Şəhidlər unudulmur

 

Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bu günkü nəsli , gələcək nəsilləri bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

20 Yanvar faciəsinin 20-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi Respublika Mədəniyyət Turizm Nazirliyi Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbində geniş qeyd olunmuşdur.

Bu münasibətlə məktəbin gənc rəssamlarının işlərindən ibarət adlı sərgi açılmışdır. Vətənin müstəqilliyi suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgidə gənc rəssamların rəngkarlıq işləri bura gələn hər kəsin diqqətini cəlb etmişdir. Sərgini giriş sözüylə açan məktəbin direktoru Elxan Məmmədov təəssüf hissilə bildirdi ki, bu cinayətə hələ beynəlxalq müstəvidə hüquqi qiymət verilməmişdir. 20 yanvar faciəsinin hər il məktəbdə qeyd olunması bir ənənəyə çevrilib açıqlayan gənc rəssamlar, bu faciəni görməsələr , əsərlərində əks etdirmələri ölkəmizin müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarına olan hörmət ehtiramdan irəli gəlir.

Sərgidə gənc rəssamların simvolik olaraq 20 rəngkarlıq işi nümayiş olundu. Sərgiyə dəvətli qonaqlar sırasında respublikanın tanınmış rəssamları, mədəniyyət elm xadimləri, eləcə gənc rəssamların valideynləri iştirak edirdi. 2 saylı Uşaq İncəsənət Məktəbi rəsm şöbəsinin müəllimi Azərbaycan Rəssamlar İttifaqının üzvü Nizami Atayev gənc rəssamların ölkədaxili, eləcə beynəlxalq müsabiqələrdə uğurla iştirak etdiyini bildirdi.

Lalə Babayevanı (V sinif) “20 yanvar”, Fatimə Əbilovanı (V sinif), “Dünya göz yumur”, Elvin Şahməmmədov (III sinif) “Sovet ordusunun Bakıya basqını”, Ülkər Əmirovanın (III sinif) “Erməni qəddarlığı”, Sevinc Məmmədovanın (II sinif) “Ana fəryadı”, Ülkər ƏliyevanınErməni vəhşiliyi digər əsərlər sərgiyə gələnləri bir daha o müdhiş günlərə qaytardı. İstər-istəməz düşünürsən ki, 20 Yanvar faciəsi Azərbaycan xalqı tarixinə təkcə faciə kimi yox, eyni zamanda xalqımızın azadlıq müstəqillik mübarizəsinin ən şanlı qəhrəmanlıq səhifəsi kimi həkk olunub.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2010.- 21 yanvar.- S. 5.