Müəllimlərin
sosial vəziyyətinin
yaxşılaşdırılması diqqət mərkəzindədir
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 6 sentyabr 2010-cu il tarixdə
imzaladığı "Təhsil müəssisələrində
çalışan işçilərin əmək
haqlarının artırılması haqqında" sərəncamı
ölkənin təhsil işçiləri tərəfindən
böyük minnətdarlıq hissi ilə
qarşılanmışdır.
Son
illər Azərbaycanda təhsilə qayğı ildən-ilə
artmaqdadır. Bunu təhsilin bütün sferalarında
aparılan davamlı islahatlar bir daha təsdiq edir.
Bu
yaxınlarda keçirilən Azərbaycan təhsil
işçilərinin respublika konfransında ötən il
qazanılmış uğurlar haqqında hesabat verilməsi ilə
yanaşı, qarşıda duran vəzifələr də
müəyyənləşdirildi. Bakıdakı
"Gülüstan" sarayında keçirilən həmin
konfransda təhsil naziri Misir Mərdanov geniş və əhatəli
məruzə ilə çıxış etdi. Nazir ötən
tədris ilində qazanılmış nailiyyətlərdən
danışdı. Konfransda qeyd olundu ki, bu il 49 yeni inşa
edilmiş məktəb binası istifadəyə veriləcəkdir.
Məktəblərimizin əksəriyyəti yeni
avadanlıqlarla təchiz olunub. Eyni zamanda, 66 məktəbin
kitabxanası da zəruri avadanlıqlar əldə etmişdir.
Əlbəttə,
ölkə Prezidenti İlham Əliyevin təhsilə
qayğısı nəticəsində ümumtəhsil məktəblərində
informasiya texnologiyaları daha sürətlə tətbiq
olunmağa başlamışdır. Yeni elektron dərsliklərin
yaradılması, məktəblərin internetə
qoşulmasının sürətləndirilməsi istiqamətində
həyata keçirilən məqsədyönlü tədbirlər
də öz nəticəsini vermişdir.
Elə,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
konfransında da təhsildə baş vermiş yeniliklərdən
ətraflı bəhs olundu. Məktəblərimiz, doğrudan
da, son illər yeniləşməkdədir, təhsilin məzmunu
yeniləşmiş, keyfiyyəti əsaslı şəkildə
dəyişmişdir. Bakı şəhər məktəblərinin
əsaslı şəkildə yenidən qurulmasında
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyevanın xüsusi xidmətləri
olmuşdur.
Biz
244 saylı məktəbə göstərilən
qayğıdan bunu aydın hiss edirik.
Bizim
məktəb yeni dərs ilinə demək olar ki, tam şəkildə
hazırdır. Məktəbimizi daxili imkanlar hesabına cari təmir
etmişik. Burada müasir təhsilin təşkili
üçün hər cür şərait
yaradılmışdır. Belə ki, kifayət qədər
savadlı, bilikli müəllim kontingentimiz var və 2008 -
2009-cu tədris ilində müsabiqədə onlardan
üçü "İlin ən yaxşı müəllimi"
fəxri adına layiq görülmüşdür. Bu, bizim
üçün çox şərəfli bir mükafat idi.
Üstəlik, məktəbimiz də "İlin ən
yaxşı ümumtəhsil məktəbi"
nominasiyasından qalib olmuşdur. Biz istəyirik ki, bu estafeti
axıra kimi davam etdirək. Bunun üçün ötən
tədris ilində də kollektivimiz böyük səylə
çalışmışdır. Nəticə də
uğurludur. Sadəcə, bir faktı diqqətə
çatdırmaq istəyirəm. Ötən dərs ilində
məktəbimizin məzunlarından 118 nəfər şagird
ali məktəblərə imtahan vermişdir. Onlardan 82 nəfəri
ölkəmizin müxtəlif ali məktəblərinə qəbul
olunmuşdur. 8 şagirdimiz 600-dən yuxarı bal
toplamşdır. Binəqədi Rayon İcra Hakimiyyətində
600-dən yuxarı bal toplayan uşaqlar xüsusi
mükafatlarla təltif olunacaqlar, onların içərisində
bizim məktəbin 8 şagirdi də var.
Bundan
başqa 20 məzunumuz isə 500-600 arası bal toplaya
bilmişlər. Bunlar çox sevindirici faktlardır.
Bütün bunlar bizim "Ən yaxşı məktəb"
ənənəmizə sədaqət rəmzidir.
Məktəbimiz
müasir tipli tədris ocağıdır. Burada demək olar
ki, təhsilin təşkili üçün bütün
imkanlar vardır.
Azərbaycan
Respublikası Prezidentinin ümumtəhsil məktəblərinin
informasiya texnologiyaları ilə təminatı üzrə təsdiq
etdiyi Dövlət Proqramı ölkədə sürətlə
həyata keçirilir. Bu gün Bakı şəhərində
hər 29 uşağa bir kompyuter nisbəti həll
olunmuşdur. Hazırda bu istiqamətdə çox uğurlu
layihələr həyata keçirilir.
Bizim
məktəb də kompyuterlərlə təmin olunan ilkin təhsil
ocaqlarındandır. Hazırda məktəbimizdə 3 kompyuter
otağı bütün lazımi avadanlıqları ilə
şagirdlərin istifadəsinə verilmişdir. Amma hələ
bu sahədə görüləsi işlər çoxdur.
İnternetə tam qoşulmamaq hələ də problemlər
yaradır.
Şagirdlərimizə
informasiya texnologiyalarını tədris edən müəllim
kadrlarımız da kifayət qədərdir və gələcəkdə
yəqin ki, onların sayı artırılacaq.
Bu
gün hər bir məktəb yeni dərs ili
qarşısında öz-özünə hesabat verməlidir.
Dövlət başçımız cənab İlham Əliyev
təhsil işçilərinin əməkhaqlarının
artırılması barədə imzaladığı sərəncam
hər bir təhsil işçisinin məsuliyyətini
artırmalıdır. Görün, yeni təhsil ilində nə
qədər müəllimin sosial vəziyyəti qismən
yaxşılaşacaq. Son illər mütəmadi olaraq müəllimlərin
əməkhaqqı artırılır və yəqin ki, bu da
son hədd olmayacaq. Bizim kollektivdə isə 183 müəllim
çalışır. Onların hər biri öz məsuliyyətlərini
yaxşı başa düşür. Onların cənab
Prezidentimizə minnətdarlıqılarını bldirir və
bu qayğıya təhsildə qazandıqları uğurlarla
cavab verəcəklərini deyirlər.
Yəhya ABBASOV,
Bakıdakı 244 saylı məktəbin
direktoru,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2010.- 8 sentyabr.- S. 5.