Badamdar qəsəbə nümayəndəliyi
hesabat verir
Ölkə rəhbərliyinin paytaxtımız
Bakı şəhərinə və onun ətraf qəsəbələrinə
olan diqqət və qayğısı nəticəsində son
vaxtlar Səbail rayonu, o cümlədən günbəgün
inkişaf edən Badamdar qəsəbəsində də xeyli
işlər görülmüşdür. Səbail Rayon
İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə
nümayəndəliyinin 2009-cu ilin yekunlarına həsr
olunmuş və Səbail rayonunun rəhbərliyi,
hüquq-mühafizə orqanlarının, təsərrüfat
xidmətlərinin rəhbərlərinin, təhsil
işçilərinin, iş adamlarının, ziyalıların,
ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin,
qəsəbə sakinlərinin iştirakı ilə
keçirilən hesabatında il ərzində qəsəbədə
görülmüş işlərdən söz
açılmış, qarşıda duran vəzifələrin
həyata keçirilməsi yolları müzakirə
olunmuş və 2009-cu il üçün konkret tədbirlər
müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə
çıxış eədən Səbail Rayon İcra
Hakimiyyəti başçısının Badamdar qəsəbəsi
üzrə nümayəndəsi Nurəddin Abbasov
bildirmişdir ki, 2009-cu il ərzində Badamdar qəsəbəsində
Heydər Əliyev adına istirahət parkında cari təmir
işləri aparılmış, 3-cü yaşayış
massivində, Salyan yolu ilə Tofiq Məmmədov küçəsini
birləşdirən 3 kilometr uzunluğunda yeni yol çəkilmiş
və bura 21 min kvadratmetr asfalt salınmışdır. Bağlar,
Nurəddin Paşayev küçələrinə və
abadlaşdırılan həyətlərə 5500 kvadratmetr
yeni asfalt örtüyü salınmışdır.
Qəsəbədə və
ətraf ərazilərdə iməcliklər
keçirilmiş, bu zaman 1500 ağac, gül və dekorativ kol
əkilmiş, 25 ədəd yeni zibil meydançası
tikilmiş, əlavə 96 ədəd zibil qutusu qoyulmuş,
meydançalara asfalt örtüyü çəkilmişdir. Göyüş
Qarayev küçəsində kanalizasiya xətti dəyişdrilərək
yenidən çəkilmiş və yeni kanalizasiya quyuları
tikilmiş, Badamdar şosesində istinad divarının 1200
metr uzunluğunda olan hissəsi hörülərək 2640
kvadratmetr divara yeni suvaq vurulmuşdur.
Səbail rayonunun qəsəbə və yaşayış sahələrində, məhəllə və həyətlərində abadlıq işlərinin aparılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən “Abad həyət” layihəsi hazırlanmış və avqust ayından etibarən qəsəbədə onun icrasına başlanmışdır. Qəsəbədəki Tofiq Məmmədov küçəsi 9, 22, 21/7, İqor Abayev küçəsi 5 ünvanlardakı həyətlərdə əsaslı təmir-abadlıq işləri aparılmış, süni yaşıl örtüklü mini futbol meydançaları, söhbətgahlar, skamyalar, kiçik yaşlı uşaqlar üçün əyləncə qurğular quraşdırılmış və həyətlər asfaltlaşdırılmış, divarlar suvanaraq rənglənmiş, binaların blok qapıları yeniləri ilə əvəz olunmuşdur. Həyətlərdə zibil meydançası tikilərək bura yeni konteynerlər qoyulmuş, avtomobillərin saxlanması üçün yerə beton örtüyü çəkilmişdir.
Rayon icra hakimiyyətinin başçısının qəsəbənin məhəllələrində keçirdiyi açıq qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alınaraq Badamdar qəsəbəsində yeni xeyir-şər yerinin tikintisi layihələndirilmiş və binanın inşasına başlanmışdır.
Rayon Qaz İstismar İdarəsi tərəfindən idarənin daxili imkanları çərçivəsində təbii qaz təchizatının yaxşılaşdırılması üçün korroziyaya uğramış və ya sıradan çıxmış müxtəlif təzyiq və diametrli 880 poqonometr qaz kəməri dəyişdirilmiş, 2 ədəd qaztənzimləyici şkaf quraşdırılmış, qaz sızmalarının qarşısı alınmışdır.
Səbail Rayon Enerji Satış və İstismar İdarəsi tərəfindən ilin əvvəlindən Badamdar qəsəbəsində 1035 metr kabel xətti və 6000 metr naqil çəkilmiş və ya dəyişdirilmişdır. Qəsəbənin yaşayış massivlərində tam sayğaclaşma başa çatdırılmış, massivdə və hərbi şəhərcikdə 10 kv-luq şəbəkə qurulmuş, 1-ci yaşayış massivində SİP xətti çəkilmişdir. Badamdar qəsəbəsi Bağlar küçəsindəki 6 kv-luq transformator şəbəkənin daxili imkanları hesabına daha tutumlusu ilə əvəz olunmuşdur. Qəsəbədəki 4 transformator məntəqəsi əsaslı təmir olunmuş, 1 yeni transformator məntəqəsi istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhaliyə ucuz kənd təsərrüfatı məhsullarının satışının təşkili məqsədi ilə qəsəbədə hər həftə açıq meyvə-tərəvəz yarmarkasının keçirilməsi təşkil olunmuş və öz məhsulunu satmaq üçün bura gələn fermerlərə lazımi şərait yaradılmışdır. Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır.
A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, hazırda Badamdar qəsəbəsində mədəniyyət evinin əsaslı təmiri aparılır, sakinlər üçün xeyir-şər yeri tikilir, Neftçilər küçəsində yeni istirahət parkı salınmışdır. “Abad həyət” layihəsi çərsivəsində daha bir məhəllənin abadlaşdırılması başa çatmış, bu istiqamətdə işlər davam etdiriləcəkdir.
R.TAHİR
Xalq qəzeti.- 2010.- 29 yanvar.- S. 6.