Müəllimlər İnstitutunun Şəki filialı bölgənin elm-təhsil mərkəzlərindən birinə çevrilir

 

Min illərdən bəridir ki, bütün cəmiyyətlərdə öyrənənə hörmətlə yanaşır, öyrədənə ehtiram göstərirlər. Azərbaycan bu sahədə daha mükəmməl təcrübəyə malikdir. Çünki bizdə müəllimə, məktəbə, maarifə ehtiramla yanaşılması artıq milli-mənəvi dəyərlərimizdən birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə isə müəllimə, təhsilə münasibətin özünəməxsus nümunələri formalaşdırılmışdı. Elə indi haqqında söz açmaq istədiyimiz təhsil ocağı da ümummilli liderimizin bu sahəyə ayırdığı diqqətin nəticəsində yaranıb. Söhbət Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialından gedir. Əslində, bu təhsil ocağı barədə çoxdan eşitmişdim. Uğurları və nailiyyətləri barədə məlumatım geniş idi. Ancaq yeni - 2010-2011-ci dərs ilinin başlanması münasibətiylə burada keçirilən tədbirdən sonra belə bir yazı hazırlamaq fikirinə düşdüm.

Bu məqsədlə ən yaxşı variant isə bilavasitə filial rəhbərinin söylədiyi fikirləri qələmə almaq idi. Ona görə də Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının direktoru, fizika-riyaziyyat elmləri namizədi Rafiq Rasulovla görüşdüm. Həmsöhbətim rəhbərlik etdiyi kollektiv haqqında çox maraqlı fikirlər söylədi:

 

- Respublikamızda uğurla həyata keçirilən təhsil islahatları Ümummilli liderimiz Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 saylı "Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərmanı əsasında yaradılmış və bu yaxınlarda 80 illik yubileyi tamam olmuş Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında da müvəffəqiyyətlə davam etdirilir.

Ölkəmizin şimal-qərb bölgəsində yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətində öz fəaliyyətini daim yeniləşdirən bu təhsil ocağı yeni tədris ilinə mütəşəkkil hazırlıqla qədəm qoyur. Həyata keçirilən hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu kursunun tərkib hissəsi kimi təhsil sistemimizin yeniləşmə ab-havası bu təhsil ocağında da özünü göstərməkdədir.

Bakı Dövlət UniversitetiBaş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən hazırlanması İnstitutunun Şəki filiallarının bazalarında yaradılmış bu yeni tipli ali təhsil müəssisəsi 3,2 hektar ərazidə 2 korpusdan ibarət binada yerləşir. Ötən 10 il ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində filialın yeni bölmə və strukturları tam formalaşmışdır və o, hazırda bölgədə nüfuzlu ali təhsil müəssisəsi kimi öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşmışdır. Hazırda filialda professor-müəllim heyəti tərkibində 73 nəfər mütəxəssis çalışır ki, onlardan da 3 nəfəri elmlər doktoru (o cümlədən 1 nəfəri professor), 22 nəfər elmlər namizədi (o cümlədən 6 nəfəri dosent), 33 nəfəri baş müəllim, 8 nəfəri magistr, 10 nəfəri aspirant və dissertantdır. Filialın əməkdaşlarından 6 nəfəri doktorluq dissertasiyası üzərində tədqiqatlarını səylə davam etdirirlər. Son 5 ildə əməkdaşlardan 2 nəfəri doktorluq, 2 nəfəri isə namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. Professor-müəllim heyətinin əməkdaşları elmi tədqiqatlarını ardıcıl və planlı şəkildə davam etdirirlər. Onların əməyi ilə son 3 ildə 12 dərslik və dərs vəsaiti, 8 monoqrafiya, 6 metodik və tədris vəsaiti, 60-dan artıq məqalə yazılaraq çap etdirilmişdir. Professor-müəllim heyətinin əməkdaşları, aspirant və gənc tədqiqatçılar, tələbələr hər il keçirilən respublika və beynəlxalq miqyaslı elmi konfranslarda fəal şəkildə iştirak edirlər.

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında hazırda 6 ixtisas - ("Azərbaycan dili və ədəbiyyatı", "Xarici dil" ("İngilis dili"), "Tarixcoğrafiya", "Riyaziyyatfizika", "Riyaziyyatinformatika", "İbtidai təhsilin pedaqogika və metodikası") ixtisasları üzrə bakalavr pilləsində ilkin müəllim hazırlığı həyata keçirilir.Burada respublikamızın 40-a yaxın şəhər və rayonundan olan 600-ə yaxın tələbə təhsil alır.

Qeyd etmək yerinə düşərdi ki, bu təhsil ocağının bölgədə artan nüfuzunun nəticəsidir ki, qəbul prosesində ayrılan dövlət plan yerləri yüksək keçid balları hesabına tam şəkildə ödənilir. Tədris prosesinin yüksək səviyyədə təşkilinə göstərilən diqqət, qayğı və tələbkarlıq sayəsində hər il bakalavr pilləsi məzunlarından 8-10 nəfəri respublikanın nüfuzlu ali məktəblərinin magistraturalarına qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər.

Filialda "Humanitar elmlər", "Dillər", "Ümumelmi fənlər", "Təbiət elmləri və tədrisi metodikası" olmaqla 4 kafedra, "Fəal təlim metodları və dayaq məntəqələri ilə ", "Əlavə təhsilə metodiki xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" olmaqla 3 kabinet fəaliyyət göstərir. Təhsil ocağının maddi-texniki bazasına əlavə olaraq idman zalı və meydançası, internetə çıxışı olan 2 kompüter mərkəzi, xarici dil dərslərinin tədrisi keyfiyyətinin yüksəldilməsinə xidmət edən 2 linqafon kabineti, kitabxanaoxu zalı, bufet və yeməkxana, müasir tələblərə cavab verən 160 nəfərlik konfrans zalı daxildir. Tədris korpuslarında mühazirə və məşğələ otaqlarının sayı son 3 ildə artırılaraq 50-yə çatdırılmışdır. Respublikamızda həyata keçirilən Təhsil İslahatı Proqramının məntiqinə uyğun hazırlanmış təhsilin inkişaf proqramları filialda da uğurla həyata keçirilir. Bu məqsədlə filialın maddi-texniki bazasının yenidən qurulması və möhkəmləndirilməsi istiqamətində son illər məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. 2008-ci ildə filialın yararsız vəziyyətdə olan və istifadədən çıxmış elektrikistilik sistemləri tam şəkildə yenidən qurulmuş, su təchizatı yaxşılaşdırılmış, modul tipli yeni qazanxana quraşdırılaraq istifadəyə verilmişdir. 2009 və 2010-cu illərdə filialda 90 min manatdan artıq əsaslı təmir işləri görülmüş, inzibati və tədris korpuslarında yüksək keyfiyyətli materiallardan istifadə olunmaqla təmir işləri aparılmışdır. 2010-cu ilin yay mövsümündə yeni tədris ilinə hazırlıq məqsədi ilə 20-yə yaxın auditoriyakabinet əsaslı təmir olunmuş, onların divarları, tavan və döşəmələri, qapı və pəncərələri tam şəkildə dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur.

Respublikamızın bütün ali təhsil müəssisələri kimi AMİ-nin Şəki filialı da 2008-ci ildən Boloniya prosesinə qoşulmuşdur. Bu sahədə həyata keçirilən islahatlara uyğun olaraq filialın bütün ixtisasları yeni tədris planları və proqramları ilə təmin edilmiş, "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" adlı yeni kabinet yaradılmışdır.

Yeni ictimai-iqtisadi və mənəvi münasibətlərin bərqərar olduğu indiki şəraitdə pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil ocaqlarından biri kimi AMİ-nin Şəki filialında da pedaqoji innovasiyaların fəal şəkildə mənimsənilməsi, gələcək mütəxəssislərdə yeni pedaqojimetodik təfəkkürün formalaşdırılması, fəal təlim metod və texnologiyalarının öyrədilməsi də fəaliyyətin prioritetlərindən biridir. Tələbə-gənclərdə praktik peşə vərdişlərinin aşılanması məqsədi ilə demokratik prinsiplərə əsaslanan və birğə əməkdaşlığı artıran səmərəli öyrənmə strategiyalarına xüsusi diqqət yetirilir. Tədris prosesində nəzəri hazırlıqla peşəkarlığın sintezinə əsaslanan formalarına üstün əhəmiyyət verilir, tələbələrin peşəkar fəaliyyətə hazırlığı məqsədilə pedaqoji təcrübələrin yüksək səviyyədə təşkili daim nəzarətdə saxlanılır.

Azərbaycan Müəllimlər İnstitutunun regional strukturlarından biri olan Şəki filialının fəaliyyətinin əsas və üstün istiqamətlərindən biri də əlavə təhsil sahəsidir. Bu sahəyə pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması daxildir. Təhsilin bu forması diplomdansonrakı fasiləsiz təhsilin mühüm tərkib hissəsidir. Filialda təhsilin bu sahəsi üzrə ötən illər ərzində xeyli müsbət təcrübə toplanmış, 2000-ci ildən etibarən respublikamızda formalaşdırılmış etibarlı hüquqi-normativ baza yaradılmış, pedaqoji kadrların ixtisasının artırılması prosesinin təkmilləşdirilməsi sahəsində yeni mexanizmin tətbiqinə başlanılmışdır. Yeni mexanizmin tətbiqinə keçidin təmin edilməsi məqsədilə filialda "tələb-təklif" prinsipinə əsaslanan yeni struktur -"məktəb-dayaq məntəqəsi" tipli yeni model yaradılmışdır. Bu sahə ilə bağlı filialın dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəsisələri daxil edilmişdir. Hər tədris ilində adları qeyd olunan rayonlardan 560 -600 nəfər müəllim və tərbiyəçi filialda təşkil olunan ixtisasartırma və təkmilləşdirmə kursları vasitəsilə özlərinin peşə hazırlığını artırır, yeni pedaqoji texnologiyalara, o cümlədən təhsildə İKT-nin tətbiqi metodlarına, xüsusilə fəal və interaktiv təlim metodlarına yiyələnirlər. Şəki filialında ixtisasartırma və təkmilləşdirmə sahəsində fəaliyyəti tənzim edən "Fəal təlim metodları və dayaq məntəqələri ilə " və "Əlavə təhsilə metodik xidmət" kabinetləri ardıcıl və məqsədyönlü aparır. İxtisasartırma kurslarında mühazirə və məşğələləri elmi dərəcəli və yüksək hazırlıqlı professor-müəllimlər, habelə "öyrədənlərin öyrədəni" statusu üzrə sertifikatlar almış əməkdaşları aparır. Onlardan 3 nəfəri ABŞ və Fransa respublikasında 3 aylıq xüsusi treninq kurslardan keçərək yüksək sertifikatlar almışlar. İxtisasartırma kurslarında məşğələləri aparan əməkdaşlardan 10 nəfəri son 3 ildə SOROS fondu və BRİTİSH COUNCİL tərəfindən təlimlər layihəsi çərçivəsində Bakı şəhərində təşkil olunmuş treninqseminarlarda xüsusi hazırlıqlardan keçmişlər. 2009-2010-cu tədris ilində filialın əməkdaşlarından 50 nəfəri Təhsil Nazirliyi xətti ilə təşkil olunan İKT üzrə hazırlıq kurslarında iştirak edərək müvafiq sertifikatlar almışlar.

Azərbaycan Müəllimlər İnstititunun fəaliyyətinin mühüm sahələrindən biri də yenidənhazırlanma təhsilidir. Təhsil naziri Misir Mərdanovun və Baza İnstitutu olan Azərbaycan Müəllimlər İnstititunun rektoru, professor Aqiyə xanım Naxçıvanlının əmrlərinə uyğun olaraq bir neçə ildir ki, filialda yenidənhazırlanma fakültəsinə müdavim qəbulu uğurla həyata keçirilir. İndiyədək qeyri-pedaqojiya ixtisası üzrə işləməyən 500 nəfərə yaxın müəllim yenidənhazırlanma fakultəsini bitirərək yeni qazandıqları ixtisaslar üzrə təhsil müəssisələrində fəaliyyətlərini davam etdirirlər.

2010-2011-ci tədris ilində yenidənhazırlanma fakültəsinə "Azərbaycan dili və ədəbiyyatı", "Məktəb psixoloqu", "Riyaziyyatinformatika" ixtisasları üzrə müdavim qəbulunun həyata keçirilməsi nəzərdə tutulmşdur.

Yeni-tədris ilinin başlanması ilə əlaqədar müəssisə ilk dəfə öz qapılarını I kurslara qəbul olunmuş 154 nəfər tələbənin üzünə açmışdır. Bu ərəfədə filialın həyətində, auditoriya və kabinetlərində səliqə-səhman işləri aparılmış, əsaslı təmir edilmiş otaqlar yeni, ən müasir tipli invertar və avadanlıqlarla təchiz olunmuşdur. Şimal- qərb bölgəsinin elm və mədəniyyət mərkəzinə çevrilmiş Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Baza İnstitutu olan Azərbaycan Müəllim İnstitutunun rektoru, professor Aqiyə Xanım Naxçıvanlının xüsusi diqqəti və qayğısı ilə əhatə olunmuşdur. Aqiyə xanım dəfələrlə filialda olmuş, geniş elmi şura iclaslarında iştirak etmiş, tədris prosesiquruculuq işləri ilə tanış olaraq öz təklif və göstərişlərini vermişdir. Biz bu qayğını Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyindən də görürük. Özüdaim.

Şəki filialının Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatları təhsilin keyfiyyətinin yüksədilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkili, Şəki şəhərində mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsində fəallıqla iştirak edirlər. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının 700 nəfərlik professor-müəllim, tədris-köməkçi və tələbə kollektivi dövlətçiliyimizə sədaqət ruhunda çalışmaqla cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısına öz əməli fəaliyyətləri və yüksək təlim göstəriciləri ilə cavab vermək üçün əzm və fədakarlıqla çalışır, yeni tədris ilinə ruh yüksəkliyi ilə qədəm qoyurlar.

...Bax belə, ölkənin şimal-qərb bölgəsinin təhsil müəssisələrini müasir biliklərə malik pedaqoji kadrlarla təmin edən bir ali məktəb filialı barədə qısa da olsa söz açdıq. Bu yazını tamamlayanda bir neçə il əvvəl - Şəkinin Kiş kəndindəki qədim abidə barədə yazdığım qəzet məqaləsi yadıma düşdü. "Kiş kəndində açıq dərs" adlı həmin yazıda Şəkinin tarixi, mədəniyyəti və turizm imkanları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün seçilmiş ən əlverişli variantdan söz açmışdım. "Dərs" ifadəsi orada rəmzi məna daşıyırdı. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı isə sözün həqiqi mənasında ali və məkümməl bir dərs ünvanına çevrilib. İnanırıq ki, bu dərs bölgənin sabahına gedən yola özünəməxsus işıq salacaqdır.

 

 

İlqar HƏSƏNOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 19 sentyabr.- S. 5.