Azərbaycanda yaşıl turizmin inkişafı üçün münbit şərait vardır

 

Turizm inkişaf etdikcə ölkə iqtisadiyyatına böyük təsir göstərir. Son illər dövlət səviyyəsində daxili turizmə yönəlmiş tədbirlər bu sahənin intensiv surətdə inkişafına imkanlar yaradır. Hazırda əyalətlərdə müasir tələblərə uyğun mehmanxanalar, kottec kompleksləri, digər istirahət mərkəzləri tikilib turistlərin istifadəsinə verilir. Lakin ölkəmizin iri sənaye mərkəzlərindən və xaricdən gələn insanlarda təbii kənd evində yaşayıb istirahət etmək arzusu var. Bu növ turistlər kənd həyatını dadmaqla yanaşı müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər.

 

Turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən vəsait tələb edir. Həmin vəsait onsuz da artıqlaması ilə kəndlinin özünə qayıdacaqdır. Belə ki, kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev (evin bir hissəsini, 1-2 otaq və ya bütünlüklə ev) və yemək (turistlərin istəyi ilə) təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstərmək, ev heyvanları və quşları bəsləmək üçün qısa müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər.

Əyalətlərdə yaşıl turizmin inkişaf etdirilməsində kənd əhalisinə yardımçı olmaq, onları müəyyən stereotiplərdən uzaqlaşdırmaq üçün yerli TV və mətbuatda çıxışlar etmək, insanlarla birbaşa ünsiyyətdə kənd yaşıl turizminin onlara və yaşadıqları ərazilərə maddi və ekoloji cəhətdən sərfəli olduğunu mütəmadi izah etmək gərəkdir.

Yoxsulluğun aradan qaldırılmasında, kənd icmalarında mütəşəkkilliyin artmasında və onların işgüzar fəaliyyətinin canlandırılmasında bu kimi layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Respublikamızın Lənkəran, Astara, Masallı, Yardımlı, habelə, Qəbələ və Göygöl rayonlarında 2006-2008-ci illərdə fərdi surətdə turizmə və turistlərə olan münasibət barədə sorğu keçirilmişdir. Sorğuda kənd əhalisində turizmə münasibətin müsbət olduğu və turistlərin kənd evlərində qalmaqları üçün heç bir etirazları olmadığı bəlli olmuşdur.

Turistləri kənd evlərində kortəbii yerləşdirmək düzgün olmazdı. Bu səbəbdən kənd ev sahibləri və onların ailə üzvləri turistlərə müvafiq xidmətlərin göstərilməsinə hazır olmalıdırlar. Bunun üçün isə kənd sakinlərinə elementar turizm təhsilinin keçirilməsinə böyük ehtiyac vardır. Turistlərin qəbulu, onların evlərdə yerləşdirilməsi, yataq dəstləri ilə təminatı, qida ilə təmin edilməsi, eyni zamanda, turistlərə ətraf ərazi barədə, yerli adət-ənənələr barədə məlumatların düzgün çatdırılması, onlara əlavə xidmətlərin (nəqliyyat, bələdçilik, tərcüməçilik, ovçuluqs.) göstərilməsi, həyətyanı təsərrüfatda sərbəst hərəkət etmələrinə şərait yaradılması, turistlərin fiziki və əmlak təhlükəsizliyinin təmin edilməsi qaydaları barədə təlimlər keçirilməlidir.

Kənd yaşıl turizminin Azərbaycanda sürətli inkişaf etdirilməsi üçün əsas maneələrdən birisanitariya qovşaqlarının pis halda olmasıdır. Turistləri qəbul etmək istəyən evlərdə sanitariya qovşaqları və mətbəxlərin müvafiq səviyyədə təmir olunması üçün kiçik kreditlərin verilməsinə ehtiyac duyulur. Turistləri qəbul etmək arzusunda olan evlərə kredit ayrıldığı halda qısa müddət ərzində təmir-bərpa işlərini yerinə yetirmək olar. Paralel olaraq kənd əhalisi arasında kənd yaşıl turizmi barədə maarifləndirmə işinin aparılması, turizm marşrutlarının hazırlanması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə 4253 kənd yaşayış məntəqəsi vardır ki, bunun da böyük əksəriyyəti yaşıllıqlar qoynundaya dağlıq ərazilərdə yerləşən kəndlərdir. Bu baxımdan qeyd etmək olar ki, Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsi üçün potensial vardır.

Azərbaycan Respublikasında turizm sektorunun davamlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın 2.3.8 bəndində kənd, idman, ailəvi, xüsusi maraq kəsb edən və digər turizm növlərinin inkişafına dair tədbirlər həyata keçirilməsi qeyd olunur.

Həmin bənddə nəzərdə tutulan məsələlərin icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq ictimai birliklər və turizm şirkətləri ilə görüş keçirilmişilkin mərhələdə kənd turizminin inkişafına dair layihələrin həyata keçirilməsi təklif olunmuşdur.

Kənd turizmi layihəsinin icrasını təmin etmək məqsədilə həmin layihənin Türkiyənin TİKA və Almaniyanın GTZ təşkilatı ilə birgə həyata keçirilməsi nəzərdə tutulub. Ölkə daxilində bir çox sahədə baş verən inkişaf hər gün artaraq davam edir. Ölkəmizin gələcək inkişafını təmin etmək üçün gün turizm sektorunun genişlənməsinə xüsusi önəm verilir. Bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi çox vacibdir.

Ümid etmək olar ki, turizmin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşması yaxın gələcəkdə yaşıl turizmingeniş vüsət alacağına şərait yaradacaqdır.

 

Azərbaycanda yaşıl turizmin inkişafı üçün münbit şərait vardır

 

Turizm inkişaf etdikcə ölkə iqtisadiyyatına böyük təsir göstərir. Son illər dövlət səviyyəsində daxili turizmə yönəlmiş tədbirlər bu sahənin intensiv surətdə inkişafına imkanlar yaradır. Hazırda əyalətlərdə müasir tələblərə uyğun mehmanxanalar, kottec kompleksləri, digər istirahət mərkəzləri tikilib turistlərin istifadəsinə verilir. Lakin ölkəmizin iri sənaye mərkəzlərindən və xaricdən gələn insanlarda təbii kənd evində yaşayıb istirahət etmək arzusu var. Bu növ turistlər kənd həyatını dadmaqla yanaşı müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər.

Turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən vəsait tələb edir. Həmin vəsait onsuz da artıqlaması ilə kəndlinin özünə qayıdacaqdır. Belə ki, kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev (evin bir hissəsini, 1-2 otaqya bütünlüklə ev) və yemək (turistlərin istəyi ilə) təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstərmək, ev heyvanları və quşları bəsləmək üçün qısa müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər.

Əyalətlərdə yaşıl turizmin inkişaf etdirilməsində kənd əhalisinə yardımçı olmaq, onları müəyyən stereotiplərdən uzaqlaşdırmaq üçün yerli TV və mətbuatda çıxışlar etmək, insanlarla birbaşa ünsiyyətdə kənd yaşıl turizminin onlara və yaşadıqları ərazilərə maddiekoloji cəhətdən sərfəli olduğunu mütəmadi izah etmək gərəkdir.

Yoxsulluğun aradan qaldırılmasında, kənd icmalarında mütəşəkkilliyin artmasında və onların işgüzar fəaliyyətinin canlandırılmasında bu kimi layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Respublikamızın Lənkəran, Astara, Masallı, Yardımlı, habelə, Qəbələ və Göygöl rayonlarında 2006-2008-ci illərdə fərdi surətdə turizmə və turistlərə olan münasibət barədə sorğu keçirilmişdir. Sorğuda kənd əhalisində turizmə münasibətin müsbət olduğu və turistlərin kənd evlərində qalmaqları üçün heç bir etirazları olmadığı bəlli olmuşdur.

Turistləri kənd evlərində kortəbii yerləşdirmək düzgün olmazdı. Bu səbəbdən kənd ev sahibləri və onların ailə üzvləri turistlərə müvafiq xidmətlərin göstərilməsinə hazır olmalıdırlar. Bunun üçün isə kənd sakinlərinə elementar turizm təhsilinin keçirilməsinə böyük ehtiyac vardır. Turistlərin qəbulu, onların evlərdə yerləşdirilməsi, yataq dəstləri ilə təminatı, qida ilə təmin edilməsi, eyni zamanda, turistlərə ətraf ərazi barədə, yerli adət-ənənələr barədə məlumatların düzgün çatdırılması, onlara əlavə xidmətlərin (nəqliyyat, bələdçilik, tərcüməçilik, ovçuluqs.) göstərilməsi, həyətyanı təsərrüfatda sərbəst hərəkət etmələrinə şərait yaradılması, turistlərin fiziki və əmlak təhlükəsizliyinin təmin edilməsi qaydaları barədə təlimlər keçirilməlidir.

Kənd yaşıl turizminin Azərbaycanda sürətli inkişaf etdirilməsi üçün əsas maneələrdən birisanitariya qovşaqlarının pis halda olmasıdır. Turistləri qəbul etmək istəyən evlərdə sanitariya qovşaqları və mətbəxlərin müvafiq səviyyədə təmir olunması üçün kiçik kreditlərin verilməsinə ehtiyac duyulur. Turistləri qəbul etmək arzusunda olan evlərə kredit ayrıldığı halda qısa müddət ərzində təmir-bərpa işlərini yerinə yetirmək olar. Paralel olaraq kənd əhalisi arasında kənd yaşıl turizmi barədə maarifləndirmə işinin aparılması, turizm marşrutlarının hazırlanması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə 4253 kənd yaşayış məntəqəsi vardır ki, bunun da böyük əksəriyyəti yaşıllıqlar qoynundaya dağlıq ərazilərdə yerləşən kəndlərdir. Bu baxımdan qeyd etmək olar ki, Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsi üçün potensial vardır.

Azərbaycan Respublikasında turizm sektorunun davamlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın 2.3.8 bəndində kənd, idman, ailəvi, xüsusi maraq kəsb edən və digər turizm növlərinin inkişafına dair tədbirlər həyata keçirilməsi qeyd olunur.

Həmin bənddə nəzərdə tutulan məsələlərin icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq ictimai birliklər və turizm şirkətləri ilə görüş keçirilmişilkin mərhələdə kənd turizminin inkişafına dair layihələrin həyata keçirilməsi təklif olunmuşdur.

Kənd turizmi layihəsinin icrasını təmin etmək məqsədilə həmin layihənin Türkiyənin TİKA və Almaniyanın GTZ təşkilatı ilə birgə həyata keçirilməsi nəzərdə tutulub. Ölkə daxilində bir çox sahədə baş verən inkişaf hər gün artaraq davam edir. Ölkəmizin gələcək inkişafını təmin etmək üçün gün turizm sektorunun genişlənməsinə xüsusi önəm verilir. Bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi çox vacibdir.

Ümid etmək olar ki, turizmin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşması yaxın gələcəkdə yaşıl turizmingeniş vüsət alacağına şərait yaradacaqdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 25 sentyabr.- S. 7.