Müəllim kadrları hazırlamaq məsuliyyətli və şərəfli işdir

 

"Təhsil millətin gələcəyidir"- İllər keçir, ulu öndərimiz Heydər Əliyevin bu müdrik kəlamı hər gün, hər saat, hər dəqiqə, həyatımızın bütün anlarında bizə gərəkli olur, məsuliyyətimizi artırır, gələcək fəaliyyətimizi istiqamətləndirir. Millətin gələcəyini təhsilin inkişafında görən ümummilli lider bu baxımdan daim müəllimə, müəllim əməyinə yüksək qiymət verirdi. On il əvvəl, 2000-ci il iyunun 13-də Azərbaycan Müəllimlər İnstitutunun və onun yerlərdə filiallarının yaradılması ilə əlaqədar ulu öndərin imzaladığı fərman bu qiymətin daha bir bariz nümunəsi idi.

 

Yaradılmış filiallardan biri Gəncə filialı idi. Təbii ki, ilk vaxtlar çətinliklərimiz çox olurdu. Əslində, filialın elə bir güclü maddi-texniki bazası yox idi. Doğrudur, filial Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun Gəncə şəhərindəki təsərrüfathesablı Məişət Kollecinin bazasında yaradılmışdı. Amma onlar müasir tələbatı ödəmirdi. Bir müddətdən sonra bizə şəhər rəhbərliyinin, əlaqədar təşkilatların köməyi ilə yeni tədris korpusları verildi. Ciddi təmir-tikinti, abadlıq işlərinə başladıq. Bilirdik ki, layiqli müəllim kadrları hazırlamaq üçün ilk növbədə güclü maddi-texniki baza lazımdır. Çox keçmədi ki, yüksək səviyyədə təmir olunmuş laboratoriyalar, auditoriyalar, fənn kabinetləri tələbələrin ixtiyarına verildi. Həyət-bacada səliqə-sahman yaratdıq, ağac, gül kolları əkdik. Fəvvarələr, abidələr, barelyeflər düzəltdik. Bütün bu işlər haqqında daha geniş danışmaq istəmirəm. Çünki məsuliyyətli bir işi bizim kollektivə həvalə ediblərsə, onun öhdəsindən nəyin bahasına olursa-olsun gəlməliyik.

Bizim başlıca vəzifəmiz layiqli müəllim kadrları hazırlamaqdan ibarətdir. Sevinirik ki, son vaxtlar müəllim peşəsinə maraq daha da artıb. Bir vaxtlar Dövlət Tələbə Qəbulu Komissiyasının keçirdiyi test imtahanlarından sonra xeyli boş yerlərimiz qalırdı. İndi elə deyil. Axın çoxdur. Hətta 400, 500 daha çox balla institutumuza qəbul olunan tələbələr var.

Bir faktı da qeyd etmək istəyirəm ki, professor Aqiyə xanım Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutuna rektor təyin edilən vaxtdan filiallarda, o cümlədən Gəncə filialında tədrisin keyfiyyəti, nizam-intizam xeyli yüksəlib, işə münasibət dəyişib, neqativ hallara qarşı mübarizə gücləndirilib. Yay qış imtahan sessiyalarının obyektiv şəraitdə keçirilməsi üçün ən müxtəlif təsirli tədbirlərdən istifadə edirik. Valideynlərin daxil olduğu xüsusi komissiya imtahan laborator sessiyaların gedişinə ciddi nəzarət edir. Burada yaradılmış "qaynar xətt" işlək mexanizmə çevrilib. "Açıq qapı" günlər, yerli televiziya kanalları ilə edilən müraciətlər öz müsbət səmərəsini verir. Yay qış imtahan sessiyaları nazirliyin əmrinə uyğun olaraq monitorinq yolu ilə həyata keçirilir. Onun gedişini baş institutun nümayəndələri müşayiət edir nəticələr birlikdə müzakirə olunur.

Biz əminik ki, mənimsəmə faizini formal şəkildə yüksəltməklə uzağa gedə bilmərik. Bu, gec-tez özünün tədrisin keyfiyyətində göstərəcək. Təkcə müəllimlərin mühazirələri, ədəbiyyat kifayət deyil. Əyaniliyə daha çox diqqət yetiririk. Tələbələr filialın korpuslarındakı monumental işlərlə hər gün qarşılaşırlar. Divarlara nəfis şəkildə həkk olunmuş hikmətli sözlər, "Dil xalqın sərvətidir", "Azərbaycanlıların soyqırımı" sair bu kimi monumental abidələr onların önündə keçirilən tədbirlər bu baxımdan mühüm rol oynayır. "Oxutmuram, əl çəkin" kompozisiyası istər-istəməz hamını düşünməyə vadar edir. Müxtəlif tarixi şəxslərin portretləri, deyimləri, dəyərli sözləri filialın görməli yerlərinə həkk olunmuşdur.

Filialımızda ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən stendlər xüsusi maraq doğurur. İnstitutun 750 yerlik akt zalı şəhərin ən böyük salonlarından biri sayılır. Burada tez-tez görkəmli şəxsiyyətlərin yubileyləri keçirilir, tanınmış yazıçı şairlərlə, elm adamları, idmançılarla görüşlər təşkil olunur.

...Yeni dərs ili başlanır. Belə bir vaxtda Gəncənin bu günü haqqında söhbət açmamaq mümkün deyil. Çünki Azərbaycanın az qala bütün şəhər rayonlarından olan tələbələrimiz üçün Gəncənin özü bir məktəbdir. Hər il olduğu kimi yenə sentyabrın son günləri şəhər özünün yaşını qeyd edəcək. Artıq beşinci ildir ki, "Şəhər günləri" keçirilir. Bu dəfə Gəncə özünün 2504 yaşını qeyd edəcək.

Qədim Nizami yurdunun büsatı ilə hər birimiz fəxr edirik. Şəhərin dünəni, bu günü haqqında söhbət açmaq bir qəzet yazısına sığışmaz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxından dəstəyi köməyi sayəsində tarixi abidələrə ikinci həyat verilmiş, irimiqyaslı tikinti-quruculuq abadlıq işləri aparılmışdır. "Ay-Ulduz", "Şir-Günəş", "Gəncə gerbi", "Gəncə darvazaları" sair tikilmiş, "Comərdi qəssab", "Cavadxan məqbərəsi" digər abidələr bərpa olunmuşdur. Heydər Əliyev meydanı indi tamamilə başqa görkəmdədir. Günün istənilən vaxtı bura şəhər sakinlərinin sevimli istirahət guşəsidir. Ən kütləvi tədbirlər burada keçirilir eyni vaxtda meydana on minlərlə adam toplaşır.

Şəhərdə çoxmərtəbəli yaşayış binaları, onlarca ticarət obyekti, mehmanxanalar tikilmiş, istirahət parkları, guşələri, yaşıllıq sahələri yaradılmış, çoxlu sayda nümunəvi məhəllələr, idman meydançaları salınmışdır. Parklarda, istirahət guşələrində obyektlərin bədii tərtibatı, vitrinlərin bütün küçələrin necə işıqlandırılması, yenidən qurulması sahəsində işlər aparılmışdır. Müasir tələblərə cavab verən "Beşulduzlu mehmanxana" şəhərə xüsusi gözəllik verir. Gəncəçayın sağ sol sahilləri əsl istirahət mərkəzinə çevrilmişdir. Hazırda "Xan bağı"nda böyük yenidənqurma işləri aparılır o, tezliklə Azərbaycanın ən gözəl parklarından birinə çevriləcəkdir.

Şəhərdə təhsilə diqqət qayğı durmadan artır. Gəncədə yeni məktəblərin tikilməsi, ali orta ixtisas məktəblərinin əsaslı şəkildə təmir olunması, nümunəvi məktəbəqədər tədris müəssisələrinin yaradılması istiqamətində ardıcıl işlər aparılır.

Yeni dərs ilində bu canlanma açıq-aşkar hiss olunur. Ötən il 13 saylı məktəbdə 960 şagirdlik bina tikilib istifadəyə verilmiş, bu il isə 38 saylı məktəbdə 480 yerlik yeni məktəb binası tikilib başa çatdırılmışdır. Gözəlliyi, müasirliyi, yaradılmış şəraiti adamı heyran edir.

Təhsildə aparılan islahatların keyfiyyətcə daha yüksək mərhələyə keçməsi ilə əlaqədar şəhərin ali orta ixtisas ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir avadanlıqlar, informasiya texnologiyaları fənn kabinetlərinin təchizatı istiqamətində tədbirlər görülmüşdür. Şəhərdəki ali orta ixtisas məktəblərinə daxil olmaq arzusunda olanların sayı ilbəil artır ki, bu da yaradılmış şəraitlə bağlıdır.

Biz tələbələrimizi vaxtaşırı olaraq şəhərin görməli yerlərinə aparırıq. Onsuz da Gəncəyə gələn qonaqların sayı aybaay artır. Təsadüfi deyildir ki, Mədəniyyət Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramı çərçivəsində "Gəncə Azərbaycanın əfsanələr paytaxtı" elan olunmuşdur. Elə şəhərdə keçirilən "Azərbaycan xalqının tarixi", "Azərbaycan nağıl dastanları", "Qədim Gəncə" adlı kitab sərgilərinin təşkili bu tədbirlə bağlı həyata keçirilmişdir.

Gəncənin bütün idarə, müəssisə təşkilatlarında, tədris ocaqlarında "Heydər Əliyev irsini öyrənirik" adlı bilik yarışları, müsabiqələr digər tədbirlər gənc nəslin dünyagörüşünə, vətənpərvərlik tərbiyəsinə çox mühüm təsir göstərir.

Qeyd etmək lazımdır ki, şəhər icra hakimiyyəti istənilən dəyərli təşəbbüsləri, təklifləri daim müdafiə edir, onlara dəstək verir, həyata keçirilməsinə köməklik göstərir. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun təşkilatçılığı, yüksək zövqü, diqqət qayğısı biz təhsil işçilərinin məsuliyyətini xeyli artırmışdır. Hamımız çalışırıq ki, öz yerimizdə yüksək nizam-intizam yaradaq, abadlıq-quruculuq işlərinə daim fikir verək, şəhərin inkişafı üçün əlimizdən gələni edək.

Yeni dərs ilinin başlanması münasibətilə ölkəmizin, eləcə Gəncənin bütün müəllim, tələbə, şagird kollektivlərini təbrik edir, onlara yeni nailiyyətlər arzulayıram.

 

 

Ramiz MƏMMƏDOV,

Azərbaycan Müəllimlər İnstitutu

Gəncə filialının direktoru, əməkdar müəllim

 

Xalq qəzeti.- 2010.- 17 noyabr.- S. 5.