Ana dili mənəvi dünyamızın əsasıdır

 

Prezident Administrasiyasının rəhbəri, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində qaldırılan və ölkə ictimaiyyətinin diqqətini cəlb etmiş problemlər hər bir vətəndaşın, xüsusən ziyalıların ürəyindən xəbər verir.

 

Bu məqalənin ən böyük əhəmiyyəti, məncə, milli-mənəvi dəyərlərimizin qorunması, milli mentalitetimizə uyğun davranış qaydalarının bərqərar edilməsi istiqamətində irəli sürülən çağırışdır. Bu amillər efir məkanında səslənən proqramların yüksək peşəkarlıq səviyyəsi ilə müşayiət olunsa, daha ciddi nəticələr əldə etmək mümkündür.

Heç şübhəsiz ki, xalqımızın ən mühüm mənəvi dəyəri bizim ana dilimizdir. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sarsılmaz iradəsi sayəsində hələ sovet dövründən respublikamızın Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təmin olunmuşdur. Bu məsələ müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında da öz əksini tapmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son illər imzaladığı bir sıra sərəncamlarda cəmiyyətimizin həyatında dövlət dilinin rolunun möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Lakin bu sahədə hələ bəzi problemlər qalmaqdadır. Bu problemlər son dövrdə ölkəmizin mətbuat orqanlarının, radio-televiziya kanallarının reklamların dilində özünü göstərir. Dövrü mətbuatımızın dilində hərcmərclik, anlaşılmazlıq, o cümlədən, orfoqrafik, üslubi yanlışlıqlar, elmi məntiqi qüsurlar baş alıb gedir. Heç şübhəsiz ki, bu da bütövlükdə ədəbi dilimizin nüfuzuna, az da olsa, mənfi təsir edir.

Yuxarıda deyilənlərə aid qəzetlərin səhifələrindən götürdüyümüz bir neçə nümunə göstərmək yerinə düşərdi. Məsələn: “Burada iki bir bloklu bir bina tikiləcəkdir”. Bu cümlə üslubi baxımdan belə olmalıdır. “Burada hərəsi bir bloklu iki bina tikiləcəkdir”. Yaxud, “Spiker dünənki iclasda parlamentdəki hüquqşünas qıtlığından söhbət açdı”. Bu cümlə məntiqi faktik baxımdan qüsurludur. Birincisi, “Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsinə görə, Azərbaycan Respublikasının Milli Məclisi onun sədrini onun müavinlərini seçir. Deməli, ölkənin bütün vətəndaşları kimi jurnalistlər ölkəmizin Ali Qanununa — “Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməlidir. Jurnalistlərin Konstitusiyada nəzərdə tutulanSədrsözü əvəzinəSpikersözünü işlətməsi ölkənin Ali Qanununu ya bilməməkdən ya da biganəlikdən başqa biri şey deyildir.

Başqa bir misal: “Fransada cəmi 283.4000 min (bu rəqəmin oxunuşu belədir: 283.400.000) erməni yaşayır”. Bu cümlədə fakt yersiz olaraq şişirdilib. Çünki Fransada ermənilərin sayı 283.400 nəfər olduğu halda, həmin fakt min dəfə artıq hesablanıb nəticədə ermənilərin sayının səhvən “283.400.000" olduğu oxucuların nəzərinə çatdırılıb.

Biz hələ 1990-cı illərin axırlarında şəhərimizin küçə meydanlarına verilən adlar barədə yazmışdıq, Zığ kəndinin yaxınlığındakı hərbi məktəblər yerləşən küçə Naximov küçəsi adlandırılır. Kimdir Naximov? Naximov türklərə qatı düşmənçilik münasibəti bəsləyən rus admiralıdır... Təəssüf ki, həmin küçənin adı bu günə kimi dəyişdirilməyib. Necə ola bilər ki, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi Naximovun adını daşıyan küçədə yerləşmiş olsun? Həm hərbi məktəbə gələn zərfin üzərində əvvəlcə Naximovun adı, sonra isə Heydər Əliyevin adı yazılsın. Elə buradaca yada düşür ki, Azərbaycan Hökumətinin yerləşdiyi ünvan da M.Lermontov küçəsi adlanır. Əlbəttə, bu barədə düşünməyə dəyər...

Şifahi ədəbi dilimizlə bağlı problemlər ölkəmizdə efirə verilən teleradio verilişlərində orfoepik (ədəbi tələffüz) danışıq normalarına riayət edilməməsi ilə özünü büruzə verir. Şifahi ədəbi dilimiz üçün səciyyəvi olan bütün qaydalar normalar da hamı üçün eyni dərəcədə məcburi olmalıdır. Odur ki, hər bir fərd bütün danışıqlarında nitqində şifahi ədəbi dilin normalarına riayət etməlidir. Bu mənada efir verilişlərinin dili şifahi ədəbi dilimizin ümumişlək xarakterinə üslubuna uyğun olmalıdır. Çünki gənclərimiz şifahi ədəbi dilin normalarını ahəngdarlığını məktəbdə müəllimlərindən, məişətdəailədə isə valideynlərindən, həmçinin, radio televiziya verilişlərindən öyrənməli onlardan örnək kimi bəhrələnməlidirlər...

Təxminən son iyirmi ildə ölkəmizdə demokratik islahatların həyata keçirilməsi ilə əlaqədar olaraq, bir sıra yeni radio-televiziya kanalları yaradılmışdır. Bu isə hər şeydən əvvəl, jurnalistika sahəsinə qeyri-peşəkarların axınının artmasına səbəb olmuşdur. Şübhəsiz ki, bu da verilişlərin bir çox qüsurlarla səslənməsinəimkanlaryaradır... Onların nitqində ismin yönlük təsirlik hal şəkilçisinin yeri çox tez-tez qarışdırılır, heca vurğusunun məntiqi vurğunun yeri daim qarışıq salınır, üslub qüsurlarına həddindən artıq yol verilir...

Aparıcıların əksəriyyəti doğma Ana dilimizi dərindən bilmədiklərindən öz çıxışlarında yersiz olaraq, alınma sözlərə çox yer verirlər. Məsələn, “Gülnarə super yekdircümləsinə nəzər salaq. Dilimizdə gözəl səslənənyaxşı, əlabirincidirsözləri ola-olasuperyekdirsözlərini işlətmək kimə lazımdır. Görəsən, rəhmətlik Mirzə Cəlil demişkən, aparıcılar Ana dilimizdəGülnarə birinci yer tutduifadəsini işlətməkdən niyə utanırlar...

Yaxud, “Cənab Ukrayna Respublikasının Prezidenti Viktor Yuşşenkoifadəsinə nəzər salaq: Bu ifadədəUkrayna Respublikasının PrezidentiPrezident Yuşşenkoolmaqla iki məzmun öz əksini tapmış olur. Yuxarıdakı ifadədəcənabsözü üslubi baxımdan öz yerində işlədilməmişdir. Məlumdur kicənabsözü özünün məna tutumu ifadə etdiyi bütün məna çalarları ilə şəxsiyyətə aid olub, adı çəkilən şəxsdən əvvəl işlənməli idi. Yəni, həmin ifadə bütövlükdəUkrayna Respublikasının Prezidenti cənab Viktor Yuşşenkoşəklində olmalı idi...

Müğənni xanəndələrin efirdəki çıxışlarında həm yazılı, həm şifahi ədəbi dilimizin normativ qaydaları, eləcə musiqinin ecazkar ahəngi bir ritm, bir səs tonu altında elə birləşməli, elə bütövləşməlidir ki, dinləyicilər efirdə səslənən mahnının həm mətnini anlaya bilsin, həm həmin mahnının musiqisinin ecazkar sədalarından mənəvi zövq alsın. Təəssüf ki, efirimizdə yüksək səviyyəli musiqi verilişləri, konsertləri ilə yanaşı, bəzən aşağı səviyyəli müğənni xanəndələrin çıxışlarına da təsadüf etmək olur. Məhz bunun nəticəsidir ki, efir məkanında müğənni xanəndələrin çıxışlarında istər mahnı mətninin təhrif olunması, istərsə mahnının musiqi ahənginin pozulması halları tez-tez özünü göstərir.

Bundan başqa, teleradionun verilişlərində həm tez-tez tələffüz üslub qüsurlarına yol verilir. O cümlədən, “Muğam televiziya müsabiqəsiifadəsi gəlişi gözəl ahəngdar səslənsə elmi, məntiqi linqvistik baxımdan qüsurludur. Bu ifadə əslindəTeleviziya muğam müsabiqəsiolmalıdır. Çünki müsabiqə televiziyalar arasında yox, “muğam ifaçılarıarasında keçirilir. Bu müsabiqənin nəticələri hamının alqışını qazandı. Ölkəmiz müstəqillik qazandıqdan sonra teleradio verilişlərində siyasi müstəqilliyi xalqımızın mənəvi dünyası, yəni incəsənəti musiqisilə qarışıq saldılar. Beləliklə “SMS”lərlə (pul toplamaqla) yaradıcılıq sahələrinin onlarla, bəlkə , yüzlərlə yeni-yeninümayəndəsimeydana çıxdı. Onlar öz yaradıcılıqlarında həmşairliyi”, həmbəstəkarlığı”, həm müğənniliyibirləşdirib, “bir növ” “möcüzəyaradıblar.

Bizim mülahizələrimizə görə, SMS-lərləİlin müğənnisikimi fəxri adların incəsənət sahəsində qeyri-peşəkarlara verilməsi məqbul sayıla bilməz. İncəsənətdə ustalıq dərəcəsi SMS-lərin çoxluğu ilə yox, müğənninin istedadına peşəkarlığına görə verilməlidir.

Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, Azərbaycanın efir məkanındakı, dövri mətbuatdakı reklam bazarındakı dilimizlə bağlı hərc-mərcliyə, nöqsanlara qüsurlara son qoymaq məqsədilə həm efir məkanında mədəniyyətimizin mənəviyyatımızın keşiyində ayıq-sayıq duran bədii şuranın, həm Ana dilimizin saflığının tətbiqi işinin qorunmasına nəzarət edən dil qurumunun yaradılmasının vaxtı çoxdan çatmışdır.

 

 

Mədəd ÇOBANOV,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2010.- 17 yanvar.- S. 7.