Şəhidlərin xatirəsi unudulmayacaq

 

Azərbaycanın bütün təhsil müəssisələrində 20 Yanvar faciəsinin 20-ci ildönümü qeyd olundu. Xalqımızın azadlıq mübarizəsində öz yeri olan bu hadisənin tarixi dərsləri heç zaman unudulmayacaq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verildi onun əsl səbəbkarları ortaya çıxarıldı.

 

20 Yanvar hadisələrində şəhidlər verdik. Ancaq xalqımızın müstəqillik uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədilik daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri ilə deyil, həm də ibrət dərsləri ilə unudulmamalıdır. Bu gün yetişməkdə olan nəslə bu hadisələrin mahiyyəti bütün təfsilatı ilə çatdırılmalıdır.

Dünən Bakının 5 saylı peşə liseyində 20 Yanvar hadisələrinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə bu barədə geniş söhbət açılmışdır. İlkin olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Mərhəmət Aslanova öz çıxışında bildirdi ki, bu hadisələr bir daha göstərdi ki, bolşevik rejiminin riyakar təbliğat vasitələrininyenilməz birlik”, habelədostluq qalasıkim qələmə verdiyi Sovet İttifaqı, zahirəngüclü vəhdəttəsiri oyatsa da, əslində, daxilən çürük, mənəvi dəyərlər baxımından şikəst, inzibati-amirlik üsulları ilə idarə olunan, zorakı, ədalətsiz bir quruluşdur. 20 Yanvar ondan sonra ötən günlərin ən böyük tarixi dərsi ondan ibarətdir ki, xalqısmız XXI əsrə ümidlərlə qədəm qoyaraq qarşıya çıxan bütün maneələri aradan qaldıraraq müstəqillik yolunda inamla addımladı.

Mərhəmət xanım ulu öndərin ideyalarını bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyindən danışdı.

Məktəbin şagirdlərinin hazırladığı ədəbi kompozisiya tədbir iştirakçılarını daha çox təsirləndirdi. Şagirdlərdən birinin dediyi şeir parçasına diqqət yetirin:

 

Torpağından güc aldıqca qolum, hey!

Türk oğluyam, heç qorxutmaz ölüm, hey!

Azad günlər görəcəkdir, elim, hey!

Mən bu yolda şəhidliyə gəlmişəm,

Torpağımı qorumağa gəlmişəm!

 

1-ci, 2-ci sinif şagirdləri üçün elə gözəl şeir parçaları seçilmişdi ki, hər biri Vətən, torpaq, qəhrəmanlıq notları ilə yoğrulmuşdu. Bu balaca fidanların səsləndirdikləri şeir parçaları adamı, həqiqətən, duyğulandırırdı.

Aparıcının dediyi bu sözlərə, doğrudan da, laqeyd qalmaq olmur: “Yanvar ayı, qar ayı, təmizlik ayıdır. Ancaq Azərbaycan üçün yanvar ayı matəm ayı, faciə ayı oldu”.

Aparıcılar o gecə baş vermiş dəhşətli hadisələrdən danışdılar. Dedilər ki, imperiya xalqımızı qanına qəltan etdi. Azərbaycanın səsinə səs verən olmadı. Təkcə ulu öndərimiz Moskvada Azərbaycan Nümayəndəliyinə gələrək, imperiyanı, onun başçılarını Azərbaycana qarşı törətdikləri görünməmiş cinayətə görə ittiham etdi elə hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə siyasi-hüquqi qiyməti ulu öndər verdi.

Tədbirin keçirildiyi yerə düzülmüş qərənfillər 20 Yanvar gününün ab-havasını yaradırdı.

Bu məktəbdə keçirilən tədbir bir daha göstərdi ki, 20 ildən sonra biz şəhidlərimizi unutmuruq, onların əziz xatirəsini yaşadan yeni nəsil yetişir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 20 yanvar.- S. 7.