Məktəb bilik və tərbiyə ocağıdır
Azərbaycanın
pedaqoji kollektivləri, xüsusən
ümumtəhsil məktəblərinin müəllimləri yeni dərs ilinə yüksək əhval-ruhiyyə
ilə gəlirlər. Bugünlərdə Prezident İlham Əliyevin
sərəncamı ilə orta məktəb
müəllimlərinin məvaciblərinin növbəti dəfə
artırılması dövlətimizin təhsil sahəsinə,
onun problemlərinin həllinə daimi diqqət və qayğısının daha bir təzahürü kimi hamımızı sevindirdi.
Ulu
öndər Heydər Əliyevin cəmiyyətin ümumi tərəqqisində təhsilin roluna verdiyi önəmi
yüksək səviyyədə davam etdirən
dövlət başçısı İlham
Əliyevin həyata keçirdiyi sistemli, ardıcıl tədbirlər ölkə
müəllimlərini daha səylə
çalışmağa ruhlandırır. Bütün bunlar milli təhsilimizin uğurlarını ildən-ilə
artırır.
Təhsil
sahəsində əldə edilən hər bir yüksək nəticə
işıqlı sabahımızdan və gələcəyimizlən
xəbər verir. Məqsədyönlü islahatların həyata
keçirilməsi, dünya təcrpübəsindən bəhrələnmək
inkişafımızı göstərir. Milli dəyərlərimizi
qoruyub saxlamaqla Avropa standartlarına yiyələnmək, gənclərimizi
müasirliyə alışdırmaq çox vacib amillərdəndir.
Biz valideyn və müəllim olaraq uşaqlarımızın
həyatını indidən düzgün qurmağı
bacarmalıyıq. Onların hər bir hərəkətinə
nəzarət etməli, asudə vaxtlarından səmərəli
istifadə etməyi öyrətməli, mütaliə etməyə
alışdırmalı və üstün cəhətlərini
formalaşdırmalıyıq. Belə olan təqdirdə illər
keçdikcə övladlarımızın
uğurlarının sevincini yaşayacağıq. Gənclər
bizim gələcəyimizdir.
Məktəbimiz
haqda danışarkən fərəhlə qeyd etmək istərdim
ki, 2009-2010-cu dərs ilində keyfiyyət göstəricimiz
çox yaxşı olmuşdur. 9-cu sinfi bitirən 173 nəfərdən
167-si imtahanlarda "4" və "5" almaqla bizi
sevindirmişdir. 113 nəfər onbirinci sinif şagirdindən
96 nəfəri orta təhsil haqqında attestat
almışdır. Məktəbimizi bitirənlərdən 92
nəfəri ali və orta ixtisas məktəblərinə sənəd
vermişdir. Bunlardan 7 nəfəri 600-dən çox bal
toplayaraq yüksək nəticə göstərmişdi. 13 nəfər
50-dən çox bal toplamışdır. 48 digər məzunumuz
da müxtərif təhsil müəssisəsinə daxil
olmuşdur. İl ərzində Bakı Şəhəri
üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi məktəbimizin
təlim- tərbiyə və tədris prosesinin
inkişafına diqqət göstərmişdir. Təhsil
naziri, professor Misir Mərdanov 2008-ci il mart ayının 12-də
məktəbin işindən, fəaliyyətindən razı
qaldığını bildirmiş, hər bir müəllimin əməyinə
yükvsək qiymət vermişdir. Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
göstərişi ilə məktəbin fəaliyyətini
daha da yaxşılaşdırmaq məqsədilə 440 yerlik
22 sinif otağı tikilib şagird və müəllimlərin
istifadəsinə verilmişdir.
Bilirik
ki, təlim-tərbiyə və tədrisin keyfiyyətcə
yeni məzmun daşımasında müxtəlif tədbirlər
xüsusi əhəmiyyətə malikdir. İl ərzində
20-yə yaxın belə maraqlı tədbirlər
keçirmişik. Bu tədbirlər ana dili və ədəbiyyat,
riyaziyyat, fizika, kimya, biologiya, xarici dil, tarix fənlərini əhatə
edir. Riyaziyyatdan keçirilən "Açıq dərs"
Azərbaycan Televiziyasının I proqramı ilə
nümayiş etdirilmişdir. Biologiya fənni üzrə
"Dünya bizim evimizdir" mövzusundakı tədbirimiz Təhsil
Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzinin diplom və setifikatına layiq
görülmüşdür. "M.Hüseyn-100", "C.Məmmədquluzadə
- 140", "Dünya bizim evimizdir", "Heydər Əliyev-87",
"Kimya gecəsi", "Riyaziyyat gecəsi",
"Doğma Vətənimiz" kimi məzmunlu və mənalı
tədbirlərin adını xüsusi qeyd etmək istəyirəm.
Bunlar ilboyu şagird və müəllimlərimizin biliyə
marağını, Vətənə məhəbbətini
nümayiş etdirmişdir.
Bu tədbirlərin
yüksək səviyyədə həyata keçirilməsində
böyük zəhməti olan müəllimlərimizin
adını çəkmək istərdim. Ana dili və ədəbiyat
müəllimləri Vəsilə Namazova, Kəmalə Cəfərova,
Ülviyyə Məmmədova, Fərqanə Abdulova, biologiya
müəllimi Səlimə Bəkirova, kimya müəllimi
Almaz Həsənova, riyaziyyat müəllimi Səbinə Cəfərova,
tarix müəllimi Vəfa Heydərova, direktor müavinləri
Raya Həsənova, Kəmalə Piriyeva və Zərifə
Şeydayevanın gördüyü işlər təqdirə
layiqdir.
2009-2010-cu
tədris ilinin sonunda Bakı Şəhər Texniki
Yaradıcılıq Mərkəzi, Mədəniyyət və
Turizm Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi və Təhsil Nazirliyi tərəfindən fəxri
fərman, diplom və sertifikatlara, təşəkkürnamələrə
layiq görülməyimiz bizi böyük həvəs və
səylə işləməyə sövq edir. Növbəti
dərs ilində də yüksək göstəricilər əldə
edəcəyimizə əminik.
Məktəbimiz
Sovet İttifaqı Qəhrəmanı, xalqımızın
qeyrətli oğlu Mehdi Hüseynzadənin adını
daşıyır. Odur ki, gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyəsilə böyüməsinə
çalışırıq. Uşaqları daim alimlərimizin,
şəhidlərimizin, yazarlarımızın, ümumiyyətlə
qeyrətli və şöhrətli insanlarımızın mənalı
həyatından ibrət dərsi götürməyə
çağırırıq. Vətənə layiqli
övladlar bəxş etmək bizim vətəndaşlıq,
insanlıq, müəllimlik borcumuzdur.
Məmməd QƏMBƏROV,
Nəsimi rayonundakı M.Hüseynzadə
adına 19 saylı orta məktəbin direktoru,
"Qabaqcıl maarif xadimi"
Xalq qəzeti.- 2010.- 19 sentyabr.- S.
5.