Radikal müxalifətlə
xalqın arasında dərin bir uçurum vardır
Aprelin 2-də bir bir daha əmin
oldum ki, cümlə-cahan dəyişsə də Azərbaycandakı
radikal müxalifət yenə əvvəlki kimi korafəhm,
dağıdıcı, Vətən, dövlətçilik
anlayışından çox-çox uzaq olan qeyri-yetkin
ünsürlərdən ibarətdir. Həyasızlıq o dərəcəyə
çatıb ki, son vaxtlar qondarma və qanunsuz bir qurum-
İctimai Palata yaradıb ictimaiyyətin adından
danışmağa başlayıblar.
Asudə
vaxtım olanda heyrətamiz səliqə-sahman
yaradılmış Fəvvarələr meydanında və Dənizkənarı
bulvarda gəzməyi çox sevirəm. Dünən iş
günü olmadığından yenə dostlarımla gəzməyə,
təmiz hava almağa çıxmışdım. 100-150 nəfərlik
bir dəstənin isterik bağırtısını,
küçədəki müxtəlif obyektlərin
şüşələrini sındırmasını,
xuliqanlıq hərəkətlərini görəndə,
doğrusu, çox əsəbləşdik. Mənim 60-a
yaxın yaşım var. 1988-ci ildə başlayan mitinq və
nümayişləri yaxşı xatırlayıram,
özüm də bu aksiyaların iştirakçısı
olmuşam. İsa Qəmbər, Pənah Hüseyn o vaxtlar
tribunadan həyasızlıqla bəyan edirdilər ki, hakimiyyəti
ələ alan kimi hər bir vətəndaşın problemlərini
həll edəcəyik, insanlar rifah içində
yaşayacaqlar. Bu adamlar əliyalın, günahsız
insanları 1990-cı ilin yanvarında təpədən
dırnağadək silahlanmış sovet əsgərlərinin,
tanklarının qarşısına çıxardılar,
özləri isə qaçıb gizləndilər. Əsgərlər
Bakı küçələrində xalqın qanını
tökəndə onları sovet tanklarının
qabağına çıxaran İsa Qəmbər
yazıçı Yusif Səmədoğlunun evində cay
içib dincəlirdi. 1992 - 1993-cü illərdə hakimiyyətə
gələn AXC-Müsavat cütlüyü xalqa heyvan yemindən
"çörək" verirdi. Çörək növbələrində
ölən və şikəst olan
soydaşlarımızın yaxınları indi də
ağrı-acılarını unutmayıblar.
Əli
Kərimli o vaxt xalqa divan tutan AXC-Müsavat rejiminin dövlət
katibi idi. Bir il ərzində xalqı, ölkəni qarət edən
qaragüruhçu rejim Kəlbəcəri düşmənə
təslim edəndə belə bir iddiada bulunurdu ki, artıq Ermənistanın
işğalçı dövlət olmasını beynəlxalq
aləmdə sübut edəcək, işğala son
qoyacağıq. AXC-Müsavat hakimiyyətinin ölkəyə
vurduğu yaralar bu gün də sağalmayıb, torpaqlarımız
hələ də işğal altındadır. İsa Qəmbərlərin,
Əli Kərimlilərin ləyaqətləri olsa idi, ölkəni
çoxdan tərk edib gedərdilər. Ancaq nə yazıq ki,
qaragüruh yenidən hakimiyyəti ələ almaq,
ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin
gərgin səyləri hesabına yaradılmış
sabitliyi, əmin-amanlığı pozmaq,
inkişafımıza əngəl olmaq, Azərbaycanı yenə
öz ağalarının cənginə vermək fikrinə
düşüb.
Əli
Kərimli və İsa Qəmbər anlamalıdırlar ki, bu
gün ərəb ölkələrində baş verən
hadisələr Azərbaycanda 1990 - 1993-cü illərdə
baş vermişdir. Xalq o zaman ayağa qalxaraq Əbdürrəhman
Vəzirovun, Ayaz Mütəllibovun, AXC-Müsavat
cütlüyünün xalqazidd rejiminə "yox" dedi,
azad, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğuna başladı. Bu yol dönməzdir, bu hakimiyyət
xalqın sarsılmaz iradəsinə əsaslanır, yenilməz
dəstəyinə arxalanır.
Şəhərin
mərkəzi küçələrində müxtəlif
obyektlərin şüşələrini sındırmaqla,
polisə daş atmaqla Azərbaycan dövlətçiliyini
sarsıtmaq, ölkənin sürətli nkişafına əngəl
olmaq qeyri-mümkündür. Xuliqanlığın
mükafatı ən yaxşı halda ümumxalq nifrətidir.
Ar olsun radikal müxalifətə!
AXC-Müsavat
hakimiyyəti dövründə 4-5 min insanın işlədiyi
müəssisələr bir-birinin ardınca iflas olur, fəaliyyətini
dayandırırdı. 1993-cü ildə boş olan dövlət
xəzinəsində bu gün astronomik məbləğdə
vəsait var. Azərbaycanın dövlət büdcəsi 16
milyard manata bərabərdir, maliyyə ehtiyatımız 31
milyard manatdan çoxdur. Son yeddi ildə ölkəmizdə
900 mindən çox yeni iş yeri yaradılmışdır.
Məgər
radikallar bu nailiyyətləri görmürlər?! Radikal
müxalifəti vaxtilə işğalına şərait
yaratdıqları torpaqlarımızın taleyi qətiyyən
düşündürmür. Xalqla onların arasınıda dərin
bir uçurum vardır. Əli Kərimli, İsa Qəmbər
və qeyriləri 18 ildir ki, heç bir ictimai-faydalı əməklə
məşğul olmurlar. Soruşmaq lazımdır, bəs bu
insanalar hansı hesaba dolanırlar, cangüdən dəstələri
saxlayırlar?! Övladlarının xarici ölkələrdə
təhsilini və yüksək səviyyədə
yaşayışını necə təmin edirlər?! Heç
şübhəsiz ki, vaxtilə xalqdan, ölkədən qarət
etdikləri var-dövlət hesabına, bir də xarici dövlətlərdən,
antiAzərbaycan dairələrdən aldıqları
böyük məbləğdə qrantlar hesabına. Elə həmin
qrantların müqabilində də ölkədə sabitliyi
pozmaq, xaos və anarxiya mühiti, xaricdən müdaxiləyə
əlverişli şərait yaratmaq sifarişi alırlar. 2
aprel aksiyası səviyyəsiz müxalifətin isterik
aqoniyasından başqa bir şey deyildir.
Son
olaraq üzümü hüquq-mühafizə orqanlarına
tuturam. Qeyri-yetkin gəncləri aldadıb dövlətçiliyimizə
qarşı qanunsuz aksiyalara, qeyri konstitusion hərəkətlərə
təhrik edən radikal ünsürlərlə
maraqlanmağın vaxtı çatmışdır. Belələrinin
xuliqanlığına, dövlətçiliyimizə qəsdlərinə
dözmək yolverilməzdir. Demokrat pərdəsinə
bürünmüş Əli Kərimlilər, İsa Qəmbərlər
və onların ətrafındakı simasız ünsürlərə
bizim aramızda yer yoxdur. 100-200 nəfər
qaragüruhçunun ölkə vətəndaşlarının,
paytaxt sakinlərinin əmin-amanlığını, normal həyatını
pozmaq cəhdləri iflasa məhkumdur. Daxildə sosial
bazası olmayan radikal müxalifətin əlləri xaricdəki
düşmən qüvvələrə, ermənipərəst
dairələrə uzanmışdır. Düşmənə
uzanan əllər kəsilməlidir!
Füzuli KƏRİMOV,
mühəndis
Xalq qəzeti.- 2011.- 3 aprel.- S. 2.