Bilik yeganə meyardır

 

Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Memarı ulu öndərimiz Heydər Əliyev olan müasir təhsil quruculuğunda möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə geniş islahatlar həyata keçirilir və Azərbaycan təhsili Avropa təhsili məkanına sürətlə inteqrasiya edir.

 

İlk ali pedaqoji təhsil ocağı kimi fəaliyyətə başlayan və özünün şərəfli ənənələri ilə fərqlənən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) təhsil sahəsində qazandığı uğurları ilə bu islahatın ön sıralarında gedir. Uzun illərdən qazandığı elm və təhsil məbədi imicini qoruyub saxlayır. ADPU indiyədək Azərbaycana 110 mindən artıq məzun vermişdir. Xalqımızın fəxr etdiyi tanınmış alimlər, yaradıcı ziyalılar, ictimai və dövlət xadimləri Yusif Məmmədəliyev, Heydər Hüseynov, Şixəli Qurbanov, Həsən Abdullayev, Süleyman Rəhimov, Həmid Araslı, Mehdi Mehdizadə, İsmayıl Şıxlı və onlarca başqaları ADP-nu bitirmişlər.

Universitetimizin uğurları ilk növbədə ümummilli lider Heydər Əliyevin adi və fəaliyyəti ilə bağlıdır. Dəfələrlə ADPU-da olan ulu öndər bu ali təhsil ocağının 60 illik yubileyi ilə bağlı təntənəli mərasimdəki dərin məzmunlu çıxışında demişdir: “Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar bazasına çevrilmişdir”.

Pedaqoji Universitet olkəmizdə ümumtəhsil, orta ixtisas və peşə məktəbləri üçün pedaqoji və elmi-pedaqoji kadrların hazırlanması sahəsində fəaliyyət göstərən ən böyük təhsil müəssisəsi və ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır.

Hazırda ADPU-ya ömrünün çoxunu Azərbaycan elminin, təhsilinin inkişafına ,elmi və pedaqoji kadr hazırlığına həsr edən AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov rəhbərlik edir. Məhz rektor Y.Məmmədovun səyi nəticəsində qocaman elm və təhsil ocağında sağlam ab-hava yaranmış, imtahanlarda tələbələrin hazırlıq səviyyəsinin qiymətləndirilməsində yeganə meyar olaraq bilik götürülür. Bunun üçün hər cür şərait yaradılmışdır. İmtahanların gedişi zamanı yol verilən nöqsanların araşdırılaraq yerindəcə aradan qaldırılması üçün universitetimizdə Təhsil Nazirliyinin “Qaynar xətti”ilə daimi əlaqə təşkil edilib. Eyni zamanda universitetin alim və mütəxəsislərindən ibarət fakültələr üzrə münaqişə komissiyaları yaradılıb. Universitetin bütün korpuslarında şikayət və təkliflər qutusu qoyulub. Şikayətlər operativ olaraq hər gün araşdırılır və lazımi tədbirlər görülür. İmtahanlarda obyektivliyi təmin etmək üçün bütün fakültələrdə kollekviumlar keçirilir. Universitetimizdə bütün kurslarda imtahanlar və Dövlət Attestasiya imtahanları test ilə kompyuter vasitəsilə aparılır.

Kadr hazırlığı sahəsində xüsusi rolu olan 49 tədris, 5 elmi-tədqiqat laboratoriyası, 12 fənn kabinəsi, 10 rəsm, 5 tədris emalatxanası, zoologiya muzeyi, 700 min nüsxədən çox dərslik və dərs vəsaiti, elmi-texniki və bədii ədəbiyatı özündə cəmləşdirən kitabxana, ümumi həcmi 500 yerlik 3 oxu zalı, 75 nömrədən ibarət daxili elektron telefon stansiyası, 200 yerlik tələbə yeməkxanası, professor – müəllim heyətinə xidmət üçün 40 yerlik yeməkxana fəaliyyət göstərir.

İndi universitetimizin qış imtahan sessiyası başlanmışdır. 10 fakültənin əyani qiyabi şöbələrinin bakalavr pilləsində 8000-ə yaxın tələbə, ,magistratura pilləsində 10 istiqamət, 33 ixtisas üzrə 670 magistrant qış imtahanları verirlər. Tələbələrin dərslərdə əlavə məşğələlərdə müntəzəm iştirak etmələri bizə belə deməyə tam əsas verir ki, qış imtahan sessiyası da əvvəlki sessiyalar kimi Təhsil Nazirliyinin müvafiq təlimatına uyğun şəkildə obyektiv başa çatdırılacaqdır.

Azərbaycan Dövlət Pedaqoji Unversiteti qardaş Türkiyə Cümhuriyyətinin Hacəttəpə Unversiteti ilə dostluq əlaqəsi saxlayır. ADPU-da 90-dək Türkiyə vətəndaşı 4 ixtisas üzrə ali-pedaqoji təhsil alır. Azərbaycan Dövlət Pedaqoji Universiteti Avropa Müəllim Hazırlığı Proqramları Təşkilatına üzv qəbul olunmuşdur.

ADPU Baloniya prosesinə qoşulmaqla Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasında fəal mövqe tutur. Unversitetin bütün fakültələrində tədris kredit sistemi ilə aparılır.

Nüfuzlu alim, gözəl təşkilatçı rəhbər Yusif Məmmədov şəffaflıq demokratikliyi tətbiq etməklə tələbələri təhsilə həvəsləndirdiyi kimi, alim müəllimləri qiymətləndirməyi diqqətdə saxlayır. İlin alimi”vəİlin müəllimiadlı müsabiqənin təşkili artıq ənənə halını alıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım ƏliyevanınYeniləşən Azərbaycana yeni məktəbçağırışına qoşulan ADPU, bu sahədə öz üzərinə düşən vəzifəni yerinə yetirməyi, yeni məktəblər üçün müəllim kadrlarının hazırlanmasında keyfiyyət üstünlüyünə nail olmağı başlıca vəzifə sayır.

Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir, – deyən olkə Prezidenti İlham Əliyevin diqqət qayğısını unversitetimizin kollektivi hər zaman hiss edir. Belə ki,ötən illərdə unversitetin 40 nəfər professor müəllimi müxtəlif fəxri adlara,o cümlədən 3 nəfər Prezident təqaüdünə layiq görülüb. Sevindirici haldır ki, 2009-cu ilin son günlərində Azərbaycanda bədən tərbiyəsi idmanın imkişafında, tədrisi təbliğində xidmətlərinə görə universitetimizin idman klubunun sədri, dosent, əməkdar məşqçi Gülbaba Quliyev hörmətli Prezidentimiz İlham Əliyevin fərmanı iləƏməkdar bədən tərbiyəsi idman xadimifəxri adına laiq görülmüşdür.

Qarşıdan Azərbaycanın görkəmli elm ocağının 90 illik yubileyi gəlir. ADPU-nun çoxsaylı professor-müəllim tələbə kollektivi öz işini günün tələblərinə uyğun quraraq təhsildə qazandığı uğurlarla bu əlamətdar günü qarşılamağa hazırlaşır.

 

 

Sultanəli QURBANOV,

fizika-riyaziyyat elmləri namizədi,

dosent

 

Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 6.