dairələrində müvafiq olaraq 39, 36, 33, 16 və 8 məntəqə vardır.
Kurslarda bildirilmişdir ki, bu cür tədbirlərin keçirilməsi komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərini artırır, seçkilərin demokratik və şəffaf təşkilində, qanunvericilik bazasını mənimsəməkdə, xarici müşahidəçilərlə qanunda nəzərdə tutulmuş qaydada rəftar etməkdə yardım göstərir.
İxtisaslaşdırılmış kurslar respublikanın şimal bölgəsində də uğurla davam etdirilir.
50 saylı Qobustan-Xızı-Quba, 51 saylı Qusar, 52 saylı Quba, habelə 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən və 55 saylı Xaçmaz şəhər seçki dairələrində dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunmuş ixtisaslaşdırılmış kurslarda yerli icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanlarının məsul işçiləri çıxış etmişlər. Dövlətimizin başçısının müvafiq sərəncamından irəli gələn vəzifələr bir daha dinləyicilərin diqqətinə çatdırılmış, seçkilərə hazırlığın cari vəziyyəti təhlil olunmuş, məruzələr dinlənilmişdir.
88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələrində 72 seçki məntəqəsi sədrinin və DSK üzvlərinin iştirakı ilə keçirilən seminarda seçici siyahılarının tərtibi, seçkiqabağı təşviqatın aparılmasında yerli icra hakimiyyəti və bələdiyyə qurumlarının öz səlahiyyətləri daxilində üzərinə düşən vəzifələr, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, eləcə də asayişin qorunmasında hüquq-mühafizə orqanlarının rolu barədə müzakirələr aparılmışdır.
116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının üzvləri və rayondakı 49 məntəqə seçki komissiyasının sədrləri üçün keçirilən kurslarda Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
47 saylı Mingəçevir və 90 saylı Ağdaş seçki dairələrində keçirilən kurslarda Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları və onun təminatının qanunvericilik əsasları barədə məlumat verilmiş, suallar cavablandırılmışdır.
Dövlətimizin başçısının müvafiq sərəncamı ilə əlaqədar MSK-nın cənub bölgəsində keçirdiyi ixtisaslaşdırılmış kursların ikinci günü seçki hüququ üzrə müxtəlif məsələlər müzakirə edilmişdir.
73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, seçkiqabağı təşviqatın aparılması və s. mövzularda çıxışlar olmuşdur.
67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda da dinləyicilərə seçki qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi qaydaları barədə ətraflı məlumatlar verilmişdir.
Sonda DSK-nın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə seminarlar keçirilmişdir.
Seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslar
sentyabrın 3-də davam edəcəkdir.
Xalq qəzeti.- 2010.- 3 sentyabr.- S. 4.