Balakəndə “Gənclər
Günü” qeyd edilib
Rayondakı “Nərmin” şadlıq sarayında
“2 fevral - Gənclər
Günü”nə həsr
edilmiş “Gənclik bu gündən sabaha körpüdür” adlı tədbir keçirilib. Buraya toplaşanlar əvvəlcə
foyedə rayon məktəblərində təhsil
alan istedadlı uşaqların əl işlərindən ibarət
sərgiyə tamaşa
ediblər. Giriş sözü ilə çıxış edən
rayon gənclər və idman idarəsinin
rəisi Rasim Paçalov balakənli gəncləri bayram münasibətilə təbrik
etdi.
O, yola
saldığımız 2009-cu ildə rayonun ictimai-siyasi həyatında
gənclərin rolu və bu möhtəşəm işlərin
həyata keçirilməsində həmişə onların
öndə olduğunu xüsusi vurğuladı. Bildirdi ki,
Dövlət Proqramının (2004-2008-ci illər) icrasında
da gənclərin öz əməyi, öz töhfəsi olub.
Daha sonra rayon icra hakimiyyəti başçısının təhsil,
səhiyyə və mədəniyyət məsələləri
üzrə müavini N.Rüstəmova, rayon təhsil
şöbəsinin müdiri S.Kərimov, Uşaq
Yaradıcılıq Mərkəzinin direktoru S.Qurbanəliyeva,
“N” saylı hərbi hissənin əsgəri Ə.Məmmədov
və başqaları çıxış edərək
ölkə rəhbərliyinin gənclərə xüsusi diqqət
göstərdiyindən, həyatımızın bütün
sahələrində onların fəal iştirakından
danışdılar, öz təbriklərini gənclərə
çatdırdılar.
Tədbirdə il ərzində
rayonda keçirilən idman yarışlarında, intellektual
oyunlarda, təhsildə, rayonun ictimai-siyasi həyatında fəal
iştirak edən və fərqlənən gənclərə
Fəxri Fərman və hədiyyələr təqdim olundu.
Tədbirin sonunda gənc
musiqiçilərin iştirakı ilə geniş bayram
konserti oldu.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 2 fevral.- S. 3.