Leyli Məcnun” — 102

 

Bəşəri məhəbbətin həmişəyaşar abidəsi

 

Azərbaycan operasının sönməz ulduzu “Leyli və Məcnun” 102 ildir ki, səhnədədir. Dahi Üzeyir Hacəbəyovun Füzuli ölməzliyindən qaynaqlanan bu musiqili səhnə əsəri çoxminillik milli mədəniyyətimizin zirvələrindən biri olduğunu bir əsrdən artıqdır ki, sübuta yetirmişdir.

 

Ötən şənbə günü müğamsevərlər, operasevərlər və üzeyirsevərlər “Leyli və Məcnun”un ilk səhnə təcəssümünün 102-ci ildönümü ilə bağlı Milli Opera və Balet Teatrına toplaşmışdılar. Ənənəvi olaraq hər il tamaşanın doğulduğu tarixdə “Leyli və Məcnun” pərəstişkarlarını sevindirən teatr kollektivi növbəti sənət imtahanına da ciddi hazırlaşmışdı. İllərdən bəri Leyli və Məcnun rollarının ən parlaq ifaçıları kimi tanınmış xalq artistləri Nəzakət Teymurovanın və Mənsum İbrahimovun iştirakı ilə keçən tamaşaya yaxın-uzaqlardan nüfuzlu və ciddi sənətsevərlər toplaşmışdılar.

102 ildən bəri səhnəmizdən düşməyən, bəşəri məhəbbətin nakam qurbanlarının şərəfinə ucaldılan bu sənət abidəsinin builki tamaşasına milli muğam ifaçılığının müxtəlif nəsillərinin ən istedadlı təmsilçiləri böyük məsuliyyət və həyəcanla hazırlaşmışdılar. Məhz 102 il əvvəl böyük Həsən bəy Zərdabinin növbəti arzusuna rəğmən, qeyri-adi istedadı ilə xalqının xidmətinə gəlmiş gənc Üzeyir Hacıbəyov Şərqin ən populyar məhəbbət dastasına musiqi dili ilə yeni bir həyat bəxş etmişdi. Bununla türk-islam dünyasının ilk operası doğulmuş, nakam məhəbbətin xoşbəxt sənət taleyi start götürmüşdü.

Tamaşanın zəngi çalınıb, pərdə qalxanda onun hər iki tərəfində bu axşamın ehtişamına toplaşanlar orijinal, yaddaqalan bir tamaşanın baş tutacağına tam əmin idilər. Doğrudan da, həmin axşam milli operamızın ad gününə yığışanlar daha bir bənzərsiz tamaşanın şahidləri oldular.

Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın idarəsi ilə teatrın orkestri böyük Üzeyir bəy dühasına nəfəs verəndə paytaxtın bu şöhrətli sənət salonunu sürəkli alqışlar bürüdü. İnsan qəlbinin ən ülvi hissiyatınınməhəbbətin qönçələri olan Leyli ilə Məcnunun səhnədə görünməsi çağdaş tamaşaları min illər əvvəl olduğu kimi duyğulandırdı. Səhnələr, pərdələr bir-birini əvəz etdikcə Leyli Məcnunun milli muğam sənətimizin ecazkar dili ilə ifadə olunan bədbəxt taleyi salona toplaşanları haldan-hala saldı, zamanın yaramazlıqlarına qarşı mənəvi üsyana apardı.

Xalq artistləri Nəzakət Teymurova Mənsum İbrahimov 20 ildən bəri milli operamızın bu şahanə əsərində neçənci dəfə oynadıqlarını, şöhrət titullarını unudaraq ilk dəfə səhnəyə çıxırmış kimi bacarıq istedadlarını günün şərəfinə tam səfərbərliyə aldılar. Hər iki ünlü sənətçi öhdələrinə düşən bütün partiyaları yeni bir həvəs məharətlə ifa etdilər. XX əsrdə milli muğam operamızın ən tanınmış ifaçılarına populyarlıq sertifikatı vermişLeyli Məcnunun indiki tanınmış baş rol ifaçılarının bu axşam yenə zirvədə olduqlarını nümayiş etdirdilər.

Leylinin anasıkimi tanınan istedadlı muğam ifaçısı, əməkdar artist Sahibə Abbasova, Nofəl rolunun mahir ifaçısı, xalq artisti Şahlar Quliyev ölməz sənət əsərinin növbəti tamaşasının da yaddaqalan olmasına çalışdılar. Sənət aləminə muğam müsabiqələrinin qalibləri kimi daxil olmuş Elnur Zeynalov (Məcnunun atası), Təyyar Bayramov (İbn Səlam), Elşad Aydınoğlu (Şeyx), Nəzər Bəylərov (Zeyd), Afaq Ağayeva (Məcnunun anası) da Üzeyir bəy sənətinin incəliklərini diqqətlə öyrəndiklərini, “Leyli Məcnunun bir əsrlik bioqrafiyasına öz adları ilə düşməyə iddiaçı olduqlarını nəzərə çarpdırdılar. Məcnunun atası, əməkdar artist Nizami Bağırov isə Şərq musiqi palifoniyasını tamamlayan bas səsi ilə yenə öz rolunun bitkinliyinə nail oldu.

Tamaşa boyu orkestr səhnə ilə auditoriya arasındakı mövqeyinə uyğun olaraq, operanın mükəmməl musiqi səslənişini təmin etdi. Xalq rəssamı Hafiz İsmayılovun səhnə tərtibatı tarixi-coğrafi şəraitə, musiqi üslubuna uyğun dekorasiyalarla tamaşaya əlvanlıq gətirdi, əsərin ideya-məzmun cəhətlərini formaca tamamladı. Xormeyester Sevzixan Serderovun baletmeyster, əməkdar incəsənət xadimi Yulana Əlikişiyevanın müvafiq quruluşları daLeyli Məcnunun möhtəşəm sənət estafetinə layiq idi. Tamaşaçıların ən xırda detalları belə nəzərdən qaçırmayan reaksiyaları, alqışları bunu bir daha təsdiqlədi. Tamaşadan sonra aldığımız rəyləri oxuculara təqdim edirik.

Hafiz Quliyev, teatrın baş rejissoru:

— “Leyli Məcnunoperası bədbəxt bir süjet üzərində qurulsa da, onun sənət taleyi olduqca xoşbəxt olmuşdur. 102 ildir ki, bu opera milli musiqili səhnəmizin bəzəyidir. Teatrımız bununla sonsuz bir şöhrətə qapı açmışdır. Bu opera həm milli muğam ifaçılığı, həm musiqili səhnə üçün istedadları kəşf edən bir əsər kimi böyük rolunu bu gün uğurla davam etdirir.

Ulduz İmanova, Moskvada yaşayan jurnalist:

Yeni ili Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etmək üçün Bakıya gəlmişdik. Teatr afişalarına baxandaLeyli Məcnun”un şərəfinə daha bir neçə gün Vətəndə qaldıq. Leyli Məcnunbizi dünənimizə, bugünümünə sabahımıza qovuşdurdu.

Nəzakət xanımın Mənsum müəllimin ifaları bizi valeh etdi.

Qənimət Səfərov, sənətsevər:

Mən 30 ilə yaxındır ki, “Leyli Məcnun”a baxıram. Opera teatrımız bu əsərlə ildən-ilə irəli gedir. Şübhəsiz, Arif Babayev, Canəli Qurbanov bu gün Mənsum İbrahimovun ifasına yüksək qiymət verirlər. Mərhum Rübabə Muradova, Nəzakət Məmmədova, yəqin ki, Nəzakət Teymurovanın ifasından razı qalardılar. Sənətin gücü bundadırxalqın ruhunu nümayiş etdirir, onun istedadını yüksəklərə qaldırır. Leyli Məcnunhəmişə xalqımıza sənət sevinci yaşadacaq.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.-12 yanvar.- S. 6.