"Zəlzələ: öncədən proqnoz"

 

Neftqaz geologiyası, regional geologiyagenotextonika sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü, professor Kərim Kərimov son illərdəki məhsuldar fəaliyyətinin, səmərəli axtarışlarının nəticəsi olan daha bir fundamental tədqiqatını kitab şəklində dünya elmi ictimaiyyətinin müzakirəsinə və istifadəsinə təqdim etmişdir. Alimin "Zəlzələ: öncədən proqnoz" əsəri Azərbaycan, ingilis, rustürk dillərində nəfis şəkildə çap olunmuşdur.

 

Kitabı oxuculara təqdim edən AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev Azərbaycan alimlərin zəlzələnin proqnozlaşdırılması ilə bağlı kəşfinin mahiyyətini və onun elmi-praktiki dəyərini belə açıqlayır: "Harada olursa-olsun, zəlzələ zamanı kəndlər, qəsəbələr, şəhərlər və tikintilər yerlə-yeksan olur. Bu dağıntılar çox zaman milyard dollarla hesablansa da yüzlərlə, minlərlə, bəzən on minlərlə insanın itkisi hamımızı daha çox ağrıdır, ən acı problem olaraq qalır. Belə itkilərdən qaçmaq, ən başlıcası insan tələfatını sovuşdurmaq üçün zəlzələ olacağını öncədən öyrənmək və xəbər vermək lazımdır. Həmyerlimiz, öz elmi istiqamətlərində dünyada tanınan alim, professor Kərim Kərimovun rəhbərliyi altında aparılan geofiziki və seysmoloji tədqiqatlar problemin araşdırılmasında ümidverici nəticələrə gətirib çıxarmışdır. Kərim müəllim başda olmaqla Azərbaycan alimləri zəlzələnin proqnozlaşdırılması ilə bağlı elmi kəşfə görə 2 beynəlxalq patent (007087 və 007086) almışlar. Tədqiqatın mahiyyəti və şərhi əks olunmuş, 4 dildə nəşrə hazırlanmış kitabı Kərim Kərimovun növbəti uğuru hesab edirəm. İnanıram ki, bu kitab təkcə ölkəmizdə deyil, ondan uzaqlarda da böyük maraqla qarşılanacaq, zəlzələ probleminin həllində faydalı olacaq".

Müəllif həmkarları ilə birlikdə apardığı tədqiqatın əhəmiyyətini, zəlzələlərin miqyasını və ağırlığını nəzərə çarpdırmaq üçün kitaba "Yer kürəsi hamımız üçün birdir" başlıqlı ümumi giriş yazısında bildirir ki, son onilliklərdə təbii və texnogen fəlakətlər bir çox ölkələrin hökumətinin müzakirə obyekti olmuşdur. Onlar bu təbii hadisələri digər təhlükələrlə yanaşı olaraq ölkənin əsas strateji riskləri sırasına aid edirlər.

Son 35 ildə Yerdə təbii fəlakətlər nəticəsində ölən insanların sayı hər il orta hesabla 4,3 faiz artmış və 3,8 milyon nəfərə çatmışdır. Zərər çəkmiş insanların sayı isə hər il 8,6 faiz artmış və bu müddət ərzində 4,4 milyarda çatmışdır. Təbii fəlakətlər nəticəsində yaranan iqtisadi itkilər də çox sürətlə artır. Ötən yüzilliyin 60-cı illərində iqtisadi itkilər bir neçə milyard dollar təşkil edirdi, lakin əsrin sonlarında bu itkilər 85 milyarda çatmışdır. XX əsrin 1-ci yarısında dünyada iqtisadi itkilərinin ümumi həcmi 895 milyard dollar təşkil edirdi. XXI əsrin ortalarına olan proqnozlara görə, təbii fəlakətlərin vurduğu ziyan ildə 300 milyard dollara çata bilər. Artıq Yaponiya kimi bir çox inkişaf etmiş ölkələr təbii fəlakətlərlə mübarizəyə öz illik büdcələrinin 5-8 faizini sərf etmək məcburiyyətindədir ki, bu da ildə 25 milyard dollara çatır.

İri sığorta fırmalarının tədqiqatı göstərir ki, təbii fəlakətlər zamanı insan itkisinin ən çox miqdarı zəlzələlər zamanı olur - təxminən 47 faiz. Alimlər çoxdan bəri bu təbii fəlakətin əvvəlcədən xəbər verilməsinin sirlərini dərk etməyə cəhd göstərirlər. Lakin hələ ki, bu iş yalnız uzunmüddətli (bir neçə il) və orta müddətli (bir neçə ay) proqnozlarla məhdudlaşır. Hələ ki, bir neçə gündən əvvələ edilmiş uğurlu proqnoz olmayıb. Axı yalnız bu halda insan həyatını qurtarmaq mümkündür. Müxtəlif təbii hadisələrin içərisində ən zəlzələlərdir. Son dövrün ən dağıdıcı zəlzələlərinin başverdiyi Çində və Haitidə bir neçə dəqiqənin içərisində yüz minlərlə insan dağılmış binaların altında qalmış və həyatını itirmişdi. Tökülən qanlar və göz yaşlarına maddi itirmələr də əlavə olmuşdur.

Son illərdə bir qrup Azərbaycan aliminin etdiyi ixtiranın tətbiqi, şübhəsiz, imkan verərdi ki, zəlzələlərin olacağı və onun yaxınlaşması barədə bir neçə saat qabaq xəbər tutulsun.

Kərim Kərimov bu yerdə bildirir ki, zəzələlərin və sunamilərin proqnozlaşdırılması problemlərinin həllində elmi nəticələrə nail olmaq üçün bir çox ölkələrin alimlərinin və mütəxəssislərinin güclərini, onların milli mənsubiyyətindən, dini məzhəblərindən və vətəndaşlığından asılı olmayaraq birləşdirmək oazımdır. Bu zərurət ondan irəli gəlir ki, bəzi alimlər Azərbaycan tədqiqatçılarının kəşflərini yeni icadlarla, digərləri müasir texnologiyaların mövcudluğu ilə və nəhayət, üçüncülərin qərarları ilə tamamlaya bilərlər.

Bu münasibətlə alimin kitaba daxil edilmiş müraciətində azərbaycanlı tədqiqatçıların əldə etdikləri nailiyyətin məramı açılanır. Göstərilir ki, hazırda güclü zəlzələlərin proqnozu ilə ümumilikdə həm geofiziki, həm də seysmoloji üsullarla Rusiyanın, Çinin, Yaponiyanın, ABŞ-ın, Türkiyənin və s. bir çox aparıcı ölkələrin alimləri məşğuldurlar. Lakin bu sahədə konkret nəticələrin əldə edilməməsi onlara bu problemin qısamüddətli proqnoz şəklində həllinin mümkünlüyü barəsində hansısa bir müsbət mülahizə yeritməyə əsas verməyib. Buna baxmayaraq, faciəvi zəlzələlərin qısamüddətli proqnozu planında Azərbaycanda stasionar maqnitotellurik sahələrinin tədqiqat (MTZ üsulu) məlumatları təhlilinin nəticələri iki faciəvi zəlzələ zamanı - Spitakda (Ermənistan, 07.12.1988-ci ildə, Qrivinç üzrə 07.41.24) və Zəncanda (İran, 21.06.1990-cı ildə, 09.12.12,5) xüsusilə əhəmiyyətli rol oynamışdır.

Bununla bağlı aparılan tədqiqatlar göstərdi ki, Yerin elektromanqnit sahəsinin üfqi istiqamətdə parametrlərinin dəyişməsi xüsusiyyətlərinin və xarakterinin təhlilinə əsasən (HxHy) baş verəcək zəlzələnin vaxtını bir neçə saat əvvəlcədən demək olar (orta hesabla 4-5 saat əvvəl). Yerin maqnit sahəsinin zaman çərçivəsində istiqamətinin dəyişməsinin məlumatlarına əsasən isə baş verəcək hadisənin episentrini təyin etmək mümkündür. Qısamüddətli proqnozun bu üsulla həyata keçirilməsi baş verəcək hadisənin təkcə yerini və vaxtını deyil, həmçinin gücünü də əvvəlcədən deməyə imkan verir. Bununla əlaqədar 2006-cı ilin iyul ayında Beynəlxalq Patentləşdirmə Təşkilatına (APTV) təqdim edilmiş ərizələrin cavabıyla alimlərimiz - 007087 saylı "Zəlzələlərin proqnozlaşdırılması üsullarına" və 007087 saylı "Zəlzələlərin əvvəlcədən qısamüddətli təyin etmə üsulu"na patentlər almışlar. Şübhəsiz işlənib hazırlanmış üsulların dünyanın müxtəlif yerlərində tətbiq edilməsi bəşəriyyətin bu qorxunc bəlalardan və əzablardan qurtulması üçün böyük rol oynaya bilər.

Professor Kərim Kərimov zəlzələlərin olacağı barədə qabaqcadan xəbər vermə üsulun kitabda geniş şərh edir. Alim qeyd edir ki, son onilliklər ərzində ARDNŞ-nin "Geofizika və mühəndis geologiyası" İB tərəfindən Azərbaycanın və ona bitişik ərazilərin yer qabığının dərinliyinin quruluşunun öyrənilməsi üzrə maqnitotellur sahənin göstəricilərindən istifadə ilə həyata keçirilən elektrokəşfiyyat işləri yalnız aparılan araşdırmalara aid problemlər üzrə deyil, həm də regionda geodinamik vəziyyətin dəyişməsindən asılı olaraq, Yerin maqnitotellurik sahəsinin parametrlərinin dəyişməsi xüsusiyyətləri ilə bağlı da çox sayda yeni və kifayət qədər maraqlı məlumati əldə etməyə imkan verib.

Xüsusən, müəyyən edilib ki, buya digər ərazidə geodinamik proseslərin anomal şəkildə fəallaşması Yerin maqnitotellurik sahəsinin vəziyyətinin dəyişməsi qanunauyğunluğunda da tamamilə əksini tapır. İlk növbədə, bu, güclü zəlzələlərin hazırlıq dövrü ilə (4-5 baldaha da çox) şərtlənən dəyişikliklərə aiddir. Həm də bu dəyişikliklər maqnitotellurik sahənin horizontal adlanan tərtib hissələrində (HxHy) və çox nadir hallarda vertikal kimi qəbul olunan hissələrində (HZ) özünü xüsusilə dəqiq büruzə verir.

Beləliklə, zəlzələlərin proqnozlaşdırılması və tədqiq edilməsi üzrə elmi araşdırmalar tarixində ilk dəfə olaraq, Azərbaycan geofizikləri tərəfindən zəlzələlərin qısamüddətli proqnozlaşdırılması üçün dünyada hələlik yeganə olan üsul kimi istifadə edilə biləcək maqnitotellurik sahə effekti aşkar edilmişdir. 2002-2003-cü ildə respublika və beynəlxalq statuslu (Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət AgentliyiAvrasiya Patent İdarəsi) müvafiq orqanlaraonun həmkarları tərəfindən verilmiş ərizələrə 2004 və 2006-cı illərdə patentlər verilmiş kitabda göstərilir ki, son onilliklər dünyanın bir çox ölkələrinə, o cümlədən keçmiş SSRİ respublikalarına zərər vuran dağıcıdı zəlzələlərin miqyasının açıq-aşkar artması müşahidə olunur, lakin bizim kəşflər, çox təəssüf ki, hələlik öz tətbiqini tapmayıb. Kərim Kərimov bu kəşfi əvvəldən şübhə altına almaq istəyənlərə kitabda tutarlı cavab verərək bildirir ki, bu gün heç kimin bir qrup azərbaycanlı alimin zəlzələlərin, ona bənzər digər təbiət hadisələrinin qabaqcadan xəbər verilməsi sahəsində son dərəcə dəyərli nailiyyətini şübhə altına almaq üçün elmi cəhətdən azya çox əsaslandırılmış dəlilləri bütün deyilənləri "ortaq məxrəcə" gətirmək üçün bir sıra əlavə araşdırmalar həyata keçirmək olar.

Kitabda zəlzələlərin elektromaqnit metodları ilə qısamüddətli proqnozlaşdırılması üsulu da ayrıca açıqlanır. Kəşflərin elmi-nəzəri izahından sonra müəllif "Qabaqcadan görmək idarə etmək deməkdir" adlı müsahibədə geniş oxucu kütləsinin başa düşə biləcəyi bir üslubda kəşf ilə bağlı maraq doğuran sualları cavablandırır. Təklif olunan üsulların əsaslığına və faydasına toxunan akademik deyir ki, bu elmi tədqiqatın müsbət nəticələnəcəyinə inanırdım, xüsusilə çətin anlarda deyirdim: "Kərim, bu təkcə sənə lazımdır? Bu insanlara, bütün bəşəriyyətə lazımdır. Bizim qrupumuz - Azərbaycan MEA-nın prezidenti Mahmud Kərimov, İB-nin əməkdaşı və mənim dissertantım Qərib Abdullayev aşkar etdik ki, dünyanın ən iri mərkəzlərində alimlər yalnız zəlzələ ocağının gücünü və dərinliyini, habelə onların vurduğu ziyanın ölçüsünü qiymətləndirirlər. Yəni, sadəcə olaraq, baş verən hadisələri qeydə alırdılar".

Müəllif açıqlamasını yekunlaşdıraraq bildirir ki, "Biz Yerin maqnit vektorunun zəlzələdən əvvəl özünü necə apardığı barədə də düşünmüşük. Bu, sanki fikrin aydınlaşması idi. Biz də diqqət yetirdik ki, burada, zəlzələdən azı 4-5 saat əvvəl maqnit vektoru da öz istiqamətini qəflətən dəyişir və 5-10 dərəcə xəta ilə onun episentri tərəfinə istiqamtlənir. Beləliklə, belə bir nəticəyə gəldik ki, biz tam əminliklə nəinki zəlzələlərin proqnozlaşdıra, hətta onları harada gözləmək lazım gəldiyini də qeyd edə bilərik. Bir birindən müəyyən məsafədə bir neçə belə stansiya yerləşdirilsə, vektor xətlərinin kəsişmə nöqtəsi gözlənilən zəlzələnin episentrini göstərər. Beləliklə, bəşər tarixində ilk dəfə biz yalnız zəlzələnin özügücü barədə deyil, həm də hadisənin harada baş verəcəyinin gözləndiyi barədə qabaqcadan xəbər verməyin yolunu tapmağa müvəffəq olduq".

Beləliklə, zəlzələ problemləri ilə məşğul olan mütəxəssisdən tutmuş hamı adi oxucuyadək professor Kərim Kərimovun "Zəlzələ: öncədən proqnoz" kitabından insanların sığortalana bilmədiyi bu dəhşətli təbiət hadisəsindən əvvəlcədən xəbər tutma üsulları barədə geniş məlumat ala bilərlər. Kərim Kərimov elmi-nəzəri mülahizələrini və şərhlərini bir sıra statistikillüstrativ materiallarla tamamlayır. Müəllimlərin aldıqları patentlərin surətləri və onu verən qurumların geniş açıqlamaları da 4 dildə kitaba daxil edilmişdir.

Tədqiqatçılar qrupunun kəşfi ilə yaxından tanış olan akademik Budaq Budaqov kitabı oxuduqdan sonra biddirmişdir:

"İstedadlı alim, təəssübkeş vətəndaş, gözəl insan Kərim Kərimovun çoxillik elmiictimai yəaliyyətini yüksək qiymətləndirirəm. O, neft-qaz geologiyası sahəsində sanballı tədqiqatları ilə dünya miqyasında tanınmış alimimizdir. Qafqazda, Xəzər dənizində neft-qaz ehtiyatlarının geofiziki üsullarla öyrənilməsində, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən hazırlanıb uğurla həyata keçirilən yeni neft strategiyasının elmi-nəzəri təminatının işlənməsində professor Kərim Kərimovun danılmaz xidmətləri olmuşdur.

O, neft-qaz kəşfiyyatında tətbiq olunan geofiziki üsulları zəlzələ probleminin həllinə tətbiq etməklə qiymətli nəticəyə nail olmuşdur. Kərim Kərimov "Zəlzələ: öncədən proqnoz" kitabında bir daha sübut edir ki, zəlzələlərdən bir neçə saat əvvəl xəbər tutmaq mümkündür. Yerin elektromaqnit sahəsində müşahidə olunan dəyişiklikləri izləmək buna imkan verir. Mən Kərimi və onun həmkarlarını Azərbaycan elminin bu böyük uğuru münasibətilə təbrik edir, onlara açdıqları istiqamətdə yeni uğurlar arzulayıram".

Kitabda Kərim Kərimovun geniş bioqrafiyası və elmi əsərlərinin biblioqrafiyası da verilmişdir.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.- 19 sentyabr.- S. 6.