Beynəlxalq
ictimaiyyət Azərbaycanın haqq işini indi daha böyük qətiyyətlə
dəstəkləyir
ATƏT-in qiymətləndirmə
missiyasının işğal edilmiş ərazilərə səfəri
ərəfəsində ermənilər böyük təşviş
keçirirlər
Birləşmiş Millətlər
Təşkilatı Baş Assambleyasının 65-ci
sessiyası dünyanın ictimai-siyasi həyatında
xüsusi məqamlarla yadda qaldı. Əsas güc mərkəzlərinin
perspektiv istiqamətləri müəyyənləşdirmək
üçün tərtib etdikləri plan-proqramlarına
özünəməxsus təsir göstərən sessiya ermənilər
üçün də unudulmaz amillərlə tarixə
düşdü. Belə ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ilk illərində
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini
qulaqardına vuran, dünyanın ən böyük beynəlxalq
təşkilatının sənədlərinə hörmətsizlik
edən rəsmi İrəvan Baş Assambleyanın
sessiyasında səsləndirilən bir neçə cümlədən
sonra əməlli-başlı təşvişə
düşdü. Səsləndirilən fikirlər və
büruzə verilən təlaş nədən ibarət idi?
Sessiyanın
sentyabrın 23-də təşkil edilmiş iclasında Azərbaycan
Prezidenti İlham Əliyev öz çıxışında
ölkəmizin əsəs problemi olan Dağlıq Qarabağ
münaqişəsinin həll edilməmiş qalmasından
narahatlığını ifadə etdi. Prezident beynəlxalq
ictimaiyyətin nəzərinə bir daha çatdırdı
ki, Ermənistan rəsmiləri münaqişənin həll
edilməsi üçün vicdanla danışıqlar aparmaq əvəzinə
vəziyyətin daha da ağırlaşmasına
üstünlük verir: "Bu da öz növbəsində
gözlənilməz nəticələrə gətirə bilər".
Yəni Azərbaycan Prezidenti 100-dən çox dövlət
başçısının iştirak etdiyi auditoriyaya
söylədi ki, müstəqil Azərbaycan dövləti
öz ərazi bütövlüyünü bərpa etmək
üçün istənilən variantı məqbul sayacaq.
İlham Əliyevin həmin bəyanatından dərhal sonra -
sentyabrın 25-də Ermənistan Prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik
Şurasının iclasını çağırdı.
"Reqnum" informasiya agentliyinin verdiyi məlumata görə
iclasın gündəliyinə bircə məsələ daxil
edilmişdi: "Sərhədlərin təhlükəsizliyinin
təmin edilməsi strategiyası və dövlət sərhəd
kompleksinin idarə edilməsi". Məsələ
Şuranın iclasına elə tələm-tələsik gətirilmişdi
ki, guya BMT Baş Assambleyasının sessiyası qurtaran kimi Azərbaycan
hərbi müdaxiləyə başlayacaq.
Erməni ekspertlər yazırlar ki, Milli Təhlükəsizlik Şurasının iclasında sərhədlərin təhlükəsizliyinin təmin edilməsi strategiyası müzakirə edilsə də Ermənistan rəsmiləri ATƏT-in qiymətləndirmə missiyasının işğal edilmiş Azərbaycan ərazilərinə oktyabrın birinci yarısında gözlənilən səfərindən də böyük təlaşla danışıblar. Bu təlaş da əsassız deyil. Çünki Prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasında söylədiyi kimi ermənilər Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərimizdə Azərbaycanın mədəniyyəti və tarixi ilə bağlı olan hər şeyi yox etməyə çalışırlar. ATƏT rəsmilərinin əlində isə Azərbaycanın BMT-yə üzv olduğu dövrün rəsmi sənədləri, həmin ildən sonra işğal edilmiş ərazilərdə aparılan bədnam siyasət - türk-Azərbaycan yer adlarının və tarixi abidələrin erməniləşdirilməsi, mono-etnik dövlət yaradılması üçün yerli əhalinin qovulması, qırılması, islam dini ilə bağlı yerlərin tamamilə sökülüb dağıdılması, süni məskunlaşdırma tədbirləri və bir çox başqa eybəcərliklər barədə yetərincə məlumat vardır.
Bir müddət əvvəl Azərbaycan tərəfin Dağlıq Qarabağ münaqişəsi barədə məsələnin və qətnamə layihəsinin BMT Baş Assambleyasının gündəliyindən geri götürməsi İrəvanda birmənalı qarşılanmamışdı. Artyom Muradyan adlı siyasətçi BMT və ATƏT rəsmilərinin ünvanına şər və böhtan yağdıraraq söyləyirdi ki, onlar Azərbaycan rəhbərliyi ilə "bazarlıq ediblər". Guya rəsmi Bakı hələ qətnamə layihəsini BMT Baş Assambleyasının gündəliyinə çıxaranda belə məsələnin orada müzakirəsini istəmirmiş. Guya Azərbaycan rəhbərliyi həmin addımı atmaqla Dağlıq Qarabağa qiymətləndirmə missiyasının göndərilməsinə nail olmaq istəyirmiş. "Azərbaycan diplomatiyası növbəti dəfə erməniləri tələyə saldı" - deyən Muradyanın fikrincə, ATƏT rəsmilərinin işğal edilmiş ərazilərdə əldə etdiyi məlumatlar Bakıya təqdim edilərsə, Azərbaycan Ermənistanı mütləq Haaqa Məhkəməsinə verəcək. Muradyanın fikrincə, bundansa məsələnin BMT Baş Assambleyasındakı müzakirəsi Ermənistana daha çox sərf edərdi.
Yeri gəlmişkən, ATƏT-in rəsmi saytında Minsk qrupunun bu məsələ ilə bağlı bəyanatı yayılmışdır. Bəyanatda bildirilir ki, qiymətləndirmə missiyası Dağlıq Qarabağın ətrafındakı ərazilərdə oktyabrın 4-dən 14-dək olacaqdır. Bu barədə həm Azərbaycanın, həm də Ermənistanın xarici işlər nazirlərinə məlumat verilmişdir. Bəyanatda əlavə edilir ki, Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası hazırda Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarındakı vəziyyət barədə ətraflı məlumat alacaq və bu məzmunda xüsusi hesabat hazırlanacaqdır. Erməni siyasətçilərini narahat edən də məhz həmin xüsusi hesabat məsələsidir.
Başqa bir məqama diqqət yetirək. Rusiya Dövlət Dumasının
komitə sədri
Aleksey Ostrovskinin sentyabrın
23-də söylədiyi həqiqətlər
də Ermənistanda bomba kimi partlamışdır:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
beynəlxalq ictimai rəy Azərbaycanın tərəfindədir. Bütün dünya
Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir". Bu
həqiqəti Erməni
Ümumdünya Milli Hərəkatının İdarə
Heyətinin sədri
Aram Manukyan da söyləyib.
Ancaq cənab Ostrovskidən fərqli olaraq Manukyan öz fikirlərini daha böyük emosiya və təlaşla ifadə edib: "Əgər xalq ümumi şəkildə
ölkəni tərk edirsə, suverenlikdən danışmağa dəyməz.
Erməni xalqı sabaha
inamı olmayan, köməksiz (onun fikrincə hamı Azərbaycana kömək edir - red.) özünə
inanmayan xalqdır.
Bütün göstəricilər üzrə böyük tənəzzül var. Əgər
əvvəllər müxtəlif
hesabatlarda Ermənistan
75-90-cı yerlərdə qərarlaşırdısa,
indi bu göstərici
125-130-cu yerə kimi aşağı düşüb.
Bütün beynəlxalq qətnamələrdə
və hesabatlarda Ermənistanda mənfi, neqativ dinamika qeyd olunur". Manukyanın fikrincə, bütün bu amillər Dağlıq Qarabağ məsələsində Ermənistanın
öz istəyinə çatmayacağına zəmin
yaradır.
Bu gün Ermənistanın
işğalı altında
olan Dağlıq Qarabağa və digər rayonlara ATƏT-in
qiymətləndirmə missiyasının
göndəriləcəyi barədə
xəbər (əslində
həmin proses uzun müddətdir ki, beynəlxalq təşkilatların diqqət
mərkəzindədir) İrəvanda
böyük narahatlıqla
qəbul edilir. Ancaq erməni
ekspertlərinin fikrincə,
bundan da böyük bir narahatlıqla onlar hələ sentyabrın
15-də üzləşmişdilər.
"Reqnum" informasiya agentliyi yazır ki, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Robert Simmons sentyabrın 15-də İrəvanda
keçirilən mətbuat
konfransında erməni
jurnalistin sualını
cavablandırarkən sadəcə
fikir söyləməyib,
həm də bədnam qonşularımızın
belini qırıb.
Erməni jurnalisti soruşub
ki, Gümrüdəki
Rusiya hərbi bazasının bu ölkədə qalma müddətinin uzadılması
barədə Rusiya-Ermənistan
müqaviləsinin imzalanmasını
NATO- nun soyuqqanlılıqla qarşılaması necə
izah olunur? Cənab
Simmons bildirib ki,
NATO-nun hər üç
Qafqaz ölkəsi ilə balanslaşdırıcı
siyasəti mövcuddur
və biz o siyasəti
inkişaf etdirmək niyyətindəyik. NATO Ermənistanda Rusiya hərbi bazasının saxlanılmasına etiraz etmədiyi kimi Naxçıvanda Türkiyə
bazasının yerləşdirilməsinə
də müdaxilə etməyəcək. Ekspertlərin fikrincə, cənab Simmonsun bu ifadəsi
Ermənistanda qalmış
milyon yarım erməninin də ölkəni tərk etməsinə səbəb
olacaq.
Yeri gəlmişkən
əlavə edək ki, əvvəllər Ermənistanı müdafiə
edən və ya Dağlıq Qarabağ münaqişəsinin
ədalətli şəkildə
həllinə biganə
qalan bütün təşkilat və ölkələr indi artıq həqiqətin, yəni Azərbaycanın tərəfindədir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 30 sentyabr.- S.
3.